Cümə günü, 06 noyabr 2026
     

Prezident...deyəndə... bir vətənpərvərin obrazını gördüm...

Image


Cənab Prezidentlə belə tərkibdə görüşdə ikinci dəfə idi iştirak edirdim. İlk dəfə 2013-cü ilin noyabrında daha geniş tərkibdə görüşmüşdük. Bu dəfə tərkib yalnız MŞ İdarə heyətindən ibarət olmaqla bir qədər məhdud idi. Cənab Prezidentin çıxışından ilkin mesajlarımızı aldıq. Yəqin ki, hələ bir müddət jurnalist cameəsində, oxucular arasında çıxışın detalları müzakirə olunacaq, daha dərin mesajlar çıxarılacaq.

Bir sözlə, "Prezident bu məqamda nə demək istədi" sualı ətrafında müzakirə və düşüncələr davam edəcək və hər kəs gəldiyi qənaəti, yəqin ki, mətbuat fəaliyyətində nəzərə alacaq. Mətbuat adamları üçün çox önəmlidir ki, Prezident dövlətimiz qarşısındakı mühüm hədəflərin əldə edilməsində mətbuata xüsusi rol ayırır, ona böyük əhəmiyyət verir. Mən bir daha əmin oldum ki, Prezident İlham Əliyev dövlətimizin ərazi bütövlüyü və suverenliyi mövqeyində, bütün çətinliklərə baxmayaraq, qələbə anınadək qəti qərarla gedəcək. Ölkəni insan haqları və demokratik yola tam uyğunlaşdırmaq üçün işlər görməkdə davam edəcək, ən əsası isə, bu gün artıq xalqın dəyərinə çevrilmiş daxili sabitliyə qəsd edənlərin yolunu həmişə kəsəcək. Bunlar jurnalist olmaqdan qat-qat çox, bir vətəndaş kimi bizim üçün dəyərlidir. "İstəyirəm siz də biləsiniz ki, ermənilər bizim əbədi düşmənlərimizdir". Prezident bu sözləri deyəndə mən onun şəxsində vətən torpaqları naminə öz həyatını belə heç bir dəyər tanımayan erməni zalımlığının qarşısında risqə qoymaqdan çəkinməyən bir vətənpərvərin obrazını gördüm. Adi insanların və dövlət başçısının vətənpərvərliyi məzmunca oxşar olsa da, doğura biləcəyi nəticələrə görə qətiyyən müqayisə oluna bilməz. Adi insanların vətənpərvər olması vətəndaşlıq borcudur, prezidentin vətənpərvərliyi həm də onun fədakarlığıdır. Üstəlik biləndə ki, ədalətsiz dünya siyasətçiləri fədakarlıq zirvəsinə qalxa bilmiş vətənpərvər prezidentləri sevmir, Prezidentin vətənpərvərliyi ikiqat fədakarlıq anlamı daşımağa başlayır. Əslində fədakar və vətənpərvər prezidentləri öz xalqından başqa digər dövlətlərin siyasətçiləri sevmir, çünki bu şəxsiyyətlər bir çoxlarının qəsbkar niyyətləri qarşısında maneə kimi dayanır.
Prezident dövlətçilik maraqları ətrafında strateji milli birliyə nail olmağımızı da xüsusi vurğuladı. Həm də xeyli təvazökar tərzdə etdi bunu. Sanki bu böyüklükdə nəticənin əldə olunmasında onun özünün elə bir nəzərəçarpan rolu olmayıb və ya biz MŞ üzvlərinin bu sahədə rollarımız onunkundan artıqdır. Bu gün mediamızın dövlətçilik ətrafında əsasən həmrəy və mütəşəkkil mövqe tutduğunu söyləyərkən Prezidentin gözündə böyük məmnunluq gördüm. Həmin təvazökarlıq, təbii ki, öz yerində idi... Sanki mediamızın dövlətçilik çevrəsində bərqərar olması onun nailiyyəti deyilmiş. Əslində isə o sevinə bilər ki, mediamız heç vaxt indiki qədər dövlətçilik prinsipləri üstündə bərqərar olmadığı üçün bu böyük nəticəyə görə ona minnətdar olmalıdır. 140 ildə milli mətbuatımız irili-xırdalı çoxlu sayda nəticələrə sahiblənib. Detallaşdırmayacağam. Tək onu deyim ki, bu 140 ildə milli mediamızın ən böyük uğuru məhz dövlətçiliklə vəhdət halına, birlik anına gələ bilməyindədir.
Əvvəlki dövrlərin hamısına bir-bir baxın və müqayisə edin, nəticə çıxarın ki, hansı dövrdə dövlətlə media bir-birinə qarşılıqlı dəstəkçi və himayədar olub. Mərhum Həsən bəy Zərdabinin öz dövrünü götürək. Kim idi mətbuata himayəçilik edən? Tək-tək xeyriyyəçiləri çıxmaq şərtilə... O zamankı dövlətin mətbuat himayəçiliyindən heç danışmağa dəyməz.
