Cümə günü, 06 noyabr 2026
     

Cinayətkarlıqla mübarizə, ya cinayətkarlıqla müharibə - Azərbaycan reallıqları...

Image


Ramil Usubovun cinayətkarlıqla daha səmərəli mübarizənin KİV-lə əməkdaşlıqdan asılı olduğu barədə fikrinə təhlilli reaksiyalar var

Cinayətkarlıqla mübarizə işi dövlət və ictimai orqanların cinayətkarlığa qarşı aktiv mövqedə durmaq, vətəndaşların qanunla qorunan maraq və rifah halına dəyəcək ziyanın qarşısını almaq üçün profilaktik tədbirlərin həyata keçirilməsi, cinayətkarlara qarşı məsuliyyət tədbirinin tətbiqi ilə bağlı cinayət hüquq normalarına riayət edilməsinin təmininə yönələn sistemli fəaliyyətidir.
"Mübarizə" termini bir çox lüğətlərdə dövlətin və vətəndaşların maraqlarına qarşı pozucu mövqe tutan müəyyən qrupun hərəkətlərinə aktiv mane olmada ifadə olunur. Rusiya Federasiyasının kriminoloqu A.İ.Dolqova qeyd edir ki, "mübarizə" dövlətin və ictimaiyyətin fəaliyyətinin əsas xarakterik cəhətlərini ehtiva etməlidir. Bu, dövlətin cinayətkarlıqla mübarizə siyasətinin əsas istiqamətlərini müəyyən edən cinayət hüquq siyasətinin mübarizə kateqoriyasıdır. Cinayət hüquq siyasəti cinayətlərin xəbərdarlığına səmtlənən cinayət və cinayət-prosesual hüququn formalaşdırılması yolu ilə cinayətkarlığa qarşı təsir vasitələrini müəyyən edən ana xətdir.
2 iyul 2015-ci il tarixdə daxili işlər naziri, general - polkovnik Ramil Usubov DİN-in Polis Akademiyasında polisin peşə bayramı münasibətilə keçirilən təntənəli tədbirdə çıxış edərək, cinayətkarlıqla mübarizənin həyata keçirilməsində KİV-in rolunu dəyərləndirib. Nazirin dediyində böyük həqiqət var. Statistikaya nəzər yetirdikdə 2014-cü il ərzində uçot subyektləri üzrə 24607 (2013-cü ilə müqayisədə +9,9% çox) cinayətin qeydə alındığı, onun 81,2%-nin açılmasının təmin edildiyi bəlli olur. Daxili işlər və prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayətlər də 2013-cü il ilə müqayisədə 1832 fakt artaraq 22297 fakt təşkil edib, onun 80,7%-nin açılması təmin edilib.
Ağır və xüsusilə ağır cinayətlərin 80%, o cümlədən qəsdən adam öldürmələrin 89,4%, quldurluq cinayətlərinin 76,2%, açılması isti izlərlə təmin edilib. Qeyd etmək yerinə düşər ki, bu cinayətlərin əksəriyyəti qeyri-aşkar şəraitdə baş versə də, ictimaiyyətdən daxil olan məlumatlar sayəsində açılması mümkün olub, təqsirkar subyektlər təqib olunaraq məsuliyyətə cəlb olunub. Azərbaycan əhalisinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə bu rəqəm ötən 12 il ərzində orta hesabla 233 fakt olmaqla əksər dünya ölkələrinin statistikası ilə müqayisədə azdır. Bu, uzun illər ərzində cinayətkarlıqla mübarizə siyasətinin düzgün formalaşdırılmasının təzahürüdür. Burada KİV-in rolu da ciddi faktorlardandır.
