çərşənbə axşamı günü, 23 iyun 2026
     

İlham Əliyev Qarabağ tənzimlənməsini sürətləndirməyin daha bir yolunu göstərdi

Image


"Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər baxımından cənab Tuskun səfəri çox vacibdir". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Әliyev Bakıda səfərdə olan Avropa İttifaqı Şurası prezidenti Donald Tuskla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, Aİ ilə münasibətlər inkişaf edir: "Uzun illər aramızda məhsuldar münasibətlər formalaşıb. Biz ikitərəfli fikir mübadiləsi apardıq. Müsbət irəliləyişlər var. Görüşdə regional məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik, həll yolları barədə düşündük. Mən ona danışıqlar prosesi barədə danışdım, münaqişənin tarixi barədə məlumat verdim. Bu münaqişə iki on ildir davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycandan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnaməsi qəbul edilib. Ermənistan bu qətnamələri yerinə yetirmir. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Xalqımız etnik təmizləməyə məruz qalıb. Biz münaqişənin beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunmasını istəyirik. Ümid edirik ki, gələcəkdə işğalçıya daha çox təzyiq göstəriləcək ki, Azərbaycan torpaqlarını geri qaytarsın və danışıqlar prosesini yekunlaşdırsın. Gәlәcәkdә artıq münasibәtlәrin normallaşmasından danışa bilәrik. Azərbaycanın әrazi bütövlüyü digәr ölkәlәrin әrazi bütövlüyü kimi dәyәrli mәfhumdur”.

"Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir". Bunu isə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Biz ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həllini tapacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik. Münaqişənin həlli fəaliyyətimizin prioriteti olmalıdır. Biz ATƏT çərçivəsində aparılan Minsk prosesini dəstəkləyirik”, - deyə D. Tusk qeyd edib.

"Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşlarındandır. Biz gələcəkdə atacağımız addımlar barədə danışdıq. Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik” – deyə Donald Tusk bildirib.

"Biz ikitərəfli sazişlərimizi həyata keçirmək üzrəyik. Bu baxımdan strateji əməkdaşlıq sazişi mühüm rol oynayır”, - deyə o, söyləyib.

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın Şengen zonasına daxil olmasını istədiklərini deyib. D. Tusk Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını bildirib.

"Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq", - deyə o vurğulayıb.

Aİ prezidenti bundan sonra da Aİ-Azərbaycan əməkdaşlığı və tərəfdaşlığının davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

"Biz insan hüquqları və fundamental azadlıqlara xüsusi əhəmiyyət veririk. Avropa İttifaqı hesab edir ki, vətəndaş cəmiyyəti sabitlik və çiçəklənmənin əsasıdır” – deyə Donald Tusk bildirib.

D. Tusk Azərbaycan prezidenti ilə insan hüquqlarının müdafiəçiləri ilə bağlı məsələni də müzakirə etdiyini qeyd edib: "Biz burada insan hüquqları müdafiəçiləri ilə bağlı məsələni müzakirə etdik. Bir sıra hallarla bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu bizim qarşılıqlı surətdə faydalı əməkdaşlığımıza xidmət edən məsələ ola bilər.”

Aİ prezidenti əlavə edib ki, bu istiqamətdə birgə addımlamaq tərəfdaşlıq maraqlarına uyğundur.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan və Avropa İttifaqı çox yaxşı iki ticarət tərəfdaşıdır. Dövlət başçısı bildirib ki, Azərbaycanın xarici ticarətinin demək olar ki, yarısı Avropa İttifaqı ölkələri ilə aparılır: "Aİ ölkələri həmçinin bizim əsas investorlarımızdır. Çünki ölkəmizə sərmayələrin 50 faizindən çoxu məhz Avropa İttifaqından gəlir. Bu iqtisadi əməkdaşlığı digər sahələrə də aid etmək lazımdır. Potensial əməkdaşlıq sahələrindən biri də daşımalar sahəsidir. Artıq dəmir yolu xətti layihəsi bitmək üzrədir. Beləliklə, Azərbaycan, Türkiyə və Gürcüstan birləşəcək, qədim İpək Yolu bərpa olunacaq, iki qitə arasında ticarət dövriyyəsi artacaq. Azərbaycan tranzit ölkəsi kimi bunda öz mühüm rolunu oynayacaq”.

