Rusiya Federasiyası Baş naziri Dmitri Medvedyev Krım və Sevastopolun sosial-iqtisadi inkişafı məsələləri üzrə xüsusi dövlət komitəsinin yaradılması ilə bağlı sərəncam verib. Baki-xeber.com-un xəbərinə görə, bu barədə hökumətin saytında məlumat yerləşdirilib.
Regionun sosial-iqtisadi inkişafı məsələləri ilə bağlı Krım və Sevastopolun icra strukturları ilə ali icra orqanlarının fəaliyyətini koordinasiya edəcək komissiyaya vitse-premyer Dmitri Kozak başçılıq edəcək.
Sərəncam RF prezidenti Putinin Krım məsələləri üzrə nazirliyin və Krım və Sevastopolun sosial-iqtisadi inkişafı üzrə dövlət komissiyasının ləğvi ilə bağlı qərarına əsasən verilib. Belə ki, 15 iyul tarixində Putin Medvedyevin Krım məsələləri üzrə orqanın ləğv olunması ilə bağlı təklifinə müsbət cavab verib. Müvafiq qərar elə həmin gün Putin tərəfindən imzalanıb və həmin qərara əsasən Krım nazirliyinin səlahiyyətləri İqtisadi İnkişaf Nazirliyinə verilib.
Qeyd edək ki, Krım məsələləri üzrə nazirlik ötən ilin martında regionun Rusiya Federasiyasının hüquqi və iqtisadi məkanına inteqrasiyasının həyata keçirilməsi məqsədilə yaradılmışdı. Nazirliyə Oleq Savelyev rəhbərlik edirdi.