Cümə günü, 06 noyabr 2026
     

İlham Əliyev Qarabağ tənzimlənməsini sürətləndirməyin daha bir yolunu göstərdi

Image


Avropanın rəhbərlərindən biri Azərbaycanla bağlı yeni siyasi niyyət açıqladı

"Ümid edirik ki, işğalçıya Azərbaycan torpaqlarını geri qaytarması üçün daha çox təzyiq göstəriləcək"

"Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər baxımından cənab Tuskun səfəri çox vacibdir". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Avropa İttifaqı Şurası prezidenti Donald Tuskla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Aİ ilə münasibətlər inkişaf edir: "Uzun illər aramızda məhsuldar münasibətlər formalaşıb. Biz ikitərəfli fikir mübadiləsi apardıq. Müsbət irəliləyişlər var. Görüşdə regional məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik, həll yolları barədə düşündük. Mən ona danışıqlar prosesi barədə danışdım, münaqişənin tarixi barədə məlumat verdim. Bu münaqişə iki on ildir davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycandan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnaməsi qəbul edilib. Ermənistan bu qətnamələrin tələblərinin yerinə yetirmir. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Xalqımız etnik təmizləməyə məruz qalıb. Biz münaqişənin beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunmasını istəyirik. Ümid edirik, gələcəkdə işğalçıya daha çox təzyiq göstəriləcək ki, Azərbaycan torpaqlarını geri qaytarsın və danışıqlar prosesini yekunlaşdırsın. Gələcəkdə artıq münasibətlərin normallaşmasından danışa bilərik. Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü kimi dəyərli məfhumdur".
"Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir". Bunu da Donald Tusk Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
"Biz ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həllini tapacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik. Münaqişənin həlli fəaliyyətimizin prioriteti olmalıdır. Biz ATƏT çərçivəsində aparılan Minsk prosesini dəstəkləyirik", - deyə D.Tusk qeyd edib.
"Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşlarındandır. Biz gələcəkdə atacağımız addımlar barədə danışdıq. Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik" - deyen Tusk "Biz ikitərəfli sazişlərimizi həyata keçirmək üzrəyik. Bu baxımdan strateji əməkdaşlıq sazişi mühüm rol oynayır", - deyə bildirib.

"Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik"

D.Tusk birgə mətbuat konfransında Azərbaycan Prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını bildirib.
"Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq", - deyə o vurğulayıb.
Aİ Prezidenti bundan sonra da Aİ-Azərbaycan əməkdaşlığı və tərəfdaşlığının davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
"Biz insan hüquqları və fundamental azadlıqlara xüsusi əhəmiyyət veririk. Avropa İttifaqı hesab edir ki, vətəndaş cəmiyyəti sabitlik və çiçəklənmənin əsasıdır". Donald Tusk Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında belə deyib.
D.Tusk Azərbaycan Prezidenti ilə insan hüquqlarının müdafiəçiləri ilə bağlı məsələni də müzakirə etdiyini qeyd edib: "Biz burada insan hüquqları müdafiəçiləri ilə bağlı məsələni müzakirə etdik. Bir sıra hallarla bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu bizim qarşılıqlı surətdə faydalı əməkdaşlığımıza xidmət edən məsələ ola bilər."
Aİ prezidenti əlavə edib ki, bu istiqamətdə birgə addımlamaq tərəfdaşlıq maraqlarına uyğundur.
"Azərbaycan və Avropa İttifaqı çox yaxşı iki ticarət tərəfdaşıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Aİ Şurasının prezidenti Donald Tuskla keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın xarici ticarətinin, demək olar ki, yarısı Avropa İttifaqı ölkələri ilə aparılır: "Aİ ölkələri, həmçinin, bizim əsas investorlarımızdır. Çünki ölkəmizə sərmayələrin 50 faizindən çoxu məhz Avropa İttifaqından gəlir. Bu iqtisadi əməkdaşlığı digər sahələrə də aid etmək lazımdır. Potensial əməkdaşlıq sahələrindən biri də daşımalar sahəsidir. Artıq dəmir yolu xətti layihəsi bitmək üzrədir. Beləliklə, Azərbaycan, Türkiyə və Gürcüstan birləşəcək, qədim İpək Yolu bərpa olunacaq, iki qitə arasında ticarət dövriyyəsi artacaq. Azərbaycan tranzit ölkəsi kimi bunda öz mühüm rolunu oynayacaq".
Prezident görüşdə enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğunu söyləyib: "Avropa ilə yaxşı tərəfdaşıq. Cənub Qaz Dəhlizi layihəsi ötən il təqdim edildi. Azərbaycan öz təşəbbüsü ilə bu layihəni irəli sürüb. Hazırda tərəfdaşlar, qonşu ölkələr və sərmayədarlarla birlikdə işləyirik ki, bu layihəni vaxtında icra edək. Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. "Şahdəniz" qaz yatağının ehtiyatı 1 trilyondan artıqdır. Bu da gələn on illər ərzində bizi qazla təmin edəcək. Cənub Qaz Dəhlizi layihəsi ölkələri birləşdirən layihədir. Bu isə istehsalçı, istehlakçı və tranzit ölkələrə xidmət edən bir layihədir. Ölkələr arasında tarazlıq təmin edilməlidir. Bu, fevral ayında Bakıda məşvərət şurasının iclasında qəbul edilən bəyannamədə öz əksini tapıb. Bu ilin mart ayında TANAP layihəsinin tikintisi başlayıb. Biz işləri vaxtında aparırıq. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı ola bilməz. Bu layihə həm də enerji diversifikasiyası layihəsidir və nəinki marşrutların, həmçinin mənbələrin də şaxələndirilməsi deməkdir. Azərbaycan öz ehtiyatları, infrastrukturu və təcrübələri ilə belə bir meqalayihəni həyata keçirmək əzmindədir. Biz şadıq ki, Azərbaycanın bu sahədə rolu Avropa İttifaqının bu yaxınlarda qəbul edilmiş sənədlərində öz əksini tapıb".
"Mənim üçün və Avropa İttifaqı üçün Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir". Bu sözləri isə Aİ Şurasının sədri Donald Tusk Azərbaycan Prezidenti ilə keçirdiyi mətbuat konfransında jurnalistin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandırarkən deyib. O, iki gün öncə Ermənistanda bunu aydın şəkildə bəyan etdiyini bildirib: "Bizə sülh yolu ilə həll lazımdır. Bunun alternativi yoxdur. Məsələnin dinc yolla həllinin alternativi yoxdur. Fikrimcə, biz nəinki hərbi əməliyyatlardan, həmçinin radikal tondan, düşmənçilik və ədavətə əsaslanan bəyanatlardan da uzaq olmalıyıq. Çünki bunlar Dağlı Qarabağ məsələsinin həllinə xidmət edən məqamlar deyil. Biz bu ritorikadan uzaq olmalıyıq, çünki münaqişələr bizə qətiyyən lazım deyil. Ukraynada baş verən hadisələr bu cür siyasətin, ideologiyanın, münasibətin ən açıq nümunəsidir. Avropa İttifaqı ATƏT-in Minsk Qrupunu dəstəkləyir. ATƏT-in göstərdiyi səylər münaqişənin həlli ilə bağlı müəyyən edilmiş beynəlxalq formatı təşkil edir. Biz ümidvarıq ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin göstərdiyi səylər sülhün bərpası üçün əsas olacaq. Biz prezidentlər bunu müzakirə etdik. Siz bununla bağlı bəzi məqamlarda məyus da ola bilərsiniz. Lakin hesab edirəm ki, bizə daha çox təmkin lazımdır. Biz əmin olmalıyıq ki, məsələnin həlli üçün əlimizdən gələni edirik".

