çərşənbə axşamı günü, 23 iyun 2026
     

Nərgiz Paşayeva 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan edib

Image


İyulun 21-də Heydər Əliyev Mərkəzində 47-ci Beynəlxalq Kimya Olimpiadasının (BKO) təntənəli açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən Olimpiadanın açılış mərasimində 75 ölkədən 292 olimpiadaçı, 250-dən çox alim, kimya mütəxəssisi, müşahidəçi, qrup rəhbəri və qonaq, Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, tanınmış alimlər, ziyalılar iştirak ediblər.

Mərasimdə ilk olaraq 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edən komandalar təqdim olunub. Sonra Olimpiada haqqında videoçarx nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva Olimpiada iştirakçılarını salamlayaraq dedi: "Bu əhəmiyyətli və fərəhli tədbirin prezidenti olmaqdan məmnunluq və şərəf hissi duyuram! Sevincimin, qürurumun əsas ilham mənbəyi isə burada əyləşmiş gənclər – olimpiada iştirakçılarıdır.

Əziz uşaqlar, olimpiadanın şərtlərinə uyğun olaraq sizi müsabiqə və əlbəttə ki, həyəcan dolu saatlar, anlar gözləyir. Şübhə etmirəm ki, siz artıq kimya elminə aid olan biliklərə yiyələnmiş, sağlam rəqabətə, həqiqi sınaqlara hazır olan gənclərsiniz.

Əziz dostlar, əmin olun ki, bizim ölkədə olduğunuz müddət Azərbaycan, Bakı şəhəri, Universitetimiz müvəqqəti olaraq sizin evinizə çevriləcək. Ümidvaram ki, bu evin qonaqpərvərliyini, insanpərvərliyini, xeyirxahlığını bizimlə birgə olduğunuz hər an hiss edib, duyacaqsınız. Müsabiqənin obyektiv, əzəmətli, yarış məkanının, şəraitin tam uyğun olması üçün əlimizdən gələni əsirgəməmişik. Çünki bizi bizləşdirən ümumi arzular, ümidlər və tələblər bir vəhdət təşkil edir. Siz, gələcəyin kimyaçı alimləri qəlbinizdə daim dərk etmək, kəşf etmək hünərini, icad etmək ehtirasını, alovunu daşımalısınız. Bu istək, bu alov və bu həvəs heç zaman zəifləyib sönməməlidir. Bəşəriyyət addım-addım, mərhələ-mərhələ mövcud aləmi, dünyanı, təbiəti, kainatı öyrənməyə, izah etməyə çalışıb və həmişə çalışacaq. Uğurlu gələcəyin saf qəlbli və aydın zəkalı insanlardan – alimlər ordusundan asılı olduğuna şübhə etməyin. Şübhə etməyin ki, kəşf edilməmiş mətləblər, bu gün elm üçün sirr olan məqamlar sizin təqdimatınızı gözləyir.

Əziz dostlar, bu gün hamımız anlayırıq ki, planetimiz o qədər də böyük deyil. Məhz bu səbəbdən Bakı Olimpiadası üçün "həyat sanki nəhəng bir kimya laboratoriyasıdır” şüarını seçdik. Bu laboratoriyanın böyük bir hissəsi canlı təbiətdən – bizi yaradan və yaşadan təbiətdən ibarətdir. Təbiəti qorumaq gözəlliyi qorumaq deməkdir, gözəlliyi qorumaq həqiqəti qorumaq deməkdir, həqiqəti qorumaq mənəviyyatı qorumaq deməkdir, mənəviyyatı qorumaq isə bəşəriyyəti qorumaq deməkdir. Siz bu dəyərlərin daşıyıcıları olmalısınız. Çünki bu dəyərlər olmadan biliklər mənasız, elm məhdud və aciz, bəzən isə təhlükəli ola bilər. Səxavətli, xeyirxah, geniş, humanist ürək və mərd, işıqlı, istedadlı zəka – budur ideal!

