Sabirabadda güllələnmə hadisəsi baş verib. Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabirabad rayonunun Ulacalı kənd sakini Azad Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Sədaqətə, sonra isə özünə xəsarət yetirib. Yaralanan hər iki şəxs xəstəxanaya yerləşdirilib. RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd "İJ” markalı tüfəng götürülüb.