İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İran mediasına verdiyi müsahibədə İran-ABŞ anlaşma memorandumunu Vaşinqtonun məğlubiyyətini sübut edən sənəd adlandırıb.
"Bu memorandum ABŞ-ın məğlubiyyətini sübut edən sənəddir. Xalq görəcək və hökmünü verəcək", Qalibaf bildirib.
O qeyd edib ki, sənədin bir neçə müddəası üzərində iş hüquqi nüanslara görə mürəkkəb və uzun olub.
Fars-ın məlumatına görə, Qalibaf həmçinin ölkənin iqtisadi bərpası ilə bağlı sazişin müddəalarına da diqqət çəkib. Onun sözlərinə görə, memorandumun altıncı abzasında 300 milyard dollarlıq investisiya qoyulması planlaşdırılan İranın yenidən qurulması və iqtisadi inkişafı proqramı təsvir olunub.
"Bu bənd İrana investisiya üçün 300 milyard dollar ayırır ki, bunun bir hissəsi yenidənqurma işlərinə sərf olunacaq", - deyə o qeyd edib.
Parlament sədri həmçinin İrana qarşı məhdudlaşdırıcı tədbirlər məsələsinə toxunub və uzunmüddətli dəniz blokadası ilə bağlı qorxuların gerçəkləşmədiyini bildirib.
"Bəziləri narahat idilər: blokada yalnız 30 gündən sonra qaldırılacaqmı? Amma, Allaha şükür ki, cəmi üç gün ərzində qaldırıldı", - deyə Qalibaf bildirib.
Bundan əlavə, o, son münaqişəyə beynəlxalq reaksiyanı tənqid edərək, Birləşmiş Millətlər Təşkilatının ABŞ-ı təcavüzkar kimi tanıyan bir bəyanat belə vermədiyini qeyd edib.
"BMT ABŞ-ı təcavüzkar kimi tanıyan bir bəyanat belə verməyib". Güc qanununun işlədiyi bir dünyada maraqlarımızı öz gücümüzlə müdafiə etməliyik", - deyə İran parlamentinin sədri bildirib.
SAMİRƏ