Dahi yazıçı Hötenin dediyi kimi, "elm bütün insanlara mənsubdur və elmin milliyyəti olmur”. Bu gün bu zalda 75 ölkəni təmsil edən, 75 komanda əyləşib. Hər bir komandanın üzvləri mənən və zahirən müxtəlif, ayrı-ayrı dillərdə danışan və müxtəlif ənənələrə bağlı olan insanlardır. Eyni zamanda bu gün bizi bir araya gətirən, birləşdirib bir komanda edən əvəzsiz amil göz qabağındadır. Məhz bu amil bizi bir ölkənin, sərhədsiz, ümumi məmləkətin vətəndaşlarına çevirir. Bu məmləkətin adı isə elm, təhsil və mədəniyyətdir. Sarsılmaz olan bu məmləkətin bayrağı işıq - yəni günəş, himni – quşların, bülbüllərin nəğməsi, nişanəsi isə həyatın, varlığın özüdür.

Bir daha sevgi dolu ürəklə sizi salamlayır, gənc iştirakçılara uğurlu nəticələr, maraqlı anlar, xoş əhval-ruhiyyə, həvəs, səbir və daxili inam arzulayıram! Beləliklə 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan edirəm!"

Baş nazirin müavini İsmət Abasov Azərbaycan hökuməti adından Olimpiada iştirakçılarını salamlayaraq deyib: "Əminəm ki, paytaxtınızda keçirəcəyiniz günlər sizə xoş təəssürat və gözəl əhval-ruhiyyə bəxş edəcək. Müasir memarlığın əzəmətli abidəsi olan Heydər Əliyev Mərkəzinin bu gün öz qapılarını gələcəyin alimlərinin üzünə açması ölkəmizdə təhsilə, elmə və biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasına göstərilən misilsiz qayğının əyani təzahürüdür. Əminəm ki, Olimpiadanın keçirildiyi günlərdə siz bunu bir daha görəcəksiniz. Ümidvaram ki, Olimpiadanın təşkili üzrə bütün qayğıları öz üzərinə götürən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbərliyi, onun professor və müəllimləri bu günlərdə hər bir iştirakçıya qayğı və dəstək göstərəcəklər”.

Tarix boyu Azərbaycanın dünyada neft ölkəsi kimi tanındığını deyən İsmət Abasov bu gün ölkəmizdə həyata keçirilən bütün işlərin dövlətimizin başçısının hələ 2003-cü ildə irəli sürdüyü "Ölkənin qara qızılını insan kapitalına çevirək” tarixi çağırışı əsasında aparıldığını bildirib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsilin, elmin, mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərildiyini deyən Baş nazirin müavini həyata keçirilən layihələrin ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb. İyulun 21-nin Azərbaycan tarixinə gənclərin intellektual yarışı kimi daxil olacağını deyən İsmət Abasov Olimpiada iştirakçılarına uğurlar arzulayıb.

Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li çıxışında 47-ci Beynəlxalq Kimya Olimpiadası iştirakçılarını Odlar Yurdu Azərbaycanda salamlamaqdan məmnun olduğunu qeyd edib. O, Olimpiadanın yüksək səviyyədə təşkilinə görə Moskva Dövlət Universitetinin Bakı filialına və universitetin rektoru, 47-ci Olimpiadanın prezidenti, professor Nərgiz Paşayevaya dərin minnətdarlığını bildirib.

Dakvan Li Olimpiadada kifayət qədər maraqlı sualların olacağını bildirib. Rəhbər Komitənin sədri yarışmanın ədalətli aparılmasına da diqqət çəkib: "Yarışma həyatımızın ayrılmaz hissəsidir. Yarışaraq siz həyatınızda irəliləyişə nail ola bilərsiniz. Kimya elmi də yarışma sayəsində inkişaf edir”.

"Azərbaycan ecazkar ölkədir. Neft sənayesi burada yüz il bundan əvvəl fəaliyyətə başlayıb. İlk neft boru kəməri də Bakıda çəkilib. Buna görə də Beynəlxalq Kimya Olimpiadası keçirmək üçün Bakıdan yaxşı yer tapa bilməzsiniz”, - deyə Dakvan Li qeyd edib.

