Cümə günü, 06 noyabr 2026
     

Dünyada Rusiyanın daha dərin böhranı barədə söz-söhbətlər başlayıb

Image


Şimaldan yeni böhran təhlükəsi gəlir

Qərb və Rusiya arasında davam edən iqtisadi savaş şimal qonşumuzun maliyyə durumunu getdikcə pisləşdirir. Belə bir vaxtda Rusiyada iqtisadi durumun necə olacağı barədə çox bədbin fikirlər səslənir. Hadisələr bu qənaətə gəlməyə əsas verir ki, Rusiyada böhran dərinləşməkdə davam edəcək. Bunun, Azərbaycan da daxil olmaqla, digər MDB ölkələrinə təsiri isə xüsusi maraq doğurur.
Hazırda əsas diqqət Rusiyada mümkün böhranın hansı həddə qədər genişlənəcəyidir. "Unicredit" bankının iqtisadi analitikləri bildirir ki, yaxın iki il ərzində Rusiyanın maliyyə vəziyyəti daha da çətinləşəcək. Onların fikrincə, Rusiyanın Ehtiyat Fondunda 2017-ci ilə qədər sərbəst vəsait qalmayacaq. Dünya bazarında neft və qazın qiymətlərinin azalması Rusiyaya fiskal böhran vəd edir. Belə ki, ümumi daxili məhsulun (ÜDM) 10%-i və büdcə transfertlərinin 20%-nə nəzarət edən "Qazprom" ASC-nin qaz hasilatı Avropada tələbatın azalması fonunda 19% geriləyib. Şirkətin gəlirlərinin bu il 2014-cü illə müqayisədə 40 milyard dollar və ya 27,4% azalaraq 106 milyard dollara düşməsi proqnozlaşdırılır. Keçmiş maliyyə naziri Aleksey Kudrin Rusiyanın dərin böhran içində olduğunu deyib. Onun sözlərinə görə, üçüncü rübdə rusiyalılar iqtisadiyyatda eniş müşahidə edəcək, lakin dördüncü rübdə geriləmə azalacaq. Kudrin böhranın əsas xoşagəlməz xüsusiyyətlərindən biri kimi rublun devalvasiyasını göstərir. O xatırladıb ki, rusiyalıların əmək haqqı 10%, real gəlirlər isə 4%-dən çox azalıb. Keçmiş nazir qeyd edib ki, ilin sonunda daha pis göstəricilərin olacağı gözləni. "Nomura" bankının hesabatına əsasən, Rusiyanın 83 əyalətindən 21-i defolt ərəfəsindədir və burada əmək haqqı və pensiya artımını həyata keçirə bilmirlər. Bununla yanaşı bildirilir ki, Rusiya şirkətləri ilin ikinci yarısında 86 milyard dollar borc ödəməlidir. Amma onların bu borcu ödəmək qabiliyyəti aşağıdır və borcun yenidən maliyyələşdirilməsi üçün kapital bazarlarına çıxışı sanksiyalar tətbiq ediləndən bəri imkansızlaşıb. Nəticədə, bu vəzifə yenidən dövlətin üzərinə düşür. Dövlətin ehtiyatları isə sadəcə Ukrayna qarşıdurmasından bu tərəfə 524 milyard dollardan 316 milyard dollara enib. Rusiyada rubl ekvivalentində ərzaq və digər növ məhsullar durmadan bahalaşır. Bu da rublun kursunun dollarla və digər valyutalarla müqayisədə kəskin aşağı düşməsilə bağlıdır. Dünya bazarında dövlət büdcəsinin əsas donoru olan neftin ucuzlaşması və bu ucuzlaşmanın yaxın dövrdə davam etməsi proqnozları ölkə iqtisadiyyatı üçün çətin dövrün başlanacağını vəd edir. Rusiya hakimiyyəti nə qədər gizlətməyə çalışsa da, sanksiyalara görə ölkə iqtisadiyyatının tənəzzülə getdiyi göz qabağındadır. Yenə də milyardlarla dollar həcmində kapital ölkədən çıxarılır. Kreditlər bahalaşır, vergi dərəcələri artırılır və hətta yenisi tətbiq edilir, səhmlər ucuzlaşır.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Rusiyada iqtisadi artım tempinin azalması Qafqaz və Mərkəzi Asiya ölkələrinə təsir edəcək. Bununla da, BVF hesab edir ki, Qərbin sanksiyaları nəticəsində Rusiyada yaranmış iqtisadi problemlər regionda bu ölkənin ticari-iqtisadi tərəfdaşlarına da təsir etməlidir. Lakin bu iddianı, ilk növbədə, Rusiyanın strateji iqtisadi müttəfiqlərinə - onunla daha sıx ticarət əlaqələri olan Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya dövlətlərinə şamil etmək mümkündür. Bu ölkələrin Rusiya ilə ticarət, pul köçürmələri vasitəsilə sıx əlaqələri mövcuddur, bundan başqa, həmin ölkələr məhdud büdcə ehtiyatlarına malikdir, onlar bu regiondakı neft ixrac edən ölkələrlə müqayisədə Rusiyadakı artımın yubanması üzündən daha çox təsirə məruz qalır. Azərbaycana isə bu təsirin daha az olacağı proqnozlaşdırılır. Amma istənilən halda, Rusiyada böhran ölkəmizin iqtisadi maraqları səbəbindən arzuedilən deyil.
Bununla belə, "Unicredit"dən qeyd ediblər ki, Rusiyanın yeni neft-qaz yataqlarının kəşfiyyatına vəsait ayıra bilməməsi və köhnə yataqlara investisiya qoyulmaması neft hasilatını 2018-ci ilə qədər 5-10% azaldacaq. "LUKoil"un vitse-prezidenti Leonid Fedun qeyd edib ki, Rusiyada neft hasilatı 2016-cı ilin sonuna qədər 8% azala bilər. Neft qiymətlərinin azalması, 2015-ci ilin yanvar ayında gözlənildiyi kimi, Səudiyyə Ərəbistanının qısamüddətli planı deyil, ən azı 2-3 ili əhatə edəcək və neft kontraktları bunu deməyə əsas verir. Yanvarda Rusiya hökuməti nəzarəti ələ ala bilib. Çünki Fondun "təhlükəsizlik yastığı" büdcə kəsiri və neft-qaz sahəsində yaranan böhranı aradan qaldırmağa imkan verirdi. Rusiya xammal qiymətlərinin artdığı dövrdə neft, qaz və digər təbii ehtiyatlara investisiya edərək rublu möhkəmləndirməklə sənaye sektorunun çökməsinə şərait yaradıb. Hazırkı vəziyyət davam edərsə, Rusiyanı hansı nəticələr gözlədiyini proqnozlaşdırmaq çətin deyil. Bu fonda hər hansı mənfi nəticə isə qonşu ölkələrə də öz təsirini göstərəcək. Elə bu səbəbdən MDB ölkələrinin Rusiyadan gələcək yeni böhrana qarşı indidən tədbirlər görməsinin vacibliyi vurğulanır.
Nahid SALAYEV





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