Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müxalifət lideri Özgür Özel arasında maraqlı dialiq yaşanıb. Prezident Ərdoğan müxalif lider Özgür Özel haqqında sərt danışaraq, onun ünvanına “Siz sadəcə gücün kürsüsünə oturmuş yeni bir üzsünüz” sözlərini səsləndirib.
Cavabında “Mən yeniliyi zəiflik kimi görmürəm”- deyən Özgür Özel “Əgər yeni bir sima olmaq yeni enerji, yeni məsuliyyət və illərdir nəzərə alınmayan problemlərlə üzləşmək üçün cəsarət deməkdirsə, mən bununla fəxr edirəm”- sözlərini əlavə edib.
Özəl onu da deyib ki, hakimiyyət uzun müddət o kürsüdə oturanlara məxsus deyil: “Əsl güc bu ölkəyə məsuliyyətlə, şəffaflıqla və xalqa hörmətlə xidmət etməyi bilənlərə məxsusdur”.
RAMİL