İstanbulda keçirilən anti-terror əməliyyatları zamanı saxlanılan 15 nəfərdən 5 nəfəri barədə həbs-qətimkan tədbiri seçilib, 10-u isə sərbəst buraxılıb.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, tutulanlardan 3-ü İŞİD, 2-si PKK terror təşkilatının üzvü olmaqda təqsirləndirilir. Barəsində həbs-qətimkan tədbiri seçilənlərdən biri Azərbaycan vətəndaşı Abdulla Abdullayevdir. Abdulla Abdullayev özünü İŞİD-in "İstanbul əmiri” kimi təqdim edib.