Tədbirdə dünyanın tanınmış alimləri Olimpiada iştirakçılarına öz təbriklərini çatdırıblar.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi təbrik məktubunda rəhbərlik etdiyi bu ali təhsil ocağının Beynəlxalq Kimya Olimpiadasına 3 dəfə ev sahibliyi etdiyini qeyd edib. "Bu il Olimpiada ilk dəfə olaraq Azərbaycan Respublikasının paytaxtı, gözəl Bakı şəhərində keçirilir. Bizim Universitet yenə də bu tədbirdə yaxından iştirak edir, ona görə ki, tədbirin ev sahibi MDU-nun Bakı filialıdır”, - deyə akademik vurğulayıb.

1992-ci ilin kimya üzrə Nobel mükafatçısı Rudolf Artur Markus videomüraciətində Beynəlxalq Kimya Olimpiadasının müxtəlif mədəniyyətlərlə tanış olmaq və kimya haqqında daha çox bilik əldə etmək üçün gözəl bir fürsət olduğunu deyib. "Dəfələrlə olduğum Bakı, sözsüz ki, çox füsunkar, tarixi keçmişi və əhalisinin səmimiliyi ilə tanınan bir şəhərdir”, - deyə Nobel mükafatçısı vurğulayıb.

Kimya üzrə 1999-cu il Nobel mükafatı laureatı professor Əhməd Zevayl Olimpiadanın Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib. "Beynəlxalq Kimya Olimpiadası ən yaxşı gənc zəkalarla birlikdə kimyanın gözəlliyini və zənginliyini bayram etmək üçün nüfuzlu bir yarışmadır. Onlar dünyanın müxtəlif ölkələrindən həmyaşıdları ilə intellektual birliyə daxil olaraq gələcəyin elmi ictimaiyyətini formalaşdırırlar. Mən əminəm ki, siz Bakını özünüz üçün füsunkar bir şəhər kimi kəşf edəcək və Azərbaycan xalqının qonaqpərvərliyindən zövq alacaqsınız”, - deyə təbrikdə vurğulanır.

Tanınmış azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə də bu dünya miqyaslı bilik yarışmasında məktəblilərə müraciət edib. Azərbaycanın gündən-günə inkişaf etdiyini və beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirdiyini bildirən alim 47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda keçirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin elm, texnologiya və mədəniyyət sahələrində əldə etdiyi inkişaf və indi də davam etdirilən nailiyyətlərin mühüm göstəricisi olduğunu bildirib.

"Bu Olimpiadanın Bakıda keçirilməsi heç də təəccüblü deyil, çünki Bakı elm və təhsilə böyük qayğı göstərən, çox sürətlə inkişaf edən şəhərdir”, - deyə Merilənd Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü və ABŞ Milli Elmlər Akademiyasının üzvü Roald Saqdeyev tədbir iştirakçılarına videomüraciətində qeyd edib. O vurğulayıb ki, bəşəriyyətin gələcəyi gənc tədqiqtaçıların kimya elminin insan həyatına, sənayeyə, ətraf mühitə təsiri məsələlərinə necə yanaşmasından asılı olacaq.

Tədbirdə gənc tarzən Cavanşir Rüstəmbəyli, xalq artisti Azər Zeynalov, müğənni Aqşin Abdullayev, eləcə də istedadlı gənclərin ifasında Azərbaycan xalq musiqisi və mahnıları təqdim olunub. Mərasimdə xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan Dövlət Kamera Orkestri, xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, habelə rəqs kollektivləri çıxış ediblər.

İyulun 29-dək davam edəcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilər kimya üzrə nəzəri və praktik biliklərini Moskva Dövlət Universitetinin Bakı filialında sınayacaqlar. Son illər elm və tədris bazasını gücləndirən bu təhsil ocağında ən müasir avadanlıqla təchiz edilmiş kimya laboratoriyaları yaradılıb. Hazırda Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsi ölkədə bu sahə üzrə ən güclü tədris mərkəzlərindən biridir.

