Bunu "Trend”-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
E.Babayev vurğulayıb ki, bu, onun üçün böyük şərəf, yüksək etimad deməkdir: "Cənab Prezidentin yüksək diqqəti və etimadı, eyni zamanda bizim bu günə qədərki fəaliyyətimizi bundan sonra da məhz bu yüksək diqqətə, etimada layiq səviyyədə daha uğurla, daha səmərəli şəkildə davam etdirmək, öz əməyimizlə, səylərimizlə mətbuatımızın, ümumən ölkəmizin, dövlətçiliyimizin inkişafına yeni töhfələr vermək məsuliyyəti və öhdəliyi müəyyən edir. Bu baxımdan hesab edirəm ki, qarşıdakı dövr bizim üçün daha işgüzar bir dövr olacaq”.