Türkiyə polisi bu gün Ankarada İŞİD tərəfdarlarına qarşı antiterror əməliyyatı keçirir.
Trend-in "Milliyet” qəzetinə istinadən verdiyi məlumata əsasən, əməliyyat nəticəsində 15 nəfərdən çox şəxs həbs edilib ki, onlardan 11-i əcnəbi vətəndaşıdır. Saxlananların hansı ölkənin vətəndaşları olduqları barədə məlumat verilmir.
Xatırladaq ki, bu günədək Türkiyədə aparılan antiterror əməliyyatları nəticəsində 1050 nəfərdən çox şəxs saxlanıb. Saxlananların hamısı İŞİD, PKK və İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) ilə əlaqədə təqsirli bilinir