Burada nəzəri baxımdan diqqət çəkən cəhət ondan ibarətdir ki, cinayətkarlıqla mübarizə vəzifəsi dövlətin cinayət törədən vətəndaşlarını düşmənə olan münasibətsayaq "məhv etmək" siyasəti daşımır. Sovet stereotiplərinin kökləri artıq çürüyüb, cinayət hüquq prinsipləri - humanizm, təqsirə görə məsuliyyət, qanunçuluq və bərabərlik prinsiplərinin tələbləri ciddi şəkildə qorunur. Bəzən cinayətkarlıqla mübarizə ifadəsi "cinayətkarlıqla müharibə" kimi işlədilir. Belə yanaşma əks tərəfin tam məhvi, onlara qarşı daha amansız davranma və ciddi tədbirlərin görülməsi mənasını daşıyır. Yenə rus alimi A.İ.Dolqova qeyd edir ki, dövlət vətəndaşlarına qarşı, cinayət törədənlərə münasibətdə xarici düşmənə olan tərzdə davranmamalı, onları cəmiyyətdən qovmaq məqsədi daşımamalı, əksinə, belə şəxslərin cəmiyyətin normal həyatına qayıdışını təmin etməlidir. Zənn edirəm ki, qeyd olunan termin hər iki tərəfi razı salan balanslaşdırılmış bir yolun axtarışına sövq etməlidir. Əsas odur ki, ictimai maraqla kriminal maraq hər iki tərəfi qane etsin və müvazinətin qorunub saxlanmasında bir araya gəlsin. Amma təəssüflə qeyd etmək olar ki, cəmiyyət buna hazır olsa da, kriminal aləmin belə addım atacağına ümid yoxdur. Cəmiyyətə qarşı deviant davranışlar qəsdən törədildiyindən, ictimai təhlükəli əməllərin nəticələri öncədən arzulanır, ona hazırlıqlar görülür, bilə-bilə, qəsdən ictimai münasibətlərə ziyan vurulur. Bu baxımdan kriminal aləmlə hər hansı məşvərətin aparılması ağlabatan deyil.
Bütövlükdə cinayətkarlıq normal sosial hadisədir, cəmiyyətin əlavə məhsuludur. Cəmiyyətin mövcudluğu ilə meydana gəlib, olub və həmişə olacaq. Onunla "döyüşmək", məhv etmək Don Kixotun yeldəyirmanı ilə mübarizəsinə bənzər, onu ancaq nəzarətdə saxlamaqla müəyyən çərçivədən kənara çıxmaq və həddini aşmaq imkanlarını daraltmaq olar.
DİN-in statistik rəqəmlərinə nəzər yetirdikdə bu mənzərəni aşkar görmək mümkündür. Vəziyyətin nəzarətdə saxlanması nəticəsində 2014-cü il ərzində mütəşəkkil cinayətlərin sayı 31%, ictimai yerlərdə baş verən ağır və xüsusilə ağır cinayətlər 24,3%, yetkinlik yaşına çatmayanların cinayətləri 13,1% azalıb. Təqdir olunası və rəğbətləndiriləsi hal ondan ibarətdir ki, ötən il mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş düşünülmüş, çevik əməliyyat-axtarış tədbirləri nəticəsində 1893, o cümlədən 638 ağır və xüsusilə ağır cinayətlər törətmiş 2212 nəfəri bir məqsəddə birləşdirən 845 cinayətkar qrup zərərsizləşdirilib. Qeyd etdiklərim polisin normadan artıq iş rejiminin hamıya bəlli olmayan yüksək peşəkarlığı, sağlam fiziki və psixoloji durumu hesabına başa gəlib. Burada ictimaiyyətin dəstəyi, səhih tapşırıqlar, cinayətkarlıqla mübarizə siyasətinin düzgün təşkili və təşkilatçılıq mühüm rol oynayıb.
Ötən il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 150 nəfərdən ibarət 58 cinayətkar qrup yaxalanıb, 75,6 kq (bu 2013-cü illə müqayisədə 11 kq çoxdur) narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə əlaqədar cinayət törətmiş 2408 nəfərdən 2179 nəfəri və yaxud 90,5% işləməyən və oxumayanlar olub ki, burlardan 752 nəfəri - 31,2% əvvəllər məhkumluğu olmuş şəxslərdir. Təəssüflə qeyd etmək olar ki, 59 nəfər zərif cinsin nümayəndəsi də bu cinayətlərin subyekti qismində təqsirli bilinir.
