ABŞ prezidenti Donald Tramp Fransada keçirilən G7 sammitində İsrailin baş naziri Binyamin Netanyahunun Livandakı siyasəti ilə bağlı diqqətəlayiq açıqlamalar verib. Tramp İsrailin Hizbullaha qarşı əməliyyatlarda həddindən artıq güc tətbiq etdiyini bildirib və Beyrutdakı dağıntılara işarə edərək "Livan üçün kədərlənirəm" deyib.
Bununla da Tramp ilk dəfə İsrailin Baş nazirinin Livandakı hərbi əməliyyatlarını bu qədər açıq şəkildə tənqid etmiş olub. Netanyahu ilə Livan məsələsindəki "fərqlərini" etiraf edən Tramp "Hizbullahın hər bir üzvü üçün bütün bir binanı dağıda bilməzsiniz" ifadəsinə yer verib.
"İsrail Baş naziri Binyamin Netanyahu bəzən narahat olur, amma o, yaxşı tərəfdaşdır. Lakin Livan məsələsində aramızda kiçik bir fikir ayrılığı var", - deyən ABŞ prezidenti əslində bununla iki ölkə arasında diplomatik bir uçurum olduğunu üzə çıxarıb.
İsrail hökumətinə qarşı tənqidlərini davam etdirən Tramp sonda "Netanyahu Livanda pis iş görür və Livan üçün də üzr istəyirəm"- sözlərini əlavə edib.
SAMİRƏ