Yəmənin paytaxtı Sənada minalanmış avtomobil partladılıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 4 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb. Terror aktı "Əl-Fəyd Əl-Hətəmi” şiə məscidi yaxınlığında törədilib.
Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.