Ermənistan Mərkəzi Seçki Komissiyası ikinci prezident Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına icazə verib.
Ermənistan mediasının xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasından sonra Köçəryanın vəkili Aram Orbelyan jurnalistlərə bildirib.
“Mərkəzi Seçki Komissiyası Robert Köçəryanın toxunulmazlığından məhrum edilməsinə və cinayət təqibinə icazə verdi”, - deyən Orbelyan, ittihamın vəzifə səlahiyyətlərindən sui-istifadə, çirkli pulların yuyulması ilə bağlı olduğunu bildirib.
Bundan əvvəl Baş Prokurorluq Mərkəzi Seçki Komissiyasına müraciət edərək Köçəryanın, eləcə də seçilmiş deputatlar Asatur Köçəryanın və Ruslan Barseqyanın cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsini istəyib.
Tahir TAĞIYEV