çərşənbə axşamı günü, 23 iyun 2026
     

Yox, Ramil Usubov... qoruya bildi...

Image


«Oturduğu posta təsadüfən və ya asan himayələrlə gəlib çıxan biri olsaydı...»

Bəzilərinin əlinə göydən mövzu düşdü. Bəziləri də fürsət gözləyirmiş kimi hücuma keçib. Bəs necə? «Ramil Usubov öz işçisini qoruya bilmədi» kimi sadə və heç bir dərin ağıl tələb etməyən fikri sosial şəbəkələrdə geninə-boluna fırlatmaqla ictimai fikri daxili işlər nazirinə qarşı yönəltmək fürsəti keçib əllərinə...həm də bunu Avropa Oyunları kimi olduqca mürəkkəb və çoxşaxəli təhlükəsizlik fəaliyyəti tələb edən böyük tədbirin sağ-salamat başa vurulmasında xüsusi xidmətlər göstərdiyi üçün nazirin həm dövlətçilik sistemində, həm ictimaiyyət arasında, həm də əlaqədar beynəlxalq çevrələrdə daha üstün mötəbərlik qazandığı vaxtda edirlər.

Məqsəd bəllidir. Onlar hesablayır ki, «öz işçisini qoruya bilmədi» kimi bir populist hay-küyçü cümlə ilə başları tovlamaq istəyəndə kimsə fərqinə varmayacaq və əks-şapalaq effekti verən bir tərzdə soruşmayacaq ki, məgər dövlətin ən mühüm nazirliklərinin birinə illərdi peşəkar və qüsursuz rəhbərlik edən, 10 minlərlə işçisi və qarşısında böyük dövlətçilik vəzifələri olan şəxsin işi-gücü tək bir işçini, özü də çox mübahisəli məsələdə qorumaqdırmı? Bir işçini qorumaq xatirinə sayı 10 minlərlə ölçülən bir təşkilatın nüfuzunu başlı-başına buraxmaq düzgün olardımı? Bəlkə hesab olunur ki, cənab Ramil Usubov emosional-kritik vəziyyətdə soyuqqanlı davranış kimi çox vacib keyfiyyəti unudaraq mübahisə etmiş iki şəxsə görə - biri yol polisi, digəri sürücü qismində vergi məmuru - iki mühüm dövlət orqanı arasında lüzumsuz çaxnaşma və qarşıdurmaya rəvac verən reaksiyalar göstərməli idi?

Ya daxili qoşunları ayağa qaldıraraq Vergilər Nazirliyinin üstünəmi yeriməli idi?

Oturduğu posta təsadüfən və ya asan himayələrlə gəlib çıxan birisi olsaydı, bəlkə bunu gözləmək olardı. Ancaq söhbət ən çətin geosiyasi vəziyyətlərdə ictimai qaydanı və ictimai təhlükəsizliyi tam nəzarət altına almaqla öz peşəkarlığını dəfələrlə sübut etmiş, karyerasını sıravi polisdən başlayaraq uzun peşə yolu keçmiş general-polkovnik Ramil Usubovdan gedir. Adi yol hadisəsinə görə naziri vurmağa çalışan bəzi kəmfürsət qələm sahiblərinin bu mövqedə unutduqları bir neçə məqama baxaq. Bu ölkədə hər cür qanun və məcəllə maddələrinin təsir dairəsindən kənarda qalan «məmur etikası» deyilən bir kateqoriya var. Bu kateqoriya əxlaq, davranış, birgəyaşayış, insani həmrəylik deyilən geniş bir sistemi əhatə edir. Hər şeyi qanun şəklinə salmaq müasir dünya sivilizasiyasında mümkünsüz və həm də gərəksiz olduğu üçün əxlaq sisteminin rolu əvəzsiz bir şeyə çevrilir. Məsələn, rüşvət alan, saxtakarlıq edən məmurun cəzası müvafiq qanunun tələblərinə uüğün olaraq başının üstündə hazırdı. Ancaq vətəndaşlarla ünsiyyətlərdə - istər polis, istər kömrük, istər vergi, istər maliyyə işçisi olsun - çılğın, özündən tez çıxan, isterikcəsinə ora-bura cuman hər hansısa məmura qanunla necə cəza vermək olar? Belə qanun ümumən varmı? Təbii ki, belə şeylər qanuna salınmadığına görə həmin şəxs ancaq «məmur etikası» deyilən sistem çərçivəsində ictimai qınağa, töhmətə məruz qoyula, hətta bəzən bütün təşkilatın, minlərlə insanın adını və peşə imicini qorumaq naminə işdən də azad edilə bilər.

