çərşənbə axşamı günü, 23 iyun 2026
     

Azərbaycan Atçılıq Federasiyası Qarabağ atları ilə bağlı bəyanat yaydı

Image


Azərbaycan Atçılıq Federasiyası son günlər Ermənistan kütləvi informasiya vasitələrində Qarabağ cins atları ilə bağlı yayılan məlumatlarla bağlı bəyanatla çıxış edib. Atçılıq Federasiyasından APA-ya verilən xəbərə görə, bəyanatda ermənilərin bu addımı onların növbəti çirkin addımı kimi qiymətləndirilib.

Bəyanatda bildirilir ki, dünyada mövcud olan 260-dan çox at cinsindən 2-si Azərbaycana məxsusdur: "Bunlar Qarabağ və Dilbaz cinsləridir. Qarabağ atı yalnız Azərbaycan ərazisində deyil, regionda mövcud olan bir sıra digər at cinslərinin formalaşmasında da iştirak edib. Buna Don, Budyonnıy cinslərini misal göstərmək olar. Lakin bu bir həqiqətdir ki, bu atların əsas damazlıq özəyi Azərbaycana məxsusdur. Belə ki, ən qədim zamanlardan bu ərazilərdə cinsin köhnə tipləri, qızılı atlar mövcud olub. Tarixin sonrakı mərhələlərində cinsin daha tipik və saf qanlı nümunələri Qarabağ xanları Pənah xanın, Mehdiqulu xanın, İbrahim xanın, Cəfərqulu-Cavanşir xanın, Xurşud Banu Natəvanın nəzarətində yetişdirilib. Sovet dönəmində də Qarabağ atı özünəməxsus inkişaf yolu keçib, ötən əsrin ortalarında Qarabağ xan atlarının nəslindən olan damazlıq atların əsasında 1949-cu ildə Ağdam Atçılıq Zavodu yaradılıb. Ağdam Atçılıq Zavodu hazırkı dövrə qədər inkişafını davam etdirməkdədir. Qarabağ muharibəsi zamanı erməni işğalçı qoşunları Ağdam Atçılıq Zavodunun ərazisini işğal edərkən Qarabağ atları xilas edilib və Bərdə rayonunun ərazisində, Lənbəran qışlağında yerləşdirilib. Həmin təsərrüfat hazırda da fəaliyyətini davam etdirir və damazlıq-özək funksiyasını daşımaqdadır. Bununla belə, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni iqtisadi şəraitin tələbinə uyğun olaraq 20-dən artıq özəl qurumlar və fiziki şəxslər Qarabağ atı yetişdirməkdədir".

Bəyanatda qeyd olunur ki, 1970-1980-ci illərdə bir sıra Avropa ölkələrinə Qarabağ atı Moskvadakı auksionlar vasitəsilə satılıb: "Cinsin qəbul edilmiş beynəlxalq qaydalara uyğun olaraq damazlıq kitabı (studbook) mövcuddur və onun ən qədim dövrlərdən bu günə kimi nəsil şəcərələri məlumdur. Müasir dövrün tələblərinə uyğun olaraq DNT analizləri əsasında atlar nəsil mənsubiyyəti və cinsin genetik parametrlərinə uyğunluğu nəzərə alınaraq qeydiyyata alınmaqdadır”.

Bəyanatda xatırladılır ki, Qarabağ atları davamlı olaraq cıdır yarışlarında iştirak edir: "Bununla yanaşı, "Çovqan” milli atüstü oyunu üzrə yaradılan bir neçə komanda da Qarabağ atlarından təşkil olunub. Son illər beynəlxalq arenada daha çox sensasiya doğuran amil kimi Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Qarabağ atları üzərində "Süvarilər” atüstü şousunun təşkili, habelə "Qızıl Oğlan 2” adlı Qarabağ atının 2012-ci ilin may ayında İngilis kraliçası İİ Yelizavetanın hakimiyyətə gəlişinin 60 illik yubileyi ilə əlaqədar keçirilən mərasimlərdə Azərbaycanın milli rəqsini dresaj elementləri ilə tandem şəklində ifa etməsi beynəlxalq arenada geniş rezonans doğurub. Məhz həmin tədbir ərəfəsində Federasiyanın rəhbər heyəti ingilis kraliçası ilə görüşüb. Həmin görüşdə 1956-cı ildə sovet höküməti tərəfindən kraliçaya hədiyyə edilmiş Azərbaycanın əvəzsiz genefond nümunəsi olan "Zaman” adlı Qarabağ atı xoş xatirələrlə yada salınıb. Təsadüfi deyil ki, UNESCO-nun 2013-cü il dekabrın 2-dən 7-dək Bakı şəhərində keçirilən Baş Assambleyasında Qarabağ atı Azərbaycanın "Çovqan” atüstü milli oyunu ilə vahid element şəklində Təxirəsalınmaz Qorunmağa Ehtiyac Duyulan Qeyri-Maddi İrs siyahısına daxil edilib. 140-dan artıq dövlətin mədəniyyət və elm xadimlərinin səs verdiyi bu faylın qəbulu ilə əslində Azərbaycan sübut etdi ki, Qarabağ ərazisi və həmin əraziyə aid olan Qarabağ atı, həmçinin həmin atın üzərində yaranmış "Çovqan” atüstü milli oyunu Azərbaycan xalqına məxsusdur. Bütün qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Azərbaycanın Qarabağ atçılığı ilə əlaqədar reallığı əks etdirən tarixi faktlardan kənar digər hər hansı spekulyativ çıxışların və sərsəm fikirlərin heç bir əsası yoxdur”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...