Hadisələr də göstərdi ki, cəmi 56 saydan sonra bağlanan "Əkinçi" qəzeti o zamankı dövlətin nəzərində milli mətbuatı formalaşdırmaq layihəsi yox, onu birdəfəlik məhv etmək layihəsi idi ki, qoy bir də heç vaxt azərbaycanlılar milli dildə mətbuat yaratmaq eşqinə düşməsinlər və Zərdabinin "uğursuz" qəzetçiliyindən ibrət götürsünlər. Sonra gəldi Cumhuriyyət dövrü. O zamankı dövlətimiz azad mətbuat üçün nəsə etməyə qurcalansa da, gücünün yetərsizliyi sadəcə niyyət nümayişindən başqa heç bir nəticə hasil etmədi. Sovet dövrü daha pis oldu. Milli dildə mediamızın qəzet-jurnal nümunələri, azərbaycanlı jurnalistlər nəsli olsa da, milli ruhlu mediamız "dar dəmir qəfəsə salınmış timsah balası kimi böyüyüb kökəldikcə qəfəsin ölçülərinə uyğun olaraq ətini tökdü", yetişə bilmədi.
Dövlətçiliklə milli mediamızın vahidləşməsi prosesi üçün münbit şərait məhz müstəqillik illərində yetişdi. İlham Əliyevin dövründə isə öz apogeyinə çatdı. Bir halda ki, İlham Əliyev dövlətin, bütün xalqın Prezidenti olaraq medianın çağırışlarına reaksiya verir, hətta sosial ədalətsizlik və bəlalarla mübarizədə onu özünün böyük dəstəkçisi adlandırır, mediamıza dövlət dəstəyinin dönməzliyinə təminat verir, jurnalistləri tarixdə heç vaxt görmədikləri hörmətə mindirir, bir sənət kimi jurnalistikanı stimullaşdırır, media qurumlarımızı məsləyi naxoş olan əcnəbi mərkəzlərin təsiri altına düşməkdən qoruyur, onda niyə mediamız dövlətçilik və onun simvolu olan Prezidentin qarşısında öhdəlik götürməyə mənəvi borclu olmasın?! Niyə Prezidenti əmin etməsinlər ki, bir lider-şəxsiyyət və dövlətin simvolu olaraq onu heç vaxt sındırmayacaqlar?!! Niyə Prezidentə söz verməsinlər ki, Siz İlham Əliyev suveren dövlətçilik mövqeyində dayandıqca mediamız Sizdən uzaqlaşmayacaq!! Mediamızın gücü dövlətçilik və Prezidentlə birlikdə olmaqdadırsa, niyə dünyanın heç bir ölkəsində əldə edilməyən bu uğurlu və unikal modelə göz yummalıyıq?!! İllər boyu özünü heç bir dövlətin, hakimiyyətin tabeliyində olmayan, azad, müstəqil media orqanları kimi təqdim edən transmilli korporasiyalar əslində son dövrlərdə məhz hansısa dövlətlərin əlində ideoloji diversiya alətləri kimi ifşa olundular. Demək, onlar pərdə arxasında öz dövlətləri ilə bir yerdədirlər, məhz bu örtülü birliyin əks-sədası başqa bir sıra ölkələrdə xaos, qan-qırğın, kütləvi həyəcanlar və hətta vətəndaş müharibələri doğurur. Detalları ilə təhlil etməli fenomendir. Üzdə müstəqil, pərdə arxasında örtülü iş birliyi, başqa ölkələrdəki əks-sədası isə xaos və qan... Dünyada dövlət-media münasibətlərinin belə qorxunc formullarının olduğu bir vaxtda biz nədən Azərbaycanın hazırkı şəffaf dövlət-media münasibətləri modeli ilə qürur duymayaq, dövlətimizin və onun simvolu olan Prezidentin yanında olmayaq? Həm də bu birliyin pərdəarxası elementləri yoxdur və hər hansı bir ölkənin iç vəziyyətini qatıb-qarışdırmaq kimi niyyətimiz, onlarda tökülə biləcək qan-qırğından zövq almaq kimi manyakal keyfiyyətimiz yoxdur. Heç kimin daxili işlərinə qarışmadan öz dövlətimizi xaricdən gələn qəsdlərdən qorumaq istəyirik. Vəssalam! Bunun naminə, buna doğru dövlətçiliklə birlikdə olmaqdan güclü seçim nə ola bilər ki?!
Təəssüf ki, seçimi bu cür etməyənlər də var... Dövlətçiliklə birlikdə olmağın gücünü anlamayanlara nə yazıq...