Yol polisi ilə vergi məmurunun məşhur mübahisə olayının sonradan detallı təhlilləri göstərir ki, həmin yol polisi o anda təmkinli davranış nümayiş etdirə bilmədiyinə görə səhv edib. Ən azı, «məmur etikası» deyilən kodeksin tələbləri baxımından o, qarşısındakının hərəkətlərinin məzmunundan asılı olmayaraq soyuqqanlılığını qoruyub saxlamalı, onunla sırf qanun və etika çərçivəsində rəftar etməli idi.

Təəssüf ki, tərsinə olub. Ancaq tək bir hal şəxsi heyəti on minlərlə ölçülən Daxili İşlər Nazirliyi və şəxsən nazir barədə ümumi ittihamedici nəticələr çıxarmağa əsas ola bilməz. Polisin etik davranış çərçivəsindən kənara çıxmasını göstərən tək bircə fakt olduğu halda, on minlərlə polis nəfəri və polis zabitini qanun və etik normalar çərçivəsində yönəltməyə nail olan DİN rəhbərliyini gözdən salmağa çalışmaq nə qədər doğru və vicdanlı yanaşmadır?...

Yol Patrul Xidmətinin əməkdaşı C.Qasımovun işdən azad olunmasının və ya pensiyaya çıxmasının bu mübahisə ilə nə qədər bağlı olub-olmadığını deyə bilmərik. DİN-in rəsmi məlumatına görə, C.Qasımov müvafiq yaş həddinə çatdığı üçün özü təqaüdə getmək istədiyi barədə ərizə yazıb. Lakin C.Qasımov hətta həmin emosional mübahisəyə görə işdən azad olunubsa belə, nazir Ramil Usubov tam olaraq haqlı hərəkət edib. Əgər belədirsə, nazir iş başında özünü ələ ala bilməyən bir əməkdaşı cəzalandırmaqdan daha çox, nazirliyin minlərlə başqa əməkdaşlarına ibrət dərsi verib. Onlara anladıb ki, hansı vəziyyətə salınmasından asılı olmayaraq, polis əməkdaşı özündən çıxmamalı, soyuqqanlı şəkildə qanuni addımlar atmalıdır. Razılaşaq ki, isteriyaya qapılaraq özündən çıxan şəxs həmin anda hətta qanlı cinayətlər də törədə bilər. O ki, qaldı həmin şəxs əli silahlı, dubinkalı polis ola... Ramil Usubovun bəzi qərəzli «qələm» sahibləri tərəfindən «qoruya bilmədi» formasında yozulan hərəkətinin əsl mahiyyəti başqadır. Ramil Usubov neçə-neçə polis zabitini, polis nəfərlərini bundan sonra özünə nəzarət hissini itirməkdən, bu vəziyyətdə törədə biləcəkləri ağır cinayətlərdən qoruyub və qoruyu bildi.

Çoxillik peşə və həyat təcrübəsi, şəxsi məntiqi və Prezident Əliyevlərin şəxsində dövlətçilik sədaqəti sayəsində saat mexanizmi kimi işlək həddə gətirib çıxara bildiyi bütün nazirliyin imicini qoruya bildi. Çiynindəki paqonlara güvənərək mənəm-mənəmliyə tutula biləcək neçə-ceçə dövlət adamını bu bəladan qoruya bildi. Məgər bunlar azdırmı? Belə işləyə-işləyə gəlib, əslində düzgün kurs seçib və yəqin bu cür də davam edəcək. Mahiyyətcə əməkdaşlarını qeyri-peşəkar davranışlardan və qanunsuzluqlardan mümkün qədər kənar tutmağa yönələn bu kurs əslində həm də bir məktəbdir. Məktəbin ustadını isə qınamaq yox, başa düşmək, anlamaq gərəkdi...

Tahir TAĞIYEV
 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

23.06.2026 / 14:31
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"

23.06.2026 / 14:29
Vüqar Rəhimzadə: Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır

23.06.2026 / 14:16
Ukraynada məşhur türk seriallarına “müharibə açdılar”...