23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....

23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı

23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı

23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi – artıq əvvəlki kimi olmayacaq…

23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…

23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - :

23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTO

23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...

23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı

23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə... - FOTO

23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı - Səudiyyə və BƏƏ üsyan etdi...

23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...

23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?

23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...

23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...

23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir.... Mansur Yavaş ifşa edir...

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

22.06.2026 / 18:53
“İbrahim Sazişləri”nin Cənubi Qafqaza və Orta Asiyaya nə dəxli?..

22.06.2026 / 18:41
İran İsraili 2000-ci ildə Livanda baş verən hadisələrin təkrarlanması ilə hədələdi...

22.06.2026 / 18:27
Azərbaycanla Türkmənistanın arasında "sıçrayış başlayır"...

22.06.2026 / 18:24
Bir qəpiklik yumurta ilə bağlı daha bir açıqlama AQTA-dan gəldi...

22.06.2026 / 18:16
Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir

22.06.2026 / 17:53
11500 nikahın 6500-ü pozulub -son 5 ayın göstəriciləri dəhşət saçır...

22.06.2026 / 17:23
Mərdəkanda 4 nəfər dənizdə batdı...

22.06.2026 / 17:15
Bakıdakı universitetlərlə bağlı qərar verildi - köçürülməyəcək, tələbə sayı azaldılacaq....

22.06.2026 / 17:10
"Teatrın rəhbərliyi tərəfindən bildirildi ki, aktrisa ştatı yoxdur" - Mehriban Xanlarova

22.06.2026 / 16:53
Qayıdan məcburi köçkünlər ata-baba qəbirstanlıqlarının bərpasına başlayıblar...

22.06.2026 / 16:50
"Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir" - Berdiməhəmmədov

22.06.2026 / 16:48
Prezident: "Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik"

22.06.2026 / 16:44
"Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır" Prezident

22.06.2026 / 16:37
İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

22.06.2026 / 16:35
Vyetnam Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

22.06.2026 / 16:19
Zelenski görünməmiş hərbi texnikanı ortaya çıxardı - Sibirə kimi uçan PUA, G-7 yekdil qərar verdi...

22.06.2026 / 15:43
İranın 100 milyardını donduranların arasında Çin kimi dost, İraq kimi qonşu da var...

22.06.2026 / 15:30
Hüseyn Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

22.06.2026 / 15:28
Alman nazir Türkiyədə şərt qoydu - yanvara kimi Rusiya qazından imtina olunmalıdır...

22.06.2026 / 15:10
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşlərini keçirib

22.06.2026 / 15:05
Bərdənin deputatının 21 milyonluq biznes müqaviləsi qanunidir?

22.06.2026 / 14:53
ABŞ İran üçün 300 milyard dolların yarısını topladı -pul kimlərdən yığıldı, şok adlar var...

22.06.2026 / 14:22
Prezident İlham Əliyevin bu qədər əmin danışması səbəbsiz deyil...

22.06.2026 / 14:17
BMT-nin Proqram rəhbəri Prezident İlham Əliyevə təşəkkür etdi...

22.06.2026 / 14:10
Azərbaycan üzərindən Ermənistana internet veriləcək - sənəd imzalandı...

22.06.2026 / 14:00
İran uçurumu dərinləşir – İsraildən ABŞ-a 11 sentyabr təhdidi…

22.06.2026 / 13:28
Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi...

22.06.2026 / 13:13
Bu həftə 3 gün iş olmayacaq...

22.06.2026 / 13:09
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

22.06.2026 / 13:05
Bakıda bir qəpiyə satılan yumurtalar SAXTAdır? - RƏSMİ AÇIQLAMA...

22.06.2026 / 12:53
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - FOTO

22.06.2026 / 12:40
Trampın dediyi oldu - Britaniyanın Baş naziri Starmer istefa verdi…

22.06.2026 / 12:23
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ikinci təlimi

22.06.2026 / 12:16
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edəcək

22.06.2026 / 11:47
Prezidentlərin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi - FOTO

22.06.2026 / 11:27
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

22.06.2026 / 11:09
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub

22.06.2026 / 11:03
Tramp öz şərtlərini diqtə edir - yumruqlu təhdid sülh deyil..

22.06.2026 / 11:02
Bakıda Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

22.06.2026 / 10:35
Tarixi abidənin iaşə obyekti kimi istifadəyə verilməsinin fəsadları - Səngəçal karvansarasına ziyan vuruldu

22.06.2026 / 10:08
Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətində yeni təyinat...

22.06.2026 / 09:49
Sərdar Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