"Vətəndaşlar Mənzil-tikinti kooperativləri ilə bağlı ehtiyatlı olsunlar. Tanımadığı şəxslərlə əlaqəyə girməsinlər. Tikilməkdə olan mənzillərin vahid reyestrinin aparılmasına dair təkliflər hazırlanıb və müvafiq qurumlara göndərilib".
Trend-in məlumatına görə, bunu bu gün I yarımil ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
O bildirib ki, vətəndaş mənzil alanda problemli olub-olmamasını yoxlamalıdır: "Son zamanlar vətəndaşlar bu məsələdə ayılıblar. Son 2-3 ildə mənzil kooperativləri ilə bağlı aldadılma halları yoxdur. Qaldırılmış cinayət işləri işə daha əvvəlki illərə aiddir. Mənzil tikinti kooperativlərinin arxasında oliqarxların olması fakti qeydə alınmayıb".