çərşənbə günü, 07 oktyabr 2026
     

Paşinyan sabiq prezident Sarkisyanı “Kaluqalının kuklası” adlandırdı...

Image


Bəhruz Quliyev: “Bu baxımdan, Moskva üçün Köçəryan, Sarkisyan və ya digər revanşist liderlərin siyasi taleyi deyil...”

Ermənistan Baş naziri Nikol Paşinyan revanşist müxalifəti nəzərdə tutaraq bəyan edib ki, Ermənistandan qaçmağı xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq:

“Xalq açıq şəkildə üçbaşlı mafiyanın diz çökdürülməsini və məhv edilməsini tələb edir və bu, qaçılmaz olaraq baş verməlidir. Yeri gəlmişkən, kaluqalının əsas kuklası olan Serji (Serj Sarkisyan) unutmamışıq və unutmayacağıq. Ona görə də panikaya düşüb çantalarınızı yığmağa tələsməyin. Hətta seçki kampaniyası zamanı da demişdim ki, Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb, onun ölkədən çıxmasının qarşısı alınıb. Daha sonra Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hava limanından ölkəni tərk etməsinə imkan verilməyib. Növbə deyəsən Sarkisyanındır. Bir sözlə, seçkidən sonra Paşinyan Rusiyapərəst müxalifətin üzərinə hücuma keçib.

Maraqlıdır, Paşinyan Rusiyanın əsas adamlarına qarşı bu qədər aqressivlik, arxayınçılıq və inadkarlıq nümayiş etdirməklə ola bilərmi ki, bu adamların taleyini öz bildiyi kimi həll etmək üçün Putinlə hardasa gizli bir razılaşması olsun? Yəni ola bilməz axı ki, Putinin adamları olduğunu aşkar bildiyi bu insanları bu dərəcədə arxayın formada alçaldsın. Oxşayır ki, Paşinyanın Putinlə hardasa gizli razılaşması var və yaxud da ondan razılıq alıb. Ola bilərmi ki, bu adamların siyasi olaraq məhv edilməsinə Putindən razılıq alsın?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev bununla bağlı bir sıra məqamlara toxundu: “Paşinyan tərəfindən revanşist və Rusiyaya yaxın müxalif qüvvələrə qarşı səsləndirilən son sərt bəyanatlar ölkədaxili siyasi proseslərin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan, eləcə də Qaqik Tsarukyan kimi fiqurlara yönəlmiş siyasi və hüquqi təzyiqlər Paşinyanın seçkidən sonra mövqelərini daha da möhkəmləndirmək niyyətindən xəbər verir. Burada əsas suallardan biri budur ki, Paşinyan Rusiyanın Ermənistan siyasətində uzun illər əsas dayaqları hesab olunan şəxslərə qarşı bu qədər sərt davranışı hansı təminata arxalanaraq həyata keçirir? Əlbəttə, hazırda Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında bu məsələlərlə bağlı hər hansı gizli razılaşmanın mövcudluğunu təsdiq edən faktlar yoxdur. Lakin siyasi proseslərə diqqətlə baxdıqda bir məqam aydın görünür ki, Paşinyan Moskvanın əvvəlki illərdə olduğu kimi Ermənistanın daxili siyasi həyatına birbaşa müdaxilə etmək imkanlarının zəiflədiyini hesab edir və bu qənaətlə hərəkət edir. Digər tərəfdən, Kremlin də regionda dəyişən geosiyasi reallıqları nəzərə alaraq, Ermənistan daxilində konkret şəxslərin deyil, öz strateji maraqlarının qorunmasına üstünlük verməsi ehtimalı istisna deyil. Bu baxımdan, Moskva üçün Köçəryan, Sarkisyan və ya digər revanşist liderlərin siyasi taleyi deyil, Ermənistanın bütövlükdə Rusiyanın təsir dairəsindən tam çıxmaması daha önəmli ola bilər”.

B. Quliyevin fikrincə, Paşinyanın davranışlarında görünən arxayınlıq həm də onun seçkilərdən sonra əldə etdiyi siyasi legitimlikdən qaynaqlanır: “O, revanşist düşərgəni tamamilə zəiflətməyi və gələcəkdə hakimiyyətinə təhlükə yarada biləcək mərkəzləri sıradan çıxarmağı qarşısına məqsəd qoyub. Məhz buna görə də onun ritorikası getdikcə daha sərt və kompromissiz xarakter alır. Bununla belə, Kremlin bu proseslərə tam laqeyd qaldığını söyləmək də doğru olmaz. Rusiya ənənəvi olaraq Ermənistan siyasətində özünə yaxın qüvvələrin tamamilə sıradan çıxarılmasını diqqətlə izləyir. Ona görə də yaxın aylarda Moskvanın bu məsələyə münasibəti daha aydın görünəcək. Mən düşünürəm ki, burada söhbət daha çox gizli sövdələşmədən deyil, Paşinyanın Rusiyanın mövcud geosiyasi prioritetlərini düzgün hesablamasından gedir. O, Kremlin hazırkı mərhələdə Ermənistan daxilindəki revanşist qüvvələri müdafiə etmək üçün ciddi qarşıdurmaya getməyəcəyini düşünür və buna uyğun hərəkət edir. Lakin siyasətdə vəziyyət sürətlə dəyişə bilər. Əgər Moskva Ermənistan daxilində öz təsir imkanlarının ciddi şəkildə zəiflədiyini görsə, həmin qüvvələrin müdafiəsi istiqamətində yeni addımlar atması da istisna edilmir. Bu səbəbdən, hesab edirəm ki, Paşinyanın revanşist müxalifətə qarşı başladığı kampaniya hələ yekun nəticəsini verməyib. Qarşıdakı dövr Ermənistanın daxili siyasi balansı ilə yanaşı, İrəvan-Moskva münasibətlərinin gələcək istiqamətini də müəyyənləşdirəcək əsas mərhələlərdən biri olacaq”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