şənbə günü, 07 noyabr 2026
     

Masallıda "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans keçirilib

Image


Azərbaycan Milli Mətbuatının yaranmasının 140-cı ildönümünə həsr olunmuş silsilə yubiley tədbirləri davam etdirilir. Movqe.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı rayonunda "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda növbəti regional konfrans işə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Adminstrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, bölgə rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə ­Bakıda fəaliyyət göstərən 20-dək qəzetin baş redaktorları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin Masallı rayonundakı abidəsini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar. Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində Masallı rayon "Halay" folklor ansamblı və yeniyetmələrdən ibarət rəqs qrupunun ifasında musiqi nömrələrinə tamaşa ediblər. Tədbirin bədii hissəsi başa çatdıqdan sonra konfrans öz işinə başlayıb.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev milli mətbuatımızın 140 illik yubileyi münasibətilə iştirakçıları təbrik edib, tədbirin məqsəd və proqramı barədə məlumat verib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qonaqları salamlayaraq 140 illik yubiley tədbirləri çərçivəsində növbəti konfransın Masallıda keçirilməsini rayonun həyatında əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini deyən R. Hüseynov müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək dəyərləndirib: "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli mətbuata qayğı modeli bu gün də davam etdirilir. Buna bariz nümunə kimi jurnalistlərə tikilərək təmənnasız paylanılan evləri misal çəkmək olar. Mətbuatın yubiley törəninin regionlarda təşkili isə region mətbuatının inkişafına töhvə verməklə yanaşı, region mətbuatının mərkəz mətbuatına inteqrasiyasını təmin edir. Milli mətbuatın yubileyi münasibətilə Azərbaycan mətbuatında çalışan jurnalistləri təbrik edirəm, onlara işlərində uğurlar arzulayıram”.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev milli mətbuatın keçdiyi şərəfli tarixi yoldan söz açıb: "Azərbaycan milli mətbuatının yubiley tədbirlərinin qeyd olunması ənənəsi ümumilli lider Heydər əliyev tərəfindən qoyulub. Mətbuatın 125 illik yubileyinin qeyd edilməsi barədə ulu öndərin sərəncamı ilə əsası qoyulan bu iş bu gün də davam etdirilir. Bu gün biz milli mətbuatın 140 illik yubiley tədbirinə yığışmışıq. Azərbaycan mətbuatının intibah dövrü müstəqillik dövrünə təsadüf edir. Həmin illərdə mətbuat ciddi problemlərlə üzləşmişdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra senzuranın və 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, dünya standartlarına uyğun KİV haqqında qanunun qəbulu, 2001-ci ildə bu qanunun təkminləşdirilməsi, Azərbaycan Mətbuat Şurasının yaradılması, redaksiyaların maddi texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər sonda Azərbaycanda güclü-peşəkar medianın formalaşmasına gətirib çıxartdı. Bu prosesin davamı olaraq görülən işlər mətbuata dövlət qayğısının təzahürüdür. Mətbuata dəstək üçün 2009-cu ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bu günədək 20 milyon manatdan çox mətbauta yardım göstərilib. Bu addımların atılmasının əsas məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, ölkəmizin haqq səsini dünyaya çatdıran bir medianın yaradılması idi".

"Bu gün prosesləri təhlil edəndə deyə bilərik ki, Azərbaycanda güclü peşəkar Azəbaycan dövlətinin maraqlarını müdafiə edən bir media formalaşıb. Bunun bariz nümunəsini biz Bakıda keçirilən Birinci Avropa Oyunları dövründə müşahidə etdik. Azərbaycan mediası bəlkədə tarixdə heç vaxt bu qədər öz dövlətinin maraqlarını ifadə eləməmişdi. Azərbaycan jurnalistləri kifayət qədər peşəkarlıq nümayiş etdirdilər, Azərbaycan dövlətinin yanında oldular” – deyə V. Əliyev bildirib.