Prezident görüşdə enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğunu söyləyib: "Avropa ilə yaxşı tərəfdaşıq. Cənub Qaz Dəhlizi layihəsi ötən il təqdim edildi. Azərbaycan öz təşəbbüsü ilə bu layihəni irəli sürüb. Hazırda tərəfdaşlar, qonşu ölkələr və sərmayədarlarla birlikdə işləyirik ki, bu layihəni vaxtında icra edək. Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. "Şahdəniz” qaz yatağının ehtiyatı 1 trilyondan artıqdır. Bu da gələn on illər ərzində bizi qazla təmin edəcək. Cənubi Qaz dəhlizi layihəsi ölkələri birləşdirən layihədir. Bu isə istehsalçı, istehlakçı və tranzit ölkələrə xidmət edən bir layihədir. Ölkələr arasında tarazlıq təmin edilməlidir. Bu, fevral ayında Bakıda məşvərət şurasının iclasında qəbul edilən bəyannamədə öz əksini tapıb. Bu ilin mart ayında TANAP layihəsinin tikintisi başlayıb. Biz işləri vaxtında aparırıq. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı ola bilməz. Bu layihə həm də enerji diversifikasiyası layihəsidir və nəinki marşrutların, həmçinin mənbələrin də şaxələndirilməsi deməkdir. Azərbaycan öz ehtiyatları, infrastrukturu və təcrübələri ilə belə bir meqalayihəni həyata keçirmək əzmindədir. Biz şadıq ki, Azərbaycanın bu sahədə rolu Avropa İttifaqının bu yaxınlarda qəbul edilmiş sənədlərində öz əksini tapıb”.

"Mənim üçün və Avropa İttifaqı üçün Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir”. Bu sözləri Aİ Şurasının sədri Donald Tusk deyib. O, iki gün öncə Ermənistanda bunu aydın şəkildə bəyan etdiyini bildirib: "Bizə sülh yolu ilə həll lazımdır. Bunun alternativi yoxdur. Dinc yolla məsələnin həllinin alternativi yoxdur. Fikrimcə, biz nəinki hərbi əməliyyatlardan, həmçinin radikal tondan, düşmənçilik və ədavətə əsaslanan bəyanatlardan da uzaq olmalıyıq. Çünki bunlar Dağlı Qarabağ məsələsinin həllinə xidmət edən məqamlar deyil. Biz bu ritorikadan uzaq olmalıyıq, çünki münaqişələr bizə qətiyyən lazım deyil. Ukraynada baş verən hadisələr bu cür siyasətin, ideologiyanın, münasibətin ən açıq nümunəsidir. Avropa İttifaqı ATƏT-in Minsk Qrupunu dəstəkləyir. ATƏT-in göstərdiyi səylər münaqişənin həlli ilə bağlı müəyyən edilmiş beynəlxalq formatı təşkil edir. Biz ümidvarıq ki ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin göstərdiyi səylər sülhün bərpası üçün əsas olacaq. Biz, prezidentlər, bunu müzakirə etdik. Siz bununla bağlı bəzi məqamlarda məyus da ola bilərsiniz. Lakin hesab edirəm ki, bizə daha çox təmkin lazımdır. Biz əmin olmalıyıq ki, məsələnin həlli üçün əlimizdən gələni edirik”.

"Avropa İttifaqı Şurasının sədri ilə mətbuat konfransında Ermənistan prezidenti Azərbaycanın demokratiyadan uzaq olduğunu dedi. O, demokratiya haqqında danışa bilməz, çünki 2008-ci ildə əvvəlki prezident tərəfindən sadəcə, təyin edilmişdi, baxmayaraq ki, guya seçkilər keçirmişdilər” - İlham Əliyev deyib.

