Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Necdet Özel vəzifəsini tərk edir. Bu barədə Trend "Kanal7" telekanalına istinadən məlumat verir. Daha əvvəl N.Özelin avqustun sonunda vəzifəsini tərk edəcəyi gözlənilirdi. İstefaya səbəb kimi onun səhhətində problemlərin olması göstərilirdi.
N.Özel 2011-ci il avqustun 4-də Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib. Telekanalın məlumatına əsasən, Quru Qoşunları komandanı: 63 yaşlı general Hulusi Akar Baş Qərargahın rəisi təyin edilə bilər.