şənbə günü, 07 noyabr 2026
     

Qubada Azərbaycan milli mətbuatının 140 illiyilə bağlı regional konfrans keçirilib

Image


Azərbaycan Milli Mətbuatının yaranmasının 140-cı ildönümünə həsr olunmuş silsilə yubiley tədbirləri davam etdirilir. Movqe.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonunda "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda növbəti regional konfrans işə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Quba rayon icra hakimiyyətinin başçısının birinci müavini Yusif Abidov, bölgə rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə ­Bakıda fəaliyyət göstərən 10-dək qəzetin baş redaktorları iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin Quba rayonundakı abidəsini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar. Daha sonra tədbir iştirakçıları Quba Rayon Heydər Əliyev Mərkəzində rəssam Kərim Kərimovun karikaturalarından ibarət sərgiyə baxış keçirdilər. Konfras Quba Rayon Heydər Əliyev Mərkəzinin yığıncaq zalında işə başlayıb.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açıb. T. Süleymanov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən yubiley tədbirlərinin respublikanın bölgələrində keçirildiyini söyləyib: "Ölkə başçısının sərəncamına əsasən yubiley tədbirləri respublikanın Zərdab, Gəncə, Qəbələ və Masallı rayonlarında keçirilib. Bu gün isə biz milli mətbuatın 140 illik yubileyini Quba rayonunda qeyd edirik.Mənim üçün çox xoşdur ki, bu gün belə tədbirlərdən biri gözəl, füsünkar təbiəti ilə insanların istirahət məkanına çevrilən Qubada keçirilir. Cəmi 6 gün sonra Azərbaycan milli mətbuatının yubiley tədbiri olacaqdır. 140 il bundan əvvəl belə isti bir gündə Azərbaycanın vətənpərvər ziyalısı,böyük marifpərvəri, görkəmli publisist Həsən bəy Zərdabi "Əkinçi” qəzetinin ənənəsinin əsasını qoydu. "Əkinçi” qəzeti təkçə əkinçilərə məsləhət vermirdi, bu qəzetdə toplaşan ziyalılar üzərlərinə daha böyük missiya götürmüşdü. Bu missiya xalqı marifləndirməkdən, cəhalətə qarşı mübarizə, milli şuurun oyanışına təkan verməkdən ibarət idi”.

"Əkinçi” qəzetinin qısa müddət nəşr olunmasına baxmayaraq üzərinə düşən missiyanı həyata keçirməsindən danışan T. Süleymanov Azərbaycan mətbuatının ümumilikdə dörd dövrü əhatə etdiyini söylədi. Müstəqillik dövrüdən sonra yeni inkişaf yoluna qədəm qoyan mətbuatımızın həmin dövrlərdə bir sıra problemlərlə qarşılaşdığını söyləyən T. Süleymanov ulu öndər Heydər Əliyevin böyük cəsarət göstərərək senzuranı ləğv etdyini bildirdi: " Ulu öndərin əsasını qoyduğu islahatlar sayəsində iqtisadiyyatımızda baş verən dirçəliş mətbuata dövlət dəstəyinin də göstərilməsinə səbəb oldu. Qəzetlərin nəşriyyata borcu silindi, mediaya maliyə dəstəyinin göstərilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu günədək bu Fond vasitəsilə mətbuata 20 milyon manat vəsait ayrılıb. Belə praktika çox az ölkələrdə var. Amma heç bir ölkədə elə bir təcrübə yoxdur ki, dövlət jurnalistlərə təmirli mənzillər paylasın. Bu gün mətbuatın 140 illik yubileyinin qeyd olunması barədə ölkə başçısının sərəncamı da məhz bu mətbuata bu qayğının davamıdır".

