Cümə günü, 06 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı övladlığa götürdü
Tarix: 28.07.2015 / 03:32
Bölmə: Gündəm
Heydər Əliyev Fondu 10 ildən artıq müddətdə müxtəlif sahələr üzrə layihələr həyata keçirib. Lakin təhsil, səhiyyə, sosial problemlərin həlli Fondun fəaliyyətində ilk gündən prioritet istiqamət olub. Bu sırada valideyn himayəsindən məhrum olan uşaqlara və yeniyetmələrə, qaçqın və məcburi köçkün uşaqlarına, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərilməsi Fondun əsas məqsədlərindən biridir.
2004-cü ildən həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı üzrə bir sıra layihələr reallaşıb. Fond bu istiqamətdə fəaliyyətini genişləndirərək digər ölkələrdə də proqramlar həyata keçirməyi nəzərdə tutur.
"Trend" Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla müsahibəni təqdim edir.
- Bu günədək Heydər Əliyev Fondu tərəfindən uşaq evlərində və internat məktəblərdə hansı işlər həyata keçirilib?
- Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan azyaşlı və yeniyetmələrə xüsusi diqqət və qayğı göstərir. Məhz bu səbəbdən Fond fəaliyyətinin ilk günündən "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramının icrasına başlayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yaradılan Fondun işçi qrupu respublika ərazisindəki uşaq evləri və internat məktəblərinin mövcud problemlərini öyrənmək məqsədilə mütəmadi monitorinqlər aparır, bu müəssisələrin istər maddi-texniki, istərsə də burada məskunlaşmış uşaq və yeniyetmələrin hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olduğunu araşdırır.
Fond uşaq evləri və internat məktəbləri ilə işi bu müəssisələrin yenidən qurulması, burada məskunlaşan uşaq və yeniyetmələrin problemlərinin həll edilməsi, valideyn himayəsindən, ailə qayğısından məhrum olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi istiqamətlərində aparır.
"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində bu günədək respublika üzrə 36 uşaq müəssisəsi əsaslı şəkildə təmir olunaraq yeni avadanlıqla təchiz edilib, əlavə yardımçı binalar inşa olunub, uşaqların asudə vaxtlarını keçirmələri, müəyyən peşələrə yiyələnmələri üçün müxtəlif dərnəklər, rəsm və rəqs kursları təşkil edilib.
Bu istiqamətdə işlər davam etməkdədir. Hazırda Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat məktəbi Heydər Əliyev Fondu tərəfindən yenidən qurulur, uşaq və yeniyetmələrin istirahətlərinin təmin olunması məqsədi ilə Suraxanı rayonundakı 2 saylı uşaq evi üçün Zirə qəsəbəsində "Dalğa" yay istirahət düşərgəsinin tikintisi həyata keçirilir.
- Fond bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq fəaliyyəti ilə də seçilir. Bu baxımdan valideyn himayəsindən məhrum uşaqlara qayğı proqramı digər hansı ölkələrdə həyata keçirilir?
- Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri ilə bağlı fəaliyyətini də, digər layihələrdə olduğu kimi, təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da genişləndirir.
Fondun Rusiya nümayəndəliyinin fəaliyyəti çərçivəsində tərəfimizdən Rusiyanın bir sıra şəhərlərindəki uşaq evlərinin və internat məktəblərinin vəziyyəti araşdırılaraq, bu müəssisələrə göstərə biləcəyimiz dəstək müəyyən edilib. Moskva, Sankt-Peterburq şəhərlərində uşaq evlərinə və görmə qabiliyyətini itirmiş uşaqlar üçün internat məktəblərinə səfərlər edilib və burada bir sıra sosial layihələrin icrasına qərar verilib. Hazırda Sankt-Peterburq, Moskva şəhərlərində bir neçə uşaq evi və internat məktəbi Fondun daimi himayəsi altındadır.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaq və gənclər üçün Mərkəz yenidən qurulub. Macarıstanda görmə qabiliyyəti zəif olan uşaqlar üçün Mərkəzin yenidən qurulması və yeni yataqxana korpusunun inşasına başlanıb. Pakistanda, ABŞ-da, Almaniyada, İsraildə, eləcə də Avropanın digər bir neçə ölkəsində kimsəsiz uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial dəstək proqramları həyata keçirilir.
- Heydər Əliyev Fondu cəmiyyətdə həm də valideyn himayəsindən məhrum uşaqların dayaq, güvən yerinə çevrilib. Fond buna necə nail ola bilib?
