ABŞ prezidenti Donald Tramp Suriyanın ABŞ-la birgə “Hizbullah”a müharibəyə başlamasını təklif edib. Bu barədə Tramp və Qətər əmiri Təmim bin Həməd əl-Taninin Fransada G7 Zirvəsi çərçivəsində keçirilən ikitərəfli görüşünün təfərrüatları paylaşan İsrailin "Yerusəlim" qəzeti məlumat yayıb.
Bildirilir ki, Tramp Qətər əmirinə Livan müharibəsini əhəmiyyətsiz bir münaqişə hesab etdiyini və Netanyahunun rəhbərliyi altında İsrail təmkinli olmadığı təqdirdə Suriyanın ABŞ-la ortaq şəkildə “Hizbullah”la mübarizə apara biləcəyi deyib.
Tramp, İsrailin Livanda yaxşı bir iş görmədiyini bildirib: "İsrailə “Hizbullah”la Suriyanın məşğul olmasına icazə vermələrini təklif etdim, çünki düzünü desəm, onların bu işi daha yaxşı görəcəklərini düşünürəm".
ABŞ prezidenti əlavə edib ki, İsrail çox uzun müddətdir ki, “Hizbullah”la döyüşür və çoxlu insan həlak olur: “Hər dəfə kimisə axtaranda bütün bir binanı yıxmağa ehtiyac yoxdur, çünki həmin binalarda çoxlu insan var və sizə deyə bilərəm ki, onların hamısı “Hizbullah” üzvü deyil".
Tahir TAĞIYEV