Fransada keçirilən G7 sammitində İtaliya Baş naziri Giorgia Meloni ilə bağlı maraqlı olay yaşanıb. Bu barədə Tengrinews.kz European Pravda-ya istinadən xəbər verir. G7 liderlərinin qeyri-rəsmi görüşünün Euronews tərəfindən yayımlanan video görüntüsündə Meloni həmsöhbətlərinə qəhvə istədiyini deyib. Almaniya kansleri Fridrix Merz isə zarafatla ondan qəhvə ilə birlikdə siqaret istəyib-istəmədiyini soruşub.
İtaliya Baş nazirinin "Xeyr, tərgitdim" cavabına isə Avropa Komissiyasının sədri Ursula fon der Leyen "Bravo!" sözü ilə reaksiya verib və bu mükalimə digər liderlərin alqışları ilə müşayiət olunub.
SAMİRƏ