- Heydər Əliyev Fondunun layihələrinin uğurla həyata keçirilməsinin əsas səbəblərindən biri bu işlərin ardıcıl və sistemli aparılmasındadır. Bu mənada uşaq evləri və internat məktəblərində məskunlaşan valideyn himayəsindən, ailə qayğısından məhrum uşaq və yeniyetmələrlə qurulmuş iş bir nümunədir. Fond onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak edir. Heydər Əliyev Fondu, demək olar ki, bu uşaq və yeniyetmələr üçün bir ailəyə çevrilib. Fondun təşkil etdiyi ənənəvi Yeni il şənlikləri, Novruz, Ramazan, Qurban bayramları və digər əlamətdar günlər bu uşaqlarla birgə keçirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son illər öz doğum gününü uşaq evlərindən olan körpə və yeniyetmələrin əhatəsində onlarla birlikdə qeyd edir.
Uşaqların təlim və tərbiyəsi ilə bağlı məsələ Fondun prezidentinin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, valideyn himayəsindən məhrum uşaq və yeniyetmələrə qayğı yalnız uşaq evlərində və internat məktəblərində məşkunlaşdıqları müddətdə təhsili və ya maddi-texniki təchizatı ilə məhdudlaşmır, onların məzun olduqdan sonrakı taleyi, işlə, yaşayış yeri ilə təminatı məsələsinə də xüsusi əhəmiyyət verilir. Artıq ötən müddət ərzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz gənclərin müvəqqəti məskunlaşdıqları müəssisələri tərk etdikdən sonra yaşamaları üçün bir sıra binalar inşa olunub.
Tərəfimizdən uşaq evləri, internat məktəbləri tez-tez ziyarət olunur və bu mütəmadi ziyarətlərin, ünsiyyətin sayəsində buradakı uşaqlarla, gənclərlə mehriban və səmimi münasibət yaranıb. Artıq demək olar ki, bu müəssisələrdəki hər bir usağı, hər bir gənci ayrı-ayrılıqda öz adı ilə belə tanıyırıq.
Bu qarşılıqlı münasibətin nəticəsidir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanın deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideynlə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm.
- Heydər Əliyev Fondu 2014-cü ildə daha bir yeni layihənin - "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramının təqdimatını etdi. Bu proqram üzrə hansı işlər həyata keçirilir?
- Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələri ilə yanaşı, öz təcrübəsinə əsaslanaraq yeni böyük bir layihəyə - "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramına start verib. Proqram çərçivəsində yeni bağçaların tikintisinə başlanıb, bunların bir neçəsi artıq təhvil verilib.
Müsahibə APA informasiya agentliyində yayımlanıb.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"
06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı...
İlkə imzanı kim atdı?...
06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...
06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...
06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi
- Azərbaycanın postmüharibə taktikası...
06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir
06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı
- bəs gənclik, xalq-Prezident birliyi?...
06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq
- Əhliman Əmiraslanov yazır...
06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...
06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir
- Bakı-Ankara-Astana müstəvisində yeni proses...
06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...
06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər"
- Prezident İlham Əliyev
06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...
06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- VİDEO
06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi
06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...
06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...
06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı
MÜHÜM AÇIQLAMA...
06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq -
səbəb yenə Trampdan gəlir...
06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur”
- Peskov
06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı
06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...
06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi
- ruhdan düşmə, irəli get...
06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi
06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
- FOTO/YENİLƏNDİ
06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir
06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...
06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...
06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...
06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq
06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...
06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır
– Rusiyadan açıqlama gəldi...
06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
– Hakimdən açıqlama...
06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi
– fond qalmaqalı...
06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu
- zəmanət verilmədən görüş olmayacaq...
06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı
06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı
06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi
06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı -
“Yaralı heyvanı sağ qoymaq olarmı?”
06.11.2026 / 06:52
Fransa “dağılır” -
etirazlar yenidən ölkəni bürüdü
05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...
05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər
05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi
05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi
05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...
05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır...
Bu necə olub?...
05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir
- Britaniya kralı, ya baş nazir?
05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib
- FOTO
05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?
05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər
- çox qorxulu ehtimal...
05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var...
Kimlərdir?
05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır"
- Vüqar Rəhimzadə
05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır -
Kreml qəzəb püskürür...
05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi -
Ukraynaya şiddətli hücumlar başladı...
05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...
05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...
05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər...
Həm də indi...
05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir
- Məskunlaşmanın əsas istiqamətləri...
05.11.2026 / 18:07
Fransa yenidən qarışdı
– iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...
05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi
- FOTO/VİDEO
05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı -
"Xəzər" yox, "Kaspian"?..
05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”
05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi –
"...belə bir prosedur yoxdur"...
05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı”
- Paşinyan
05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı -
vəziyyət 1950-ci illərlə müqayisə edilir...
05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...
05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
XƏBƏR ARXİVİ