Ukrayna xarici işlər naziri Pavel Klimkin bəyan edib ki, daxili siyasət idarəsi bu günlərdə Ukrayna Təhlükəsizlik Xidmətinə Krıma gələn onlarla fransız deputatın ölkəyə girişinə qadağa qoyması üçün müraciət edəcək. Xəbəri Ukraynanın "Yevropeyskaya pravda” nəşri yayıb. Jurnalistlərin "qadağa tətbiq oluna bilərmi” sualına isə Klimkin "əlbəttə” cavabını verib.
Ukrayna XİN başçısının sözlərinə görə, fransız parlamentarilər öz hərəkətlərini rəsmi Kiyevlə razılaşdırmamaqla Ukrayna qanunlarını pozublar. "Tolerantlıq əsas məsələdir və Avropa dəyəridir, lakin fikrimcə, Ukrayna qanunlarına sayğısız yanaşanların bizim ölkəmizdə işi yoxdur”- deyə nazir əlavə edib.