Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 16-da parlamentin iclasında bildirib.
"2026-cı il seçkilərindən sonra Ermənistan xalqı sülh üçün ayağa qalxdı" - deyən Paşinyanın sözlərinə görə, Azərbaycanla sülhün bərqərar olması Ermənistanda iqtisadi inkişafa yeni təkan verib.
"İnsanlar gündəlik həyatlarında iqtisadi artımı görməlidirlər. Bu səbəbdən mən Ermənistanda pensiyaları artırmaq qərarına gəldim", - deyə Baş nazir bildirib.
Tahir TAĞIYEV