Türkiyənin kürdyönlü Xalqların Demokratik Partiyası (HDP) deputat toxunulmazlığından imtina edir. "Trend"-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu HDP-nin lideri Səlahəddin Dəmirtaş deyib. Onun sözlərinə görə, sabah HDP-nin 80 millət vəkili deputat toxunulmazlığından imtina etmək üçün parlamentə yazılı müraciət edəcək.