V. Əliyev qeyd edib ki, Azərbaycanı həmin dövrdə ittiham edənlər Azərbaycana qarşı həmin dövrdə çox ciddi kampaniya aparırdı: "Bu kampaniyaya Azərbaycan mediası çox layiqli cavab verdi. Bu kampaniyanı aparanlar Azərbaycanda insan haqlarının, azad sözün boğulduğunu iddia edirdilər. Amma onlar Azərbaycanda media deyəndə özlərinin idarə etdiyi iki-üç mətbuat orqanını, informasiya saytını, azərbaycanda jurnalist deyəndə onların əli altında olan bir neçə jurnalisti nəzərdə tuturdular. Onlar QHT deyəndə özlərinin maliyələşdirdiyi bir neçə QHT-ni nəzərdə tuturdular. Onlar hesablamırdılar ki, Azərbaycanda 5 mindən artıq media uçota götürülüb, 100-lərlə qəzet, jurnal, 50-dən artıq KİV 300-dən artıq sayt, onlarla yayım firması, jurnalist təşkilatı fəaliyyət göstərir. Onlar üçün Azərbaycanda söz azadlığı, iki-üç nəfərin Azərbaycanda insanları təhqir etməsi idi. Onlar öz dövlətinə, millətinə qarşı fəaliyyət göstərmək azadlığını söz azadlığının təməl prinsipi kimi götürürlər. Öz dövlətinin maraqlarını satmağı, ermənilərlə iş birliyini onlar Azərbaycanda vətəndaş cəmiyyətinin azadlığı kimi təlqin edirlər. Halbuki, heç bir müstəqil siyasət yürüdən hakimiyyət bunları qəbul edə bilməz Hakimiyyətin də funksiyası ondan ibarətdir ki, Azərbaycan xalqının real maraqlarını müdafiə edərək qorusun!”.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq media nümayəndələrini milli mətbuatın 140 illik yubileyi münasibətilə təbrik edib. Azərbaycan mətbuatının müstəqilliyin ilk illərində ciddi problemlərlə üzləşdiyini, müxtəlif təzyiqlərə məruz qaldığını xatırladan Fondun icraçı direktoru ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından KİV-lərin inkişafında yeni mərhələnin başlandığını bildirib. Vüqar Səfərli ümummilli liderin siyasi iradəsi ilə 1998-ci il avqustun 6-da KİV üzərində senzuranın ləğv edildiyini, sonrakı mərhələdə söz və mətbuat azadlıqlarının etibarlı təminatına xidmət edən mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borclarının dondurulduğunu, əlavə dəyər vergisinin ləğv edildiyini və digər mütərəqqi islahatları xüsusi qeyd edib.

Ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin son 12 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən V.Səfərli ötən dövrdə ölkə mətbuatının 135 və 140 illik yubileylərinin yüksək səviyyədə qeyd edildiyini, onlarla jurnalistə fəxri ad və medalların verildiyini, qəzetlərin "Azərbaycan” nəşriyatına olan borclarının dövlət büdcəsi hesabına silindiyini və digər faktları diqqətə çatdırıb.

Fondun icraçı direktoru həmçinin xatırladıb ki, mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008 və 2009-cü illərdə imzaladığı müvafiq sərəncamlarla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası təsdiq edilib. Həmin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb.

İcraçı direktor Fondun ötən illərdə ölkə qəzetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində həyata keçirdiyi çoxsaylı layihələr barədə də ətraflı məlumat verib. Vüqar Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə kimi dəyərləndirərək dövlətimizin başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Konfransda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov yubiley tədbirlərinin regionlarda qeyd olunmasının əhəmiyyətindən söz açıb. Şura sədri Azərbaycan mediasının Azərbaycan xalqının həyatında, inkişafında olan rolundan danışıb.

Daha sonra tədbirdə Astara rayon İB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mərasim Hacıyev, "Astara" qəzetinin baş redaktoru Azər Abdullayev, Biləsuvar İB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərova, Biləsuvarın "Məhsul" qəzetinin baş redaktoru Muxtar Əhmədov və sair rayonların məsul əməkdaşları çıxış ediblər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