47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda, Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsi ilə bağlı qərar 2012-ci ildə Vaşinqtonda 44-cü Olimpiadanın Beynəlxalq Münsiflər Heyəti tərəfindən verilib. 2014-cü ildə Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən 46-cı Beynəlxalq Kimya Olimpiadasının bağlanış mərasimində müsabiqənin bayrağı Azərbaycana – 47-ci Olimpiadanın təşkilatçısı olan Moskva Dövlət Universitetinin Bakı filialına verilib. Azərbaycan MDB məkanında Rusiyadan sonra məktəblilərin Beynəlxalq Kimya Olimpiadasını keçirmək hüququnu qazanan ikinci ölkədir.

47-ci Olimpiadada iştirak edən Azərbaycan komandasına "İstək” liseyini bu il bitirən Dilqəm Əhmədli, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin, "İstək” liseyi və 160 saylı klassik gimnaziyanın 10-cu sinfini başa vuran Hüseyn Babayev və Ruslan Məmmədov daxildirlər. Komandanın rəhbəri isə 2009-cu ildə Böyük Britaniyada keçirilmiş 41-ci Beynəlxalq Kimya Olimpiadasının bürünc mükafatçısı, Qafqaz Universitetində üzvi kimya laboratoriyasının elmi işçisi Mehman Bünyadovdur.

47-ci Olimpiada Təhsil Nazirliyi, İdman və Gənclər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir.

Olimpiadanın ingilis və Azərbaycan dillərində fəaliyyət göstərən http://icho2015.msu.az/ veb-səhifəsi yaradılıb. Həmçinin yarış müddətində iştirakçıları məlumatlandırmaq üçün gündəlik "Katalayzer” jurnalı dərc edilir.

Qeyd edək ki, ilk Beynəlxalq Kimya Olimpiadası 1968-ci il iyunun 18-21-də Çex Respublikasının (əvvəlki Çexoslovakiya) paytaxtı Praqada keçirilib. Üç ölkədən - Çexoslovakiya, Macarıstan və Polşadan olan 18 şagirdin iştirakı ilə başlayan bu bilik yarışması həmin dövrdən etibarən hər il (1971-ci il istisna olmaqla) yeni bir ölkədə təşkil olunur. Ötən əsrin 80-ci illərindən başlayaraq Olimpiadada iştirakçı ölkələrin sayı artmağa başlayıb. 1998-ci ildə keçirilən Olimpiadada dünyanın bütün qitələrini əhatə edən 47 ölkənin təmsilçiləri iştirak ediblər.

Bu böyük elmi müsabiqədə universitetlərdə təhsil almayan və yaşı 20-ni keçməyən gənclər biliklərini sınayırlar. Olimpiada iştirakçıları iki müsabiqədən – nəzəri və praktiki (laboratoriya) imtahandan keçirlər. Müxtəlif günlərdə baş tutan hər imtahana 5 saat vaxt ayrılır. Nəzəri imtahana 60 bal, laboratoriya işlərinə 40 bal verilir. Hər iştirakçı ölkənin iki nümayəndəsindən formalaşdırılmış Beynəlxalq Münsiflər Heyəti cavabları müzakirə edir və qiymətləndirir. Beynəlxalq Kimya Olimpiadasının qaydalarına görə, hər ölkənin komandasına 2 müəllim və 4 iştirakçı daxildir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...

23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....

23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı

23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı

23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi – artıq əvvəlki kimi olmayacaq…

23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…

23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - :

23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTO

23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...

23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı

23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə... - FOTO

23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı - Səudiyyə və BƏƏ üsyan etdi...

23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...

23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?

23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...

23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...

23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir.... Mansur Yavaş ifşa edir...

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

22.06.2026 / 18:53
“İbrahim Sazişləri”nin Cənubi Qafqaza və Orta Asiyaya nə dəxli?..

