Azərbaycan Beynəlxalq Bankı Mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib. Bu barədə "APA-Economics”ə R.Ağayev özü məlumat verib. R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.
Qeyd edək ki, R.Ağayev 14 il ABB-nin mətbuat xidmətində çalışıb.