"Ermənistan prezidentinin demokratiyadan danışmağa haqqı yoxdur"

"Avropa İttifaqı Şurasının sədri ilə mətbuat konfransında Ermənistan prezidenti Azərbaycanın demokratiyadan uzaq olduğunu dedi. O, demokratiya haqqında danışa bilməz, çünki 2008-ci ildə əvvəlki prezident tərəfindən sadəcə təyin edilmişdi, baxmayaraq ki, guya seçkilər keçirmişdilər".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Aİ Şurasının sədri Donald Tuskla keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı xatırladıb ki, Ermənistanda 2008-ci ildə keçirilən "seçkilər"də insanlar qətlə yetirilmişdi: "Belə olan halda bu insan bu haqda ümumiyyətlə danışmamalıdır. Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymaq məsələsinə gəldikdə, mənə elə gəlir ki, bu ittihamın Azərbaycan tərəfindən gəlməsi daha təbii görünərdi. Çünki beynəlxalq ictimaiyyət aydın şəkildə işğalçı ilə işğala məruz qalan arasında fərq qoymalıdır. Hazırda biz danışıqlar formatı üzərində müzakirə aparırıq ki, münaqişənin dinc yolla həllinə nail olaq. Lakin münaqişənin məhz səbəbləri yaddan çıxarılmalı deyil. Erməni separatçıları Dağlıq Qarabağda Ermənistan tərəfinin dəstəyi ilə Azərbaycana qarşı təcavüzə keçdilər və münaqişənin ilk qurbanları azərbaycanlılar oldu. İşğal etnik təmizləmə siyasəti ilə, Xocalıdakı soyqırımla nəticələndi. Azərbaycan ərazisinin 20 faizi işğal altında düşdü və biz bu işğalın nəticələri ilə üzləşdik. Və çox aydın şəkildə görünür ki, Azərbaycan ərazisinin böyük bir hissəsi Ermənistanın işğalı altındadır. Oradan azərbaycanlılar qovulub. Onlar bizim tarixi, dini abidlərimizi yerlə yeksan ediblər. Yeri gəlmişkən, bunlar ATƏT-in iki faktaraşdırıcı missiyasının hesabatında öz əksini tapıb. İndi isə onlar Azərbaycanı ittiham edirlər ki, Azərbaycan blokada tətbiq edir. Azərbaycanı ksenofobiyada ittiham edirlər. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli, çoxkonfessiyalı ölkədir. İndiki dünyada necə ola bilər ki, bir ölkənin əhalisinin 99 faizi bir millətə aid olsun? Lakin Azərbaycan qürur hissi ilə qeyd edir ki, çoxmillətli ölkədir. Azərbaycan bundan fərəhlənir. Azərbaycanda bütün dinlərin, konfessiyaların nümayəndələri yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdır".
Prezident bir daha qeyd edib ki, təcavüzə məruz qalanla təcavüzkar arasında fərq qoyulmalıdır: "Təcavüzkar ədalət məhkəməsi qarşısında cavab verməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi qəbul olunub. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələbi qeyd olunur. İşğala, təcavüzə heç bir əsaslandırılma verilə bilməz. Ermənistan bu reallığı nə qədər tez anlasa, o qədər onların özləri üçün yaxşı olar. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü regional əməkdaşlıqdan, Azərbaycandan, qonşularından təcrid edir. Bunun nəticəsində Ermənistanda hərtərəfli yoxsulluq baş verir. Ermənistan əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı səviyyədə yaşayır. Bu, təcavüzün, işğalın nəticəsidir. Ermənistan rəhbərliyinin uzaqgörənliyi varsa, nəhayət anlayacaq ki, qonşuları ilə münasibətlər normallaşdırılmasa, Ermənistanın gələcəyi sual altında olacaq".
Xəbər xidməti 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