ATƏT-in Donbasda situasiyanın nizamlanması üzrə işçi qrupunun humanitar məsələlər yarımqrupunun koordinatoru Toni Frişin başçılığı ilə bölgəyə səfər edən nümayəndə heyəti minomyot atəşinə məruz qalıb. Baki-xeber.com-un əldə etdiyi məlumata görə, incident Sçastye rayonunda nümayəndə heyəti Ukrayna ərazisinə qayıtmaq istəyərkən baş verib.
Toni Friş özünü müstəqil elan etmiş "Luqansk Xalq Respublikası”nda yaşananları "öz gözləri ilə” görmək və humanitar durumu qiymətləndirmək məqsədilə bölgəyə 25 iyul tarixdə iki günlük vizitlə gedib. O həm də Luqansk və digər şəhərlərin dağıdılan su təchizatı sistemlərininə baxış keçirməyi planlaşdırırdı.