Dövlət başçısı xatırladıb ki, Ermənistanda 2008-ci ildə keçirilən "seçkilər”də insanlar qətlə yetirilmişdi: "Belə olan halda, bu insan bu haqda ümumiyyətlə, heç danışmamalıdır. Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymaq məsələsinə gəldikdə, mənə elə gəlir ki, bu ittihamın Azərbaycan tərəfindən gəlməsi daha təbii görünərdi. Çünki beynəlxalq ictimaiyyət aydın şəkildə işğalçı ilə işğala məruz qalan arasında fərq qoymalıdır. Hal-hazırda biz danışıqlar formatı üzərində müzakirə aparırıq ki, münaqişənin dinc yolla həllinə nail olaq. Lakin münaqişənin məhz səbəbləri yaddan çıxarılmalı deyil. Erməni separatçıları Dağlıq Qarabağda Ermənistan tərəfinin dəstəyi ilə Azərbaycana qarşı təcavüzə keçdilər və münaqişənin ilk qurbanları azərbaycanlılar oldu. İşğal etnik təmizləmə siyasəti ilə, Xocalıdakı soyqırımla nəticələndi. Azərbaycan ərazisinin 20 faizi işğal altında düşdü və biz bu işğalın nəticələri ilə üzləşdik. Və çox aydın şəkildə görünür ki, Azərbaycan ərazisinin böyük bir hissəsi Ermənistanın işğalı altındadır. Oradan azərbaycanlılar qovulub. Onlar bizim tarixi, dini abidlərimizi yerlə yeksan ediblər. Yeri gəlmişkən, bunlar ATƏT-in iki faktaraşdırıcı missiyasının hesabatında öz əksini tapıb. İndi isə onlar Azərbaycanı ittiham edirlər ki Azərbaycan blokada tətbiq edir. Azərbaycanı ksenofobiyada ittiham edirlər. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli, çoxkonfessiyalı ölkədir. İndiki dünyada necə ola bilər ki, bir ölkənin əhalisinin 99 faizi bir millətə aid olsun? Lakin Azərbaycan qürur hissi ilə qeyd edir ki, çoxmillətli ölkədir. Azərbaycan bundan fərəhlənir. Azərbaycanda bütün dinlərin, konfessiyaların nümayəndələri yaşayır. Onlar Azərbaycan vətəndaşlarıdır”.

Prezident bir daha qeyd edib ki, təcavüzə məruz qalanla təcavüzkar arasında fərq qoyulmalıdır: "Təcavüzkar ədalət məhkəməsi qarşısında cavab verməlidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi qəbul olunub. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələbi qeyd olunur. İşğala, təcavüzə heç bir əsaslandırılma verilə bilməz. Nə qədər tez Ermənistan bu reallığı anlasa, o qədər onların özləri üçün yaxşı olar. Çünki torpaqları işğal altında saxlamaqla Ermənistan özünü regional əməkdaşlıqdan, Azərbaycandan, qonşularından təcrid edir. Bunun nəticəsində Ermənistanda hərtərəfli yoxsulluq baş verir. Ermənistan əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı səviyyədə yaşayır. Bu təcavüzün, işğalın nəticəsidir. Ermənistan rəhbərliyinin uzaqgörənliyi varsa, nəhayət, anlayacaq ki, qonşuları ilə münasibətlər normallaşdırılmasa, Ermənistanın gələcəyi sual altında olacaq”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi – artıq əvvəlki kimi olmayacaq…

23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…

23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTO

23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...

23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı

23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə... - FOTO

23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı - Səudiyyə və BƏƏ üsyan etdi...

23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...

23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?

23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...

23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...

23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir.... Mansur Yavaş ifşa edir...

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

22.06.2026 / 18:53
“İbrahim Sazişləri”nin Cənubi Qafqaza və Orta Asiyaya nə dəxli?..

22.06.2026 / 18:41
İran İsraili 2000-ci ildə Livanda baş verən hadisələrin təkrarlanması ilə hədələdi...

22.06.2026 / 18:27
Azərbaycanla Türkmənistanın arasında "sıçrayış başlayır"...

22.06.2026 / 18:24
Bir qəpiklik yumurta ilə bağlı daha bir açıqlama AQTA-dan gəldi...

22.06.2026 / 18:16
Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir

22.06.2026 / 17:53
11500 nikahın 6500-ü pozulub -son 5 ayın göstəriciləri dəhşət saçır...

22.06.2026 / 17:23
Mərdəkanda 4 nəfər dənizdə batdı...

22.06.2026 / 17:15
Bakıdakı universitetlərlə bağlı qərar verildi - köçürülməyəcək, tələbə sayı azaldılacaq....

