Cümə günü, 06 noyabr 2026
     

Milli mətbuatımız milli mübarizə tariximizdir

Image


Milli Mətbuatımızın 140 yaşı tamam olur. Söz yaradıcılığının, fikir və düşüncə sənətkarlığının bayramıdır. Sözümüzün tarixi isə özümüz və özülümüz qədər dərindir. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycan ictimai fikir tarixi min ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş və söz yaradıcılığının misilsiz ənənələrini yaratmışdır.
Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Füzuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü məhz 140 il öncə Həsən bəy Zərdabinin "Əkinçi"si timsalında "materiallaşdı" və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi. Əşyaların adlandırılmasından başlayıb, milli ideyanı yetişdirməyə qədər yüksələn milli söz XIX əsr maarifçilərimizin fikir və düşüncələrində yetkinləşən milli ideologiyamızı ictimai şüurun aparıcı qüvvəsinə çevirə bildi. Sözdən düşüncələrə hoparaq, oradan də əməllərə keçən milli ictimai şüur isə ilk milli dövlətin yaranmasına gətirib çıxarması ilə dahi Füzulinin vəsf etdiyi "Əlahəzrət Söz" ün qüdrətini və təntənəsini nümayiş etdirdi. 140 yaşlı Milli Mətbuatımız, Sözün və söz sənətkarlığımızın öz funksiyasında ən yüksək əməli nəticələrə gətirib çıxardığı bu uzun yolun yeni dövr mərhələsidir.
Milli mətbuatımızın yarandığı dövr tarix üçün də yeni bir dövr idi. Bu, Sözün sentimental və ruhani hissiyyatların təsvirindən real həyat düşüncələrinin ifadəçisinə çevrildiyi, mifik qəhrəmanlığı göylərə yüksəldən mücərrəd saray poetikasından insanların düşüncəsinə nüfuz etməklə ictimai şüuru təkmilləşdirən, milli dünyagörüşünü formalaşmağa istiqamətləndirən və bununla da söz yaradıcılığına ictimai-siyasi çalarlar gətirən realist yaradıcılıq mərhələsinə keçdiyi bir dövr idi. Söz və fikir tariximizin bu mərhələsi -140 illik mətbuat dövrü mübarizə, təkamül və qələbələr dövrüdür. İlk mətbu orqanımız "Əkinci"nin işıq üzü görməsindən dərhal sonra bir-birinin ardınca açılan qəzetlərimiz ağır təzyiqlərlə üzləşərək qısa müddətdən sonra bağlanmalı olurdular. Buna baxmayaraq, "Əkinçi", "Ziya", "Kəşkül", "Kaspi" kimi mətbu orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli təkan verdilər, insanların yeni həyat idealları uğrunda mübarizəsinə yol aça bildilər. Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Məmməd Kəngərli kimi milli ideya daşıyıcılarımız milli mətbuatımızın məktəb və ənənəsini yaratmağa nail ola bildilər. Heç təsadüfi deyil ki, o zamankı naşirlər və qəzetçilər peşə baxımından jurnalist deyildilər, lakin mətbuat onlar üçün xalqın, millətin şüuruna çatdırmaq istədikləri mütərəqqi ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin yaranmasına nail olmaq məqsədilə istifadə edə biləcəkləri ən müasir vasitə idi. Ona görə də XIX əsr ziyalılarımızın, demək olar ki, hamısının həyatı mətbuatla sıx bağlı idi. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və digər ziyalılarımız bu ənənəni davam etdirərək "Şərqi-Rus", "Həyat", "Açıq söz", "Molla Nəsrəddin" və digər məşhur mətbu orqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə olan milli şüuru dövlətçilik şüuruna yüksəldə bildilər. Məhz bu insanların fədakarlığı və əzmkarlığı sayəsində Azərbaycan milli şüuru elə yeni dövrün başlanğıcında özünün intibah mərhələsinə yüksəldi və tarixdə ilk türk cumhuriyyətini - azad insan və demokratik cəmiyyət nümunəsini yarada bildi. Mövcud olduğu qısa zaman kəsiyində "İnsanlara hürriyyət, Millətlərə istiqlal" bəyan etmiş ilk milli Cumhuriyyətimizdə milli mətbuatımız azadlıq coşqusu ilə yüksəldi, böyüdü və gənc dövlətdə sürətli quruculuq və yaradıcılıq marafonuna əvəzsiz töhfələr verdi. 1920-ci ildə müstəqilliyimizə son qoyan imperiya milli mətbuatımızın da müstəqilliyinə son qoydu. İmperiya nəzarəti altında yaranan yeni sovet mətbuatı isə yalnız bolşevik ideologiyasının imkan verdiyi özünəməxsus formatda mövcud ola bilərdi. Buna baxmayaraq, milli mətbuatımız mübarizə yolundan dönmədi. İctimai-siyasi hadisələrə obyektiv münasibət bildirməyin mümkün olmadığı ən çətin zamanlarda belə milli mətbuatımız öz səylərini əhalinin savadlanması, milli mədəni dəyərlərimizin qorunması və ən başlıcası isə doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsi işinə yönəltdi. Milli-mədəni sərvətlərimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına misilsiz xidmətlər göstərdi.