Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi olaraq bəyan edir ki, Azərbaycan Silahlı Qüvvələrinin bu təlimlərdə iştirakı əvvəlcədən nəzərdə tutulmayıb. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri heç bir qismdə - nə iştirakçı, nə də müşahidəçi kimi bu təlimlərdə iştirak etmirlər.
Qeyd edək ki, bəzi yerli KİV-lərin istinad etdiyi Rusiyanın TASS agentliyinin yaydığı məlumatda bildirilir ki, Ukraynanın Lvov əyalətində bazar ertəsi başlayan NATO Saber Guardian/Rapid Trident-2015 təlimlərində guya Azərbaycan hərbçiləri də iştirak edir.
TASS-ın məlumatına görə, Moldova kontingentinin komandiri mayor Tudor Popa deyib ki, təlimlərdə 18 ölkənin, o cümlədən Ukrayna, Gürcüstan, Litva, Latviya, Böyük Britaniya, Norveç, Polşa, Rumıniya, ABŞ və İspaniya hərbçiləri iştirak edir.