Cinayətkarlıqla mübarizə bacarığı 2015-ci ilin 6 ayı ərzində də intensiv və preventiv xarakterdə davam edib. 2015-ci ilin 6 ayı ərzində cinayətkarlığa qarşı mübarizə və ölkədə ictimai qaydaların mühafizəsi, ictimai münasibətlərə yönələn qəsdlərin zərərsizləşdirilməsi məsələsi 10 iyulda DİN-in geniş kollegiya iclasında müzakirə predmetinə çevrilib.
Yarım il ərzində qeydə alınan 13.533 cinayətin 85%-ni böyük ictimai təhlükə törətməyən, 15%-i isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib. Həyata keçirilən məqsədyönlü profilaktik tədbirlər nəticəsində cinayətlərin ağır və xüsusilə ağır növləri 12,8%, sağlamlığa vurulan ağır xəsarətlər 13,7%, cəmiyyətə açıq hörmətsizliklə müşayiət edilən cinayətlər - xuliqanlıqlar isə 3,2% azalıb. 2014-cü ilin 6 ayı ilə müqayisədə cari ilin diqqət çəkən dövründə baş verən cinayətlərin 84,3%-i açılıb, ağır və xüsusilə ağır cinayətlərin açılması 2%, qəsdən adam öldürmələrin açılması 11,2% yaxşılaşıb. İctimai təhlükəsizlik əleyhinə yönələn ağır cinayətlərdən - banditizm, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər- insan alveri, adam oğurluğu cinayətlərinin açılması isə tam təmin edilib.
Çevik və peşəkarlığa söykənən əməliyyat-axtarış fəaliyyətinin davamlı olaraq sona çatdırılması təqdir olunmalıdır. Amma polisin xidmətinə xas spesifik cəhətlər barədə cəmiyyətin həmişə məlumatı olmur. Bütün bunlara baxmayaraq, polis gündəlik fəaliyyətinin rəğbətləndirilməsindən asılı olmayaraq xidmətini tərəddüdə qapılmadan icra edir, hər dəfə bağlı qalmış cinayət faktlarından birinin açılması onun əhvalına xoş ovqat əlavə edir, sevinir, "çəkilən zəhmət - yuxusuz gecələr hədər getmədi" - deyə adəti üzrə cinayətlərin izinə düşməyə davam edir. Necə deyərlər, "polisin xobbisi" də "isti izlərlə" hərəkət etməkdir. Bu minvalla 455 ağır və xüsusilə ağır cinayətin "isti izlərlə" açılması təmin edilib. 142 xüsusilə təhlükəli cinayətkar qrup və dəstə zərərsizləşdirilib. İctimai münasibətlərin təhlükə mənbəyinə çevrilən odlu silahları qanunsuz olaraq saxlayıb daşıyan 68 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Bu ilin müvafiq dövründə narkomaniya ilə mübarizə istiqamətində də prinsipial mövqe nümayiş etdirilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 180 cinayət, o cümlədən satışı ilə bağlı 478 cinayət faktı aşkar edilmiş, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 2014-cü ilin 6 ayı ilə müqayisədə 16% çox və ya 432 kq narkotik vasitə çıxarılıb. 90 tondan çox narkotik kollar - yaşıl kütlə məhv edilib.
İnsan alveri ilə mübarizənin də vəziyyəti yaxşılaşıb. Hesabat dövründə ötən ilin 6 ayı ilə müqayisədə 60% çox cinayət, yəni 80 insan alveri cinayətləri aşkar edilib. Cinayətin qurbanı olan 25 nəfərin psixoloji durumunun bərpası və cəmiyyətə qayıtması təmin edilib. Başlanmış cinayət işləri üzrə 11 nəfər cinayət məsuliyyətinə cəlb edilib. İstintaq orqanlarından yayınan 1184 nəfər (bu rəqəm otən illə müqayisədə 5,2% çoxdur) yeri müəyyən edilərək tutulub. İnterpolun axtarışında olan 25 nəfərin yeri müəyyən edilərək, onların ekstradisiyası üçün tədbirlər görülməkdədir.