22.06.2026 / 17:10
"Teatrın rəhbərliyi tərəfindən bildirildi ki, aktrisa ştatı yoxdur" - Mehriban Xanlarova

22.06.2026 / 16:53
Qayıdan məcburi köçkünlər ata-baba qəbirstanlıqlarının bərpasına başlayıblar...

22.06.2026 / 16:50
"Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir" - Berdiməhəmmədov

22.06.2026 / 16:48
Prezident: "Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik"

22.06.2026 / 16:44
"Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır" Prezident

22.06.2026 / 16:37
İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

22.06.2026 / 16:35
Vyetnam Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

22.06.2026 / 16:19
Zelenski görünməmiş hərbi texnikanı ortaya çıxardı - Sibirə kimi uçan PUA, G-7 yekdil qərar verdi...

22.06.2026 / 15:43
İranın 100 milyardını donduranların arasında Çin kimi dost, İraq kimi qonşu da var...

22.06.2026 / 15:30
Hüseyn Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

22.06.2026 / 15:28
Alman nazir Türkiyədə şərt qoydu - yanvara kimi Rusiya qazından imtina olunmalıdır...

22.06.2026 / 15:10
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşlərini keçirib

22.06.2026 / 15:05
Bərdənin deputatının 21 milyonluq biznes müqaviləsi qanunidir?

22.06.2026 / 14:53
ABŞ İran üçün 300 milyard dolların yarısını topladı -pul kimlərdən yığıldı, şok adlar var...

22.06.2026 / 14:22
Prezident İlham Əliyevin bu qədər əmin danışması səbəbsiz deyil...

22.06.2026 / 14:17
BMT-nin Proqram rəhbəri Prezident İlham Əliyevə təşəkkür etdi...

22.06.2026 / 14:10
Azərbaycan üzərindən Ermənistana internet veriləcək - sənəd imzalandı...

22.06.2026 / 14:00
İran uçurumu dərinləşir – İsraildən ABŞ-a 11 sentyabr təhdidi…

22.06.2026 / 13:28
Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi...

22.06.2026 / 13:13
Bu həftə 3 gün iş olmayacaq...

22.06.2026 / 13:09
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

22.06.2026 / 13:05
Bakıda bir qəpiyə satılan yumurtalar SAXTAdır? - RƏSMİ AÇIQLAMA...

22.06.2026 / 12:53
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - FOTO

22.06.2026 / 12:40
Trampın dediyi oldu - Britaniyanın Baş naziri Starmer istefa verdi…

22.06.2026 / 12:23
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ikinci təlimi

22.06.2026 / 12:16
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edəcək

22.06.2026 / 11:47
Prezidentlərin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi - FOTO

22.06.2026 / 11:27
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

22.06.2026 / 11:09
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

22.06.2026 / 11:03
Tramp öz şərtlərini diqtə edir - yumruqlu təhdid sülh deyil..

22.06.2026 / 11:02
Bakıda Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

22.06.2026 / 10:35
Tarixi abidənin iaşə obyekti kimi istifadəyə verilməsinin fəsadları - Səngəçal karvansarasına ziyan vuruldu

22.06.2026 / 10:08
Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətində yeni təyinat...

22.06.2026 / 09:49
Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO

22.06.2026 / 09:11
Qadınların pensiya yaşı artırılır...

22.06.2026 / 08:16
Qarabağın dağıdılmış məzarlıqlarının bərpasına yeni konseptual yanaşma: Anıt-türbə modeli

22.06.2026 / 08:03
İran İsveçrə razılaşmasının təfərrüatlarını açdı

22.06.2026 / 07:01
Netanyahu müharibənin nəticəsindən məmnundur - “…rejim dəyişikliyi üçün şərait yaratmışıq”…

22.06.2026 / 06:17
Kerç boğazının bombalanması Krımı çətin duruma saldı - yarımada blokada vəziyyətində…

21.06.2026 / 22:58
Kılıçdaroğlunun məlum müsahibəsinə daha bir baxış - “…sualların ağırlığı altında əzilən bir siyasətçi gördüm”…

21.06.2026 / 22:13
İran nümayəndə heyəti Trampın təhdidləri üzündən danışıqları yarımçıq tərk etdi

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