Azərbaycanda hələ 2007-ci ildə siyasi partiyalı mövqedən imtina edərək müstəqil media mövqeyinə keçməkdə ilk nümunə göstərən qəzetin baş redaktoru olaraq əminliklə deyirəm ki, partiyalı media orqanı dövlətçilik mövqeyində ardıcıl bərqərar ola bilməz. Çünki o media orqanı öz prinsiplərindən yox, xidmət etdiyi siyasi qüvvənin prinsiplərindən asılıdır. 2007-ci ildə "Bakı-Xəbər" qəzeti Azərbaycan reallığında ilk nümunə kimi partiyalı mövqedən müstəqil media prinsiplərinə keçid edəndə demişdik ki, biz ilk olduq, ancaq son olmayacağıq, proses davam edəcək və partiyalı mövqedən zaman-zaman imtina edən media rəhbərlərinin sayı artacaq. Hər şeyin dediyimiz və gözlədiyimiz kimi olduğunu bu gün cərəyan edən proseslər aydın köstərir. Xalis mətbuat prinsiplərinə söykənərək belə seçim edənlər bəzi opponentləri tərəfindən yumşaq formada "hakimiyyətlə barışmaq" kimi qərəzli və kin-küdürətlə işarələnsə də, kimlərin nə deməsindən asılı olmayaraq, bu ən doğru seçimdir. Başqa cür necə olmalıdır?
Mən hələ o zaman mətbuatda demişdim ki, insana iki çiyin ona görə verilməyib ki, hərəsində bir-birindən kəskin fərqli və hər ikisi ağır yük daşısın. Çiyinlərin hər ikisi eyni bir yükün altına veriləndə isə, o yükün ağır, ya yüngül olmasından asılı olmayaraq nəticə böyük olur. Bu gün Azərbaycan mediasında hərtərəfli formalaşmış, təkcə bir mətbu orqanın deyil, istənilən dövlət vəzifəsinin yükünü və məsuliyyətini ustalıqla daşıya bilən sanballı media rəhbərləri yetişib. Onlar sayca çox deyillər, xüsusi peşəkar hazırlıq tələb edən bir neçə dövlət postu istisna olmaqla, qalan bir çox digər səviyyələrdə onlara göstərilə bilən etimadı yüksək səviyyədə doğrultmaq gücündədirlər.
İcra başçısı, nazir müavini, nazir, idarə rəisi, deputat, diplomat, səfir və sair - nəzərdə tutduğum bir neçə baş redaktorun şəxsində belə potensial səlahiyyət sahiblərini görürəm. Əlbəttə, bizim gördüyümüz şərtlər həlledici deyil. Əsas odur ki, dövlətçilik sistemində medianı əhəmiyyətli bir statusa çatdıra bilmiş Prezident cənabları kadr siyasətinin bu istiqamətini də açmağın gərəkli olub-olmadığını nəzərdən keçirsin. Ancaq məntiq artıq bu gündən diqtə edir ki, media bir struktur olaraq dövlətçilik prinsiplərinə sıx qovuşa bilibsə, deməli, media rəhbərlərinin özlərinin də dövlətçiliklə praktik olaraq birləşməsi mümkündür. Sirr deyil ki, mediamızın hər cür siyasi maraqları kənara ataraq dövlətçilik prinsipi üzərində dayanmağı bacarması ümummilli uğur kimi daha çox Prezident İlham Əliyevin, onun aparatında müvafiq şöbənin, KİV DF-nin, MŞ-nın, ölkənin bir neçə aparıcı media rəhbərinin səyləri ilə əldə olunub.
Yəni mətbuatımızın dövlətçilik prinsiplərinə yiyələnməsi həm də bugünkü media rəhbərlərinin sabahkı dövlət xadimlərinə çevrilməsi şansının açılması deməkdir. Azərbaycan mediası inkişaf relsləri üzərində dövlətçilik prinsipinə doğru irəlilədikcə maraqlı nüanslar meydana çıxır. İlham Əliyevin 2007-ci ildə başlatdığı bu prosesin hələ bundan sonra hansı mərhələləri keçəcəyini gələcək göstərəcək. Ancaq bu gün şəksizdir ki, biz ilk uğurlu mərhələni keçirik - mediamız prinsipial olaraq dövlətçilik prinsiplərinə tam sahiblənib. İndi media rəhbərlərinin ən müxtəlif statuslarda dövlət xadimlərinə çevrilməsinə şans verən ikinci mərhələ açıla bilər. Doğrudur, indiyə qədər mediadan dövlət təşkilatlarının mətbuat xidmətlərinə sıravi jurnalistlər səviyyəsində keçid nümunələri çox olub. Baş redaktorların timsalında daha yüksək dövlət qulluğuna keçid faktları isə hələlik yalnız açılmış perspektiv halındadır. Yəqin ki, cənab Prezident medianın dövlətçiliklə birləşməsinə son nəticə kimi baxmayacaq və prosesin açdığı yeni mərhələlərin hər birinin çağırışlarına uyğun addımlar atmaqda davam edəcək. Media qurumları dövlətləşə bilirsə, nədən media rəhbərlərinin özləri də dövlətləşməsin?! "Sizin timsalınızda öz dəstəkçilərimi görürəm" deyən Prezidentin bu sözlərindən daha uzağa gedən nəticələr çıxarmaq mümkündür. Hər bir proses məntiqi sonluğa çatması və bütövləşməsi ilə daha da gözəlləşir. Əsas odur ki, baş redaktorların bir çiynində siyasətin, o biri çiynində mətbuatın yükünü daşıması kimi əcaib mərhələni arxada qoya bildik... Görək irəlidə nə var...
Aydın QULİYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