Cümə günü, 06 noyabr 2026
     

"Kürd açılımı" planının tam iflası ən yüksək səviyyədə etiraf olunur

Image


Son günlər Türkiyədə PKK terrorçuları tərəfindən törədilən terror hadisələrinin kəskin artması və onlara qarşı aparılan əməliyyat artıq AKP iqtidarının "kürd açılımı" planının tam iflasa uğradığını göstərir. Belə görünür ki, PKK var olduğu müddət ərzində kürdlərlə barışığın əldə olunması mümkün olmayacaq. Hər halda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları da bunu təsdiq edir.
Onun sözlərinə görə, Türkiyə hədəflərinə basqınların davam etdiyi bir vaxtda PKK ilə sülh prosesini davam etdirmək mümkün deyil.
Türkiyə prezidenti parlamenti kürdlərin PKK qrupu ilə təmasa girməməyə çağırıb. Məhz belə bir vaxtda Türkiyənin Respublika Prokurorluğu ölkə konstitusiyasının tələblərinə zidd hərəkətlərə yol verməkdə şübhəli bilinən və kürdlərə yaxın olan HDP-nin fəaliyyətinin araşdırılması barədə qərar çıxarıb. Prokurorluğun bu qərarı ölkədəki digər siyasi partiyaların da dəstəyini qazanıb. Belə ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən millət vəkilləri HDP-nin bəzi üzvlərinə qarşı cinayət işi açılmasını tələb edib. AKP-çi deputatlar hesab edir ki, HDP terror fəaliyyəti ilə məşğul olur: "HDP seçkilərdə ilk dəfə olaraq böyük seçici səsini qazana bilib. Buna səbəb isə onun xalqa "biz Türkiyənin partiyası olacağıq" vədi verməsidir. Ancaq son hadisələr bir daha göstərdi ki, bir sıra HDP-çi şəxslər PKK terrorçularına dəstək verir. Hesab edirik ki, prokurorluq dərhal HDP-nin fəaliyyətini dərindən araşdırmalı və günahkarları layiqli şəkildə cəzalandırmalıdır".
PKK və onları dəstəkləyənlər də silahlı qarşıdurmada artıq maraqlı tərəf kimi çıxış edir. Bunu Türkiyə Silahlı Qüvvələrinin hava hücumları ilə PKK-nın mövqelərini bombalamasından sonra terror təşkilatının qurucularından olan Cemil Bayıkın İrana qaçaraq verdiyi açıqlamalar da təsdiq edir. Qeyd edək ki, Bayık əməliyyatlar başlayan kimi sərhədi keçib. Əvvəllər də İrana tez-tez səfər edən Bayık 2007-ci ildə Türkiyənin tələbi ilə İran polisi tərəfindən həbs olunmuş, lakin daha sonra sərbəst buraxılmışdı. O, PKK-çılara çağırış edərək atəşkəsin bitdiyini deyib və onların yenidən fəaliyyətə keçmələrini istəyib. PKK isə həqiqətən də hərəkətə keçib. Belə ki, PKK terrorçuları Türkiyənin cənub-şərqində Diyarbəkir və Muş şəhərlərini birləşdirən yolda iki körpünü partladıb. Körpülər partlayıcı qurğunun işə düşməsi nəticəsində dağılıb. Yol avtomobillərin hərəkəti üçün tamamilə bağlanıb. Polis terrorçuların axtarışlarını davam etdirir.
PKK silahlıları İraqla sərhəddə yerləşən Şırnak vilayətinin ərazisindən keçən Kərkük-Yumurtalıq neft kəmərini də partladıblar. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın sözlərinə görə, boru kəməri partladılandan sonra İraqdan Türkiyəyə neft nəqli dayandırılıb. Bundan əvvəl isə Ağrı əyalətində terrorçular qaz borusunu partladıb. Partlayışın İran-Türkiyə qaz borusunda törədildiyi bildirilir. Terrorçuları zərərsizləşdirmək üçün onlara qarşı əməliyyatlar davam edir. Türkiyə Silahlı Qüvvələrnin həyata keçirdiyi son beş dalğalı əməliyyat nəticəsində 200-dən artıq terrorçu məhv edilib. Ölənlər arasında "Qabar" kod adlı PKK lideri də var. Əməliyyat zamanı PKK-nın Şimali İraqda bütün gizli sığınacaqları, silah anbarları yerlə bir edilib. PKK-nın əsas liderlərindən biri Murad Karayılanın qərargahı da hava hücumu nəticəsində darmadağın edilib. Ekspertlər Türkiyə müttəfiqlərinin belə vəziyyətdə Ankaraya köməyini zəruri sayır. Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə analitik Toğrul İsmayıl hesab edir ki, Türkiyə əməliyyatları müttəfiqləri ilə razılaşdıqdan sonra həyata keçirir: "Suruçdakı terror aktı ilə Türkiyə İŞİD-in birbaşa hədəfinə çevrildi və keçirilən əməliyyatlar da buna adekvat cavabdır. Xatırlayırsınızsa, Türkiyənin hərbi təyyarəsi Suriya ordusu tərəfindən vurulanda müdafiə mövqeyi seçildi. İndi isə, müdafiə ilə yanaşı, hücumlar da reallaşır. Lakin burada beynəlxalq situasiyanı da nəzərə almaq lazımdır. Ehtimal ki, Ankara müttəfiqləri ilə razılaşdıqdan sonra bütün region üçün təhlükə olan İŞİD-i vurmaq qərarını verib. Buna paralel olaraq, PKK-ya qarşı da ölkə daxilində və xaricdə əməliyyatlar aparılır. Ankarada anlayırlar ki, problemə qarşı təkbaşına getmək çətin olacaq.
Ona görə də kənardan dəstək axtarılır. Xüsusilə regionda maraqları olan ABŞ, Rusiya, İran kimi ölkələr prosesə dəstək verə bilər". Qərb dövlətləri belə dəstəyi göstərməyə hazır olduqlarını bildirsələr də, hələlik reallıqda hansısa addım atılmayıb.
Tahir TAĞIYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