Cümə günü, 06 noyabr 2026
     

Britaniya mətbuatında sensasiya: "Rusiya Azərbaycana hücum edəcək"

Image


Şimal qonşumuzun postsovet ölkələrində, o cümlədən Qafqazda özünü daha aqressiv aparacağına dair Qərbdə edilən xəbərdarlıqların sayı artır. Səslənən iddialara görə, Moskva qeyd olunan bölgələrlə bağlı siyasətində əsas etibarı ilə güc amilinə üstünlük verəcək. Məsələ ilə bağlı Böyük Britaniyanın "The İndependent" nəşri yazır: "Rusiyanı Ukraynada dayandırmaq mümkün olmasa, o, Gürcüstan məsələsini yenidən gözdən keçirəcək.
Müharibə təhlükəsi Baltikyanı ölkələr və Azərbaycan üçün da aktualdır". Nəşr bu təhlükələrin qarşısını almaq üçün NATO və Avropa Birliyinin atmalı olduğu addımlardan bəhs edib: "Xüsusilə Baltikyanı ölkələrin təhlükəsizliyi aktualdır. Bunun qarşısını almaq üçün addımlar atmaq lazımdır. Birincisi, orada qoşunlar yerləşdirmək, ikincisi Rusiya ilə Ukrayna və digər məsələlərlə bağlı güzəşt olmadan prinsipial danışıqlar aparmaq lazımdır. Üçüncüsü, Qərb Rusiyanın qanuni narahatlığına cavab verməlidir. Xüsusilə postsovet ölkələrində rus azlığına qarşı pis rəftar aradan qaldırılmalıdır".
Ukraynanın "Sobesednik" qəzetinə müsahibəsində rusiyalı müxalifətçi Mixail Xodorkovski də iddiaları təkzib etməyib. Onun sözlərinə görə, Rusiya genişmiqyaslı müharibəni Ukraynada, Baltikyanı ölkələrdə və Yaxın Şərqdə başlaya bilər. Mixail Xodorkovski bildirir ki, hələlik Kremldə üç əsas varianta diqqət edilir":Birinci Ukraynadır ki, burada quru qoşunlarının əməliyyatı keçirilə bilər. Bu, reallığa daha yaxın variantdır. İkincisi Baltikyanı ölkələrdir ki, Rusiya burada davamlı provokasiyalar həyata keçirəcək. Üçüncüsü isə bütün zamanların ehtiyat variantı olan Yaxın Şərqdir". Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin hazırkı qubernatoru Mixeil Saakaşvili də Britaniyanın "The İndependent" qəzetinə müsahibəsində rus əsgərlərinin Azərbaycan və Gürcüstana qayıtmasını istisna etmədiyini bildirir: "2008-ci ildə mən təxmin etmişdim ki, növbəti hədəf Ukrayna olacaq, onun ardınca isə Baltik ölkələri gələ bilər. Onlar Baltik ölkələrinə doğru hərəkət etməyə bilməzlər. Onlar yenidən Gürcüstana və Azərbaycana girməyə bilməzlər. Putin NATO-nu sınağa çəkmək ideyasına sadiqdir. Bu, mənim onunla uzun söhbətlərimdən sonra aydın olub". Saakaşvilinin sözlərinə görə, Putin onunla söhbətlərdə üç əsas məsələ haqda danışıb: "Birincisi, biz Rusiyanı Şimali Kipr kimi əraziyə çevirəcəyik. İkincisi, Ukrayna ölkə deyil, ərazidir. Və üçüncüsü, Baltik ölkələri müdafiə olunmaq imkanında deyil". Odessa qubernatoru deyib ki, Putin axmaq deyil: "O, uda bilməyəcəyi müharibəni başlatmır. O, keçmiş KQB zabiti kimi əvvəlcədən hazırlıq görür. Nə vaxt nəyi ələ keçirə bilərsə, onu edir. Bütün qalan vaxt ərzində o, növbəti sərfəli imkanın nə vaxt yetişəcəyini səbrlə gözləməyə qadirdir".
Düzdür, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Saakaşvilinin sözlərinə inanmağın şübhəli olduğunu bildirib: "Saakaşviliyə nə dərəcədə inanmağın lazım olduğu yəqin hamıya aydındır.
Bu onun hazırda gəlişinə qadağa qoyulmuş öz ölkəsində də yaxşı məlumdur, digər ölkələrdə, o cümlədən Rusiyada da...". Amma xatırladaq ki, Rusiyanın separatçı Cənubi Osetiyadakı qüvvələri artıq "sərhəd xəttini" sakitcə irəli çəkərək yeni ərazilər işğal edib və bununla onlar Bakı-Supsa neft kəmərinin 1600 metrlik hissəsini nəzarət altına alıb. Gürcü ekspert Vaxtanq Maisaya deyir ki, Rusiya Cənubi Osetiya ilə Gürcüstan arasında yeni sərhəd bannerləri yerləşdirməklə kifayətlənməyəcək: "Ruslar daha da irəli gedə və Tiflis-Qori avtomobil yoluna da sərhəd bannerləri qoya bilər". Qeyd edək ki, Tiflis-Qori magistralı Azərbaycanı Türkiyə ilə birləşdirən strateji əhəmiyyətli quru dəhlizidir. Hazırda sərhəd bannerləri magistralın cəmi 350 metrliyindədir.
Gürcü ekspertə görə, Rusiyanın hərbi doktrinası Gürcüstanın strateji əhəmiyyətli iqtisadi obyektlərini nəzarət altına almağa imkan verir. Çünki hərbi doktrinada göstərilib ki, Rusiya onun iqtisadi maraqlarına təhlükə yaradan təhdidlərə qarşı hərbi müdaxilə variantına da əl ata bilər.
Ekspertin fikrincə, Rusiyanın məqsədi Gürcüstanı beynəlxalq əhəmiyyətli layihələrdən çıxarmaq, onun ərazisindən neft-qaz kəmərlərinin keçməsinin qarşısını almaqdır. O bildirib ki, Gürcüstan hökuməti Cənubi Osetiya ilə sərhədə qoşun yeritməli və nümayiş etdirməlidir ki, bundan o yana geri çəkilməyəcək. Xatırladaq ki, rəsmi Bakı Azərbaycan neftini ixrac edən kəmərlərdən birinin separatçı Cənubi Osetiyanın nəzarətində qalmasına münasibət bildirməyib. SOCAR isə bildirib ki, bu məsələ Azərbaycan neftinin nəqlinə problem yaratmayacaq. Çünki Supsa limanına nefti başqa yolla da çatdırmaq mümkündür.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