H.Hacıyev deyib ki, Azərbaycan Respublikası Prezidentinin Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 20 noyabr 2014-cü il tarixli 882 nömrəli sərəncamı əsasında viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə İşçi qrup fəaliyyət göstərir.
Onun sözlərinə görə, İşçi qrupunun dörd iclası keçirilib və bununla bağlı müvafiq tədbirlər görülür: "Hazırda diplomatik nümayəndəliklərdə viza sistemi ilə bağlı yeni avadanlıqların quraşdırılması prosesi həyata keçirilir".