çərşənbə günü, 25 noyabr 2026
     

Azərbaycanın Ermənistanla qaz ticarəti başlamamış Rusiya hərəkətə keçib...

Image


Akif Nəsirli: “Rusiyanın bu məsələdə marağı ola bilər...”

Rəsmi İrəvan Rusiyanın qaz qiymətlərini qaldıracağı təqdirdə Azərbaycanı alternativ təchizatçı kimi nəzərdən keçirə biləcəyini rəsmən elan edib. Rusiyalı ekspertlərdən biri isə əminliklə əminliklə deyib ki, Azərbaycan yalnız Gürcüstana qazı ucuz satır, Ermənistana ucuz qiymətə qaz satmaz. Proses hələ başlamayıb, amma rus ekspertlər indidəndən qiymət məsələsini ortaya atırlar, bununla da qiymətə müdaxilə etməyə cəhd göstərməkdə maraqlı olduqlarını göstərirlər.

Yeri gəlmişkən, Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan bildirib ki,

Rusiyadan qaz tədarükündə problemlər yaranacağı və ya qiymətlərin artacağı təqdirdə ölkə alternativ təchizatçıları nəzərdən keçirə bilər.

Onun sözlərinə görə, belə bir vəziyyət yaranarsa, alternativ bazar və resursların axtarılması təbii olacaq:"Alternativlər qonşu ölkələrdə - Azərbaycanda, Türkmənistanda, İranda və qaz satan, həmçinin onu nəql etməyə imkan verən infrastruktura malik digər dövlətlərdə mövcuddur", - deyə Mesropyan brifinq zamanı bildirib.

Rusiya Ermənistana verdiyi qazı kəsərsə Azərbaycan Ermənistanla iki tərəfli əməkdaşlıq çərçivəsində necə ki, bu ölkəyə neft satır eləcə də sıxılmış qaz satması da gündəmə gələ bilər. Belə olduğu təqdirdə Azərbaycan Ermənistana qazı necə satacaq, satacaq, satmayacaq, ucuz, yaxud baha satacaq, bu başqa məsələdir. Amma əgər Azərbaycan Ermənistanla qaz ticarəti başlayarsa qazın qiyməti məsələsinə Rusiyanın müdaxilə etməsi, iddiası, marağı, imkanı varmı? Bu nə dərəcədə düzgün olar ki, Rusiya Azərbaycanla Ermənistan arasında ola biləcək qaz ticarətinə müdaxilə etsin? Azərbaycanla Ermənistan arasında baş verə biləcək qaz ticarətində Rusiyanın qiymət müdaxiləsi nə qədər düzgün olardı?

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, əgər gələcəkdə Azərbaycanla Ermənistan arasında qaz ticarəti başlasa, qiymətin necə müəyyən ediləcəyi ilk növbədə iki ölkə arasında bağlanacaq kommersiya və ya hökumətlərarası razılaşmalardan asılı olacaq. A.Nəsirlinin sözlərinə görə, beynəlxalq praktikada bir ölkənin digər iki suveren dövlət arasında bağlanan enerji müqaviləsinin qiymətinə birbaşa müdaxilə etmək hüququ yoxdur. “Rusiyanın bu məsələdə marağı ola bilər, çünki uzun illər Ermənistanın əsas qaz təchizatçısı olub və enerji sektoru vasitəsilə regionda təsir imkanları əldə edib. Buna görə də Moskva siyasi və ya iqtisadi mövqeyini açıqlaya, öz maraqlarını müdafiə etməyə çalışa bilər. Lakin bu, hüquqi baxımdan qiyməti diktə etmək imkanı demək deyil.

Əgər Azərbaycan Ermənistana qaz satmağa qərar versə, qiymət bir çox amillərdən asılı olacaq: bazar qiymətləri, nəql xərcləri, infrastruktur imkanları, müqavilənin müddəti, həcmlər və tərəflər arasında siyasi münasibətlər. Gürcüstana tətbiq edilən qiymət modeli avtomatik olaraq Ermənistana da şamil edilə bilməz. Hər bir ölkə ilə enerji əməkdaşlığı ayrı iqtisadi və siyasi şərtlər əsasında qurulur.

Rusiyanın qiymətə təsir göstərmək imkanı yalnız dolayısı ilə ola bilər. Məsələn, Ermənistan bazarında daha sərfəli təklif vermək, öz qazını alternativ olaraq təqdim etmək və ya siyasi təsir rıçaqlarından istifadə etmək cəhdləri mümkündür. Ancaq Azərbaycanla Ermənistan arasında razılaşdırılmış qaz qiymətinə birbaşa veto qoymaq və ya onu müəyyən etmək səlahiyyəti yoxdur”.

A.Nəsirlinin fikrincə, bu səbəbdən, nəzəri olaraq Azərbaycan-Ermənistan qaz ticarəti baş verərsə, qiymət məsələsi əsasən Bakı ilə İrəvan arasında həll olunacaq məsələdir. “Rusiyanın marağı və mövqeyi ola bilər, amma bu, hüquqi baxımdan həlledici və ya məcburedici amil sayılmır. Suveren dövlətlər arasında enerji ticarətinin şərtlərini ilk növbədə həmin dövlətlərin özləri müəyyən edirlər. Məsələn, Rusiya öz qazını daha ucuz qiymətə təklif etməklə Ermənistanda bazar payını qoruya bilər. Azərbaycannın üstünlüyü Ermənistana qaz ötrülməsinin ucuz başa gəlməsidir - qonşü ölkədi, nəqletmə məsafəsi qısadır ki, bu da nəqletmə xərclərini azaldır. Eyni zamanda, Ermənistanın bizim üçün Gürcüstandan fərqi ondan ibarətdir ki, rəsmi Tiflus bizim regional layihələrinin tərəfdaşıdır, güzəştlər qarşılıqlıdır, havayı deyil. Bununla yanaşı, Gürcüstanda yüzminlərlə soydaşımız yaşayır, lakin Ermənistan zaman-zaman özünü bu üstünlükdən məhrum edib. Yəni Azərbaycanla Ermənistan arasında gələcəkdə baş tutacaq iqtisadi münasibətlərin, o cümlədən də qaz ticarətinin strukturu mürəkkəb bir formata malik ola bilər. Bizim Ermənistana güzəştli qaz satmağınız üçün qarşı tərəf buna şərait yaratmalıdır. Biz Ermənistan bu gün nəyə görə güzəştli şərtlərlə qaz satmalıyıq: bir milyon qaçqına görəmi, 30 min şəhidə görəmi, konstitusiyasındaki ərazimizə qarşı torpaq iddiasına görəmi, Zəngəzur dəhlizi açmadığına görəmi, sülh sazişinı süründürdüyunə görəmı, erməni cəmiyyəti hələ də bizi düşnən saydığına görəmi və s. bu kimi suallar çoxdur. Ermənistan Azərbaycanın həyata keçirdiyi regional layihələrdə iştirak edib, mənfəət əldə etmək, ölkəmizin iqtisadi imkanlarından yararlanmaq istəyirsə, reallıq hissini bərpa etməli və buna şərait yaratmalıdır”-deyə A.Nəsirli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