Cinayətkarlıqla mübarizə minalanmış yolu qət etmək qədər çətindir, keşməkeşlidir. Bəzən itkilər uzun vaxt ərzində yaddan çıxmasa da, şərəfli və qürurverici xeyirxah xidmətdə çalışmaqdan yorğunluq hiss olunmur. Təki qədrlərini bilək, bu çətin xidməti rəğbətləndirməyi bacaraq. Bu baxımdan cinayətkarlığa qarşı təsir tədbirləri, ona qarşı çıxmaq çox ciddi məsələdir. Söhbət kənardan cəmiyyəti, dövlət orqanlarının fəaliyyətini təfərrüatı ilə seyr edə bilən kriminal "cəmiyyətdən" gedir. Dövlət orqanları daha çox cinayətlərin profilaktikası, xəbərdarlığı və əhalinin maarifləndirməsinə üstünlük verir, "təsir etmək" imkanları şaxələnmiş fəal hərəkətlərində ifadə olunur. Cinayətkarlıq da həmişə düşünülmüş şəkildə dövlətə və ictimaiyyətə qarşı fəal hərəkətdə olur, yeni kriminal hallar üçün yollar axtarır və ona rəvac verir. Son onilliklərdə cinayətkarlıqla mübarizədə qələbə çalmaq, cinayətkarlığın sosial hadisə kimi tam ləğvinə nail olmaq mübahisəli məsələ olaraq diqqət çəkir. Müxtəlif fikir və mülahizələr: cinayətkarlığı normal sosial hadisə kimi qəbul etmək, onu tam ləğv etmək (bu, cəmiyyət üçün çox zərərli və fəlakətlidir) ya da ictimai tərəqqi nəticəsində (marksist kriminalogiya) cinayətkarlığın ölümünü təsdiqləmək və s. sağlam hüquq düşüncəsinə sığmır. Müasir kriminalogiya elmi cinayətkarlığın səbəb və şəraitinin yalnız cəmiyyətə xas olduğunu diqqətə çatdırır. Belə hallar hər bir dövr üçün zərərli olsa da, onun miqyasının daralması istiqamətində yetərincə çalışmaq lazımdır. Bu sırada dövlətin və ictimaiyyətin vəzifəsi ondan ibarətdir ki, cəmiyyətə zərər vuran ictimai təhlükəli əməllərin əhatə dairəsinin genişlənməsinə imkan verilməsin. Bunun üçün cinayətkarlığın xəbərdarlığına üstünlük vermək, cinayətin törədilməsinin cəmiyyət üçün zərərli olması anlamını, cinayət törədənlərin məsuliyyətə cəlb olunmasının labüdlüyünü təsdiqləmək, təqsirkarın törətdiyi əməlin məsuliyyətini dərk etməsinə nail olmaq, cinayətkarlıqla mübarizədə qanunçuluğun prinsiplərini qorumaq, hüquq-mühafizə sistemi üzərində ictimai nəzarətin olmasını və qanun qarşısında hamının bərabərliyini təmin etmək, hüquq- mühafizə orqanlarının texniki təchizatını müasir tələblərə uyğunlaşdırmaq, Beynəlxalq Əməkdaşlığı inkişaf etdirmək və s. vacib şərtlərdəndir. Bu gün Azərbaycan dövlətinin cinayətkarlıqla mübarizə siyasəti düşünülmüş və balanslaşdırılmış sistem üzrə həyata keçirilir. Ölkədə ictimai sabitlik davamlı olaraq təmin edilib, kriminogen durum isə nəzarətdədir.
Şəmsəddin Əliyev
"Polisə Dəstək" İB-nin sədri





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