İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı rusiyalı həmkarı Sergey Lavrovu Tehran-Vaşinqton memorandumunun təfərrüatları barədə məlumatlandırıb.
Bu barədə IRNA-nın xəbərində deyilir. "Söhbət zamanı İranın xarici işlər naziri memorandumun təfərrüatlarını izah etdi və qeyd etdi ki, ABŞ onun müddəalarının düzgün yerinə yetirilməsinə görə məsuliyyət daşıyır"- bəyanatda bildirilir.
Sənəddə qeyd olunur ki, Əraqçi həmçinin İsrailin Livana qarşı hərbi əməliyyatlarının "tamamilə dayandırılmasının" vacibliyini vurğulayıb.
IRNA-nın məlumatına görə, nazirlər vəziyyəti sabitləşdirmək və təhlükəsizliyi artırmaq üçün regional ölkələrlə diplomatik əməkdaşlığın davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.
SAMİRƏ