22.06.2026 / 18:41
İran İsraili 2000-ci ildə Livanda baş verən hadisələrin təkrarlanması ilə hədələdi...

22.06.2026 / 18:27
Azərbaycanla Türkmənistanın arasında "sıçrayış başlayır"...

22.06.2026 / 18:24
Bir qəpiklik yumurta ilə bağlı daha bir açıqlama AQTA-dan gəldi...

22.06.2026 / 18:16
Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir

22.06.2026 / 17:53
11500 nikahın 6500-ü pozulub -son 5 ayın göstəriciləri dəhşət saçır...

22.06.2026 / 17:23
Mərdəkanda 4 nəfər dənizdə batdı...

22.06.2026 / 17:15
Bakıdakı universitetlərlə bağlı qərar verildi - köçürülməyəcək, tələbə sayı azaldılacaq....

22.06.2026 / 17:10
"Teatrın rəhbərliyi tərəfindən bildirildi ki, aktrisa ştatı yoxdur" - Mehriban Xanlarova

22.06.2026 / 16:53
Qayıdan məcburi köçkünlər ata-baba qəbirstanlıqlarının bərpasına başlayıblar...

22.06.2026 / 16:50
"Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir" - Berdiməhəmmədov

22.06.2026 / 16:48
Prezident: "Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik"

22.06.2026 / 16:44
"Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır" Prezident

22.06.2026 / 16:37
İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

22.06.2026 / 16:35
Vyetnam Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

22.06.2026 / 16:19
Zelenski görünməmiş hərbi texnikanı ortaya çıxardı - Sibirə kimi uçan PUA, G-7 yekdil qərar verdi...

22.06.2026 / 15:43
İranın 100 milyardını donduranların arasında Çin kimi dost, İraq kimi qonşu da var...

22.06.2026 / 15:30
Hüseyn Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

22.06.2026 / 15:28
Alman nazir Türkiyədə şərt qoydu - yanvara kimi Rusiya qazından imtina olunmalıdır...

22.06.2026 / 15:10
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşlərini keçirib

22.06.2026 / 15:05
Bərdənin deputatının 21 milyonluq biznes müqaviləsi qanunidir?

22.06.2026 / 14:53
ABŞ İran üçün 300 milyard dolların yarısını topladı -pul kimlərdən yığıldı, şok adlar var...

22.06.2026 / 14:22
Prezident İlham Əliyevin bu qədər əmin danışması səbəbsiz deyil...

22.06.2026 / 14:17
BMT-nin Proqram rəhbəri Prezident İlham Əliyevə təşəkkür etdi...

22.06.2026 / 14:10
Azərbaycan üzərindən Ermənistana internet veriləcək - sənəd imzalandı...

22.06.2026 / 14:00
İran uçurumu dərinləşir – İsraildən ABŞ-a 11 sentyabr təhdidi…

22.06.2026 / 13:28
Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi...

22.06.2026 / 13:13
Bu həftə 3 gün iş olmayacaq...

22.06.2026 / 13:09
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

22.06.2026 / 13:05
Bakıda bir qəpiyə satılan yumurtalar SAXTAdır? - RƏSMİ AÇIQLAMA...

22.06.2026 / 12:53
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - FOTO

22.06.2026 / 12:40
Trampın dediyi oldu - Britaniyanın Baş naziri Starmer istefa verdi…

22.06.2026 / 12:23
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ikinci təlimi

22.06.2026 / 12:16
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edəcək

22.06.2026 / 11:47
Prezidentlərin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi - FOTO

22.06.2026 / 11:27
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

22.06.2026 / 11:09
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

22.06.2026 / 11:03
Tramp öz şərtlərini diqtə edir - yumruqlu təhdid sülh deyil..

22.06.2026 / 11:02
Bakıda Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

22.06.2026 / 10:35
Tarixi abidənin iaşə obyekti kimi istifadəyə verilməsinin fəsadları - Səngəçal karvansarasına ziyan vuruldu

22.06.2026 / 10:08
Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətində yeni təyinat...

22.06.2026 / 09:49
Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