Türkiyədə yeni hökumətin qurulması istiqamətində daha bir addım atılıb. "Yeni Şafak” qəzetinin xəbərinə görə, bu gün Ankara Palas Qonaq evində AKP ilə CHP arasında sayca ikinci görüş baş tutub. 7 saat davam edən görüşdə AKP-dən Baş nazir yardımçısı Numan Kurtulmuş, Kültür və turizm naziri Ömər Çelik, İnkişaf naziri Cevdet Yılmaz və millət vəkilləri Taha Özhan, Mücahit Arslan və Osman Can, CHP-dən isə Başqan yardımçıları Haluk Koç, Selin Sayek Böke, Bülənt Tezcanla yanaşı İstanbul millət vəkili Akif Hamzaçebi və Başkan sözçüsü Rasim Bölücək iştirak edib.
Kültür və turizm naziri Ömər Çelik bütün mövzularda müzakirələrin aparıldığı toplantıda bir çox ortaq nöqtələrin tapıldığını deyib. Yeni bir Ana Yasanın vacibliyinə diqqət çəkən nazir daha sonra bildirib:”Türkiyənin əsl hədəfi bu Ana Yasa olmalıdır. Bu çevrədə ciddi çalışmalar oldu. Ayrıca, AKP rəsmi şəkildə başqanlıq sistemi mövzusunda rəyini bildirmişdi. Hazırda bu istiqamətdə fikir ayrılıqlarını müzakirə edirik”.
CHP başqan yardımçısı Haluk Koç isə müzakirələrin davam etdiyini, bu məqsədlə üçüncü toplantının planlaşdırıldığını bildirib.