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbir iştirakçılarını salamlayaraq əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının şərəfli inkişaf yolu keçdiyini bildirib. Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə, senzuraya məruz qaldığını xatırladan Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələri kimi, KİV-lərin inkişafında da keyfiyyətcə yeni mərhələnin başlandığını bildirib. Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. Vüqar Səfərli, həmçinin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəşləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib. İcraçı direktor ötən illərdə Fondun KİV-in maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalitslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib. Ötən illərdə regionlarda nəşr olunan qəzetlərin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayan Vüqar Səfərli Fondun xəttilə həmin nəşrlərə kompüterlərin və digər zəruri texniki avadanlıqların verildiyini diqqətə çatdırıb. İcraçı direktor region mətbuatının təmsilçilərinin Fondun keçirdiyi layihələrdə fəal iştiraka dəvət edib. Çıxışını davam etdirən Vüqar Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə olduğunu deyərək ölkə başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb. V. Səfəri Bakıda keçiriləcək yubiley tədbirində də Fondun müsabiqəsində iştirak edən, eləcə də mətbuatda əməyinə görə fərqlənən jurnalistlərin mükafatlandırılacağını söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Əkinçi" qəzetinin Azərbaycan milli mətbuatı üçün yeni mütərəqqi ənənələr formalaşdırdığını diqqətə çəkərək mətbuatımızın müxtəlif tarixi mərhələlərdə keçdiyi inkişaf yolundan söz açıb. Mətbuatla bağlı dünyada 4 nəzəriyyənin mövcud olduğunu diqqətə çatdıran Əflatun Amaşov müstəqillik illərində Azərbaycanda məhz sosial məsuliyyət prinsipi ilə çalışan, yüksək söz və mətbuat azadlığı şəraitində fəaliyyət göstərən müstəqil və demokratik medianın formalaşdığını diqqətə çatdırıb. O, Mətbuat Şurasının mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətlərinin sivil qaydada tənzimlənməsi və reket jurnalistikaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə də məlumat verib. Əflatun Amaşov reket jurnalistlərin rayonlara ayaq açdığından danışıb. "Çox təəssüf ki, jurnalistikada peşkarların sayı artırmaqla yanaşı reket jurnalistika ilə məşğul olanlar da var. Belələri əvvəllər çap mediada çalşırdısa, artıq internet mediada da fəaliyyət göstərirlər. Onlar şantaj edir, rayonlarda özlərinə torpaq alır, bəzən də güzəştlərdən istifadə edirlər. Belələri barədə MŞ-na müraciət edin. Qorxmayın, biz sizin arxanızdayıq. Onlar barədə məhkəmələrə də müraciət edə bilərsimiz. Çünki, onların adları MŞ-nın qara siyahısındadır".

Eyni zamanda Ə Amaşov RİH-nin səlayihhətli nümayəndələrinin mətbuata açıq olmağa da çağırıb.

Quba rayon icra hakimiyyətinin başçısının birinci müavini Yusif Abidov isə öz çıxışında milli mətbuatın 140 illik yubiley tədbirlərinin Quba rayonunda keçirilməsinin əhəmiyyətindən danışıb. Y. Abidov bildirib ki, jurnalistikanın inkişafı ümumilikdə ölkədə azad sözə yaradılan demokratik şəraitdən xəbər verir: "Dövlət səviyyəsində milli mətbuatın 140 illik yubileyinin qeyd olunması barədə sərəncamın verilməsi cənab Prezidentin mətbuata göstərdiyi qayğının davamlı xarakter aldığından xəbər verir".

Konfransda çıxış edən "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov mətbuata dövlət qayğısından, bu qayğının sayəsində jurnalistikada peşəkarlığın artırılması istiqamətində layihələr həyata keçirildiyini vurğulayıb.

Konfrans tədbir iştirakçılarının çıxışları ilə davam etdirilib. Konfransa Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılov, "Abşeron" qəzetinin baş redaktoru Elimxan Mehrəliyev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İlhamə Nəzərova, "Xaçmaz" qəzetinin baş redaktoru Zinyət Yaqubqızı, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova, "Xızı" rayonunun baş redaktoru Rəfael Məmmədov, Qubanın "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov və digər rayonların İcra Hakimiyyəti başçılarının müavinləri, ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdirləri, region qəzetlərinin baş redaktorları nitq söyləyiblər. Konfrans fikir mübadiləsi ilə davam etdirilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