Finlandiya xarici işlər naziri Elina Valtonen, yay mövsümündə rus turistlərin Avropa çimərliklərinə axın etməsinin qarşısını almaq üçün Rusiya vətəndaşları üçün viza qaydalarının daha da sərtləşdirilməsini təklif edib.
Valtonen, Finlandiya və İsveçin bununla bağlı Avropa Komissiyasında birgə təşəbbüs irəli sürdüklərini açıqlayıb.
"Yay mövsümü yaxınlaşır. Minlərlə rusiyalı turist Avropa çimərliklərinə gedir. Bunun qarşısı alınmalıdır, qadağan edilməlidir" – deyə Finlandiyalı nazir bildirib.
Valtonen qeyd edib ki, Rusiya vətəndaşlarının "Avropa həyatının azadlıqlarından və əyləncəli aspektlərindən zövq almasının" qarşısı alınmalıdır.
Tahir TAĞIYEV