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Həsən bəy Zərdabidən gələn keşməkeşli milli mətbuat yolunu yenidən işıqlandırdı və artıq onlarla deyil, yüzlərlə mətbu orqan millətin azadlıq coşqusundan doğan əzmkarlıqla yeni cəmiyyət quruculuğuna qoşuldu. 1998-ci ilin avqustunda ümummilli liderimiz Heydər Əliyevin mətbuat üzərində senzuranın ləğv olunması haqqında tarixi Fərmanı isə milli mətbuatımızı əbədi azadlığa qovuşdurdu, onun inkişaf yolunda intəhasız üfüqlər açdı. Prezident Heydər Əliyevin mətbuata özəl münasibəti, mətbuat nümayəndələrinə sonsuz səmimiyyəti və qayğıkeşliyi elan olunmuş müstəqilliyin hələ kifayət qədər möhkəmlənmədiyi bir dövrdə milli mətbuatımızı dövlət quruculuğu işlərinə töhfələr verməyə sövq edirdi. Lakin bir tərəfdən ölkədə hökm sürən müharibə şəraiti və digər tərəfdən yaranmaqda olan yeni iqtisadi münasibətlər çərçivəsində maddi vəsait çatışmazlığı milli mətbuatımızın sərbəst inkişafını mümkünsüz edirdi. Cari istehsal fəaliyyəti üçün mətbu orqanların dövlət qurumlarına yaranmış külli miqdarda borcları çoxsaylı qəzet və jurnalları bağlanmaq təhlükəsi qarşısında qoymuşdu. Ən çətin zamanlarda milli mətbuatımıza xüsusi təəssübkeşliklə yanaşan Heydər Əliyev o zaman da milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı. Dövlət başçısının bu borcların silinməsi haqqında sərəncamı mətbu orqanlarına öz fəaliyyətini davam etdirmək üçün yeni və daha geniş fürsətlər yaratdı. Yeni ictimai-siyasi şəraidə meydana çıxan fikir plüralizminin, çoxsaylı partiya və qrup mənafelərinin, mətbuata xarici və daxili təsir cəhdlərinin bir-birinə qarışdığı mürəkkəb, lakin kifayət qədər geniş bir rəqabət meydanında milli mətbuatımız "çəkişməklə bərkişmək" mərhələsini də yaşadı.
Ən müasir dövrümüzdə isə Prezident İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi səmimi dostluq münasibətləri milli mətbuatı və mətbuat nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqana maneəsiz çıxışının təmin olunduğu bir məkandır. Əhalinin 75%-nin internet istifadəçisi olduğu bir cəmiyyətdə yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya vasitələrinin inkişafı mətbuatın daha çevik, daha operativ fəaliyyət göstərməsi üçün ideal şəraiti təmin edir. Lakin mübarizə davam edir. Çağdaş dövrümüzdə yaranmış sərbəstlikdən sui-istifadə etməyə çalışaraq, dövlətçiliyimiz əleyhinə gizli-aşkar fəaliyyət göstərən bir sıra xarici təşkilatların və 5-ci kolon nümayəndələrinin bəzi mətbuat orqanlarını öz təsir dairəsinə salmaq cəhdləri bu günümüzün danılmaz reallığıdır. Beynəlxalq arenada öz milli maraqlarını qorumaqla müstəqil siyasət yeritməyə cəhd edən yeni nəsil dövlətləri üçün xarakterik olan bu hal ölkəmizdə də müşahidə olunur. Bunun səbəbləri də bəllidir. Əslində, dünya siyasətinin cilovunu öz əllərində saxlamağa çalışan güc sahibləri yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkələr haqqında beynəlxalq mətbuatda dezinformasiyalar yaymaqla həmin dövlətləri müstəqil siyasət yürütməkdən çəkindirməyə və beləliklə də özlərinin siyasi təsir dairələrində saxlamağa çalışırlar. Yerli-yersiz ölkəmizdə mətbuat azadlığının mövcudluğuna kölgə salmaq istəyən bəzi beynəlxallq təşkilatların vaxtaşırı hücumları da məhz bu məqsədə xidmət edir. Lakin belə cəhdlərin əvvəl-axır uğursuzluğa məhkum olacağı artıq heç kimdə şübhə doğurmur. Çünki ötən illər ərzində Azərbaycanda dövlət-mətbuat-cəmiyyət üçbucağının elə bir konstruktiv konfiqurasiyası formalaşmışdır ki, bu qarşılıqlı münasibətlər sistemində Azərbaycanın müstəqilliyinin qorunması, Azərbaycan xalqının mənafeyinin və milli maraqlarının müdafiə edilməsi bütün tərəflər üçün prioritet hesab olunur.
Mövcud münasibətlər sistemi hər bir vətəndaşın fərdi maraqlarından, hüquq və vəzifələrindən başlayaraq dövlətin milli maraqlarına və vətəndaş qarşısında öhdəliklərinə qədər ictimai-siyasi həyatın bütün səviyyələrində qarşılıqlı etimadı özündə ehtiva edir. Məhz belə bir münasibətlər sistemi dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil edir. Dövlətlə xalq arasında hökm sürən vəhdət isə, öz növbəsində, Azərbaycan müstəqilliyini əbədi, dönməz və sarsılmaz edən başlıca amildir. Azad cəmiyyət və güclü dövlət tandeminin doğurduğu bu vəhdətin daha da möhkəmlənməsində milli mətbuatımızın rolu həlledicidir.
Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili,
Azərbaycan Mətbuat
Şurasının İdarə Heyətinin üzvü




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