23.06.2026 / 13:56
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

23.06.2026 / 13:50
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:48
ABŞ-dan "Livan yanmalıdır" deyən israilli nazirə sərt reaksiya - "bir qəpik də ABŞ dəstəyinə layiq deyillər" …`

23.06.2026 / 13:26
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...

23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....

23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı

23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı

23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi – artıq əvvəlki kimi olmayacaq…

23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…

23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - :

23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTO

23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...

23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı

23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə... - FOTO

23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı - Səudiyyə və BƏƏ üsyan etdi...

23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...

23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?

23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...

23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...

23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir.... Mansur Yavaş ifşa edir...

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

22.06.2026 / 18:53
“İbrahim Sazişləri”nin Cənubi Qafqaza və Orta Asiyaya nə dəxli?..

22.06.2026 / 18:41
İran İsraili 2000-ci ildə Livanda baş verən hadisələrin təkrarlanması ilə hədələdi...

22.06.2026 / 18:27
Azərbaycanla Türkmənistanın arasında "sıçrayış başlayır"...

22.06.2026 / 18:24
Bir qəpiklik yumurta ilə bağlı daha bir açıqlama AQTA-dan gəldi...

22.06.2026 / 18:16
Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir

22.06.2026 / 17:53
11500 nikahın 6500-ü pozulub -son 5 ayın göstəriciləri dəhşət saçır...

22.06.2026 / 17:23
Mərdəkanda 4 nəfər dənizdə batdı...

22.06.2026 / 17:15
Bakıdakı universitetlərlə bağlı qərar verildi - köçürülməyəcək, tələbə sayı azaldılacaq....

22.06.2026 / 17:10
"Teatrın rəhbərliyi tərəfindən bildirildi ki, aktrisa ştatı yoxdur" - Mehriban Xanlarova

22.06.2026 / 16:53
Qayıdan məcburi köçkünlər ata-baba qəbirstanlıqlarının bərpasına başlayıblar...

22.06.2026 / 16:50
"Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir" - Berdiməhəmmədov

22.06.2026 / 16:48
Prezident: "Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik"

22.06.2026 / 16:44
"Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır" Prezident

22.06.2026 / 16:37
İraq Kürdüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib

22.06.2026 / 16:35
Vyetnam Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

22.06.2026 / 16:19
Zelenski görünməmiş hərbi texnikanı ortaya çıxardı - Sibirə kimi uçan PUA, G-7 yekdil qərar verdi...

22.06.2026 / 15:43
İranın 100 milyardını donduranların arasında Çin kimi dost, İraq kimi qonşu da var...

22.06.2026 / 15:30
Hüseyn Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

22.06.2026 / 15:28
Alman nazir Türkiyədə şərt qoydu - yanvara kimi Rusiya qazından imtina olunmalıdır...

22.06.2026 / 15:10
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşlərini keçirib

22.06.2026 / 15:05
Bərdənin deputatının 21 milyonluq biznes müqaviləsi qanunidir?

22.06.2026 / 14:53
ABŞ İran üçün 300 milyard dolların yarısını topladı -pul kimlərdən yığıldı, şok adlar var...

22.06.2026 / 14:22
Prezident İlham Əliyevin bu qədər əmin danışması səbəbsiz deyil...

22.06.2026 / 14:17
BMT-nin Proqram rəhbəri Prezident İlham Əliyevə təşəkkür etdi...

22.06.2026 / 14:10
Azərbaycan üzərindən Ermənistana internet veriləcək - sənəd imzalandı...

22.06.2026 / 14:00
İran uçurumu dərinləşir – İsraildən ABŞ-a 11 sentyabr təhdidi…

22.06.2026 / 13:28
Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi...

22.06.2026 / 13:13
Bu həftə 3 gün iş olmayacaq...

22.06.2026 / 13:09
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

22.06.2026 / 13:05
Bakıda bir qəpiyə satılan yumurtalar SAXTAdır? - RƏSMİ AÇIQLAMA...

22.06.2026 / 12:53
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub - FOTO

22.06.2026 / 12:40
Trampın dediyi oldu - Britaniyanın Baş naziri Starmer istefa verdi…

22.06.2026 / 12:23
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ikinci təlimi

22.06.2026 / 12:16
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edəcək

22.06.2026 / 11:47
Prezidentlərin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi - FOTO

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