şənbə günü, 07 noyabr 2026
     

Daxili İşlər Nazirliyinin Kollegiyası cinayətkarlıqla mübarizənin bütün istiqamətlərini təhlil etdi

Image


İyulun 10-da Daxili İşlər Nazirliyində 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən baki-xeber.com-a daxil olan məlumata görə, iclası açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, cari ilin birinci yarısında ölkəmizin ictimai-siyasi həyatı əlamətdar hadisələrlə zəngin olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda davam edən quruculuq işlərinin başlıca təminatlarından olan sabitlik etibarlı qorunaraq daha da möhkəmləndirilib. Şəxsi heyətin dövlətə, anda sədaqəti və fədakar xidməti möhtərəm dövlət başçımız tərəfindən növbəti dəfə yüksək qiymətləndirilib. Azərbaycan Polisinin peşə bayramı ərəfəsində onun imzaladığı növbəti sərəncamlarla 41 əməkdaş dövlət mükafatları ilə təltif edilib, 3 rəhbər vəzifəli şəxs isə ali xüsusi rütbələrə layiq görülüb. Bütün bunlar polis orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ali diqqət və qayğının növbəti əyani təzahürüdür.

Ötən ay ölkəmizdə ilk Avropa Oyunlarının keçirildiyini xatırladan nazir cənab Prezidentin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində respublikamızın, onun bütün dövlət strukturlarının və vətəndaş cəmiyyətinin üzərinə düşən tarixi məsuliyyətin öhdəsindən yüksək səviyyədə gəldiyini məmnunluqla deyib. Digər hüquq-mühafizə qurumları, güc strukturları ilə birlikdə daxili işlər orqanlarının Oyunlar zamanı asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üzrə mühüm vəzifələri də layiqincə yerinə yetirdiyini vurğulayan daxili işlər naziri fərqlənən yüzlərlə əməkdaş və hərbi qulluqçu barəsində müxtəlif həvəsləndirmə tədbirinin tətbiq olunduğunu diqqətə çatdırıb, nümunəvi xidmətə, yüksək peşəkarlığa, vətənpərvərliyə və fədakarlığa görə bütün şəxsi heyətə minnətdarlığını bildirib.

Hesabat dövründə cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllərin davam etdiyi, kriminogen durumun nəzarətdə saxlanıldığı da qeyd olunub.

Geniş məruzə ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib ki, ötən dövrdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13.533 cinayət qeydə alınıb. Onların 87 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.

Cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb. Belə ki, həyata keçirilən məqsədyönlü profilaktik tədbirlərlə şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürməyə cəhdlər 12,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,7 faiz, xuliqanlıqlar 3,2 faiz azalıb.

Qeyd olunub ki, cinayətlərin açılmasına yönəlmiş əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və ədalətin bərpasında başlıca vəzifələr olaraq həyata keçirilib.

Ümumi cinayətlərin açılması 4,2 faiz yaxşılaşaraq 84,3 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 1,9 faiz, qəsdən adam öldürmələrin açılması 11,2 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 14 faiz yaxşılaşıb. Banditizm, adam oğurluğu və insan alveri cinayətlərinin açılması tam təmin olunub.

Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində "isti izlərlə” 467, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 217, o cümlədən 53 ağır və xüsusilə ağır cinayət açılıb.

Məruzəçi bildirib ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib. "102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 4302 hüquqazidd əməlin qarşısı alınıb, 1375 cinayət işi başlanıb. "Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 43 cinayət açılıb, 5764 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 77 hadisə aşkarlanıb, axtarışda olan 56 avtomobil saxlanılıb.

Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,4 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən yayınan 1184 nəfər, müqayisə edilən dövrə nisbətdə isə 5,2 faiz çox şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 50 və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən olunub.

Xidməti fəaliyyətdə böyük önəm verilən məsələlərdən olan mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 455 ağır və xüsusilə ağır cinayət törətmiş 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 68 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 16 min 519 manat, 55 min 100 ABŞ dolları və 225 min rubl olan 901 ədəd saxta əskinas, habelə istifadə müddəti ötmüş 2,6 tona yaxın tikinti materialı çıxarılıb.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotiklərlə əlaqədar 1807 cinayət, o cümlədən satışı ilə bağlı 478 fakt müəyyən edilib, 77 nəfərdən ibarət 22 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 16 faiz çox və ya 432 kiloqram narkotik vasitə çıxarılıb, həmçinin, xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 90,2 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə müqayisə edilən dövrə nisbətdə 60 faiz çox, yəni 80 cinayət müəyyən olunub. Həmin faktlar əsasında başlanılmış cinayət işləri üzrə 11 nəfər məhkəmə məsuliyyətinə verilib və bu əməllərin qurbanı olmuş 25 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Hesabat dövründə müstəntiqlərin icraatında 13.714 cinayət işi olub, prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,3 faiz yaxşılaşaraq 77,7 faiz təşkil edib.

Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 20 mindən çox artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 14,1 faiz, qəzalarda həlak olanların sayı 20,5 faiz, xəsarət alanların sayı isə 9,5 faiz azalıb. Hadisələrin, qəzalar nəticəsində ölənlərin və xəsarət alanların sayının azalmasını şərtləndirən amillər sırasında onların baş verməsinə səbəb olan xarakterik halların aradan qaldırılması, xüsusən inzibati xətaların aşkarlanmasının yaxşılaşması olub. Belə ki, 2014-cü ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 12,5 faiz çox və ya 1.122.498 müvafiq qayda pozuntusu müəyyən edilib, o cümlədən şüşələrinə pərdə və plyonka çəkilmiş 3636 avtomobil sürücüsü, avtoxuliqanlığa görə 214 nəfər barəsində qanunauyğun tədbirlər görülüb.

Ümumən, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə 1.168.906 protokol tərtib olunub, nəticədə 1.106.973 nəfər cərimələnib, 2.192 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 19.931 şəxsə isə xəbərdarlıq edilib.

Nazir müavini qeyd edib ki, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminində əldə olunan nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilib. Beynəlxalq İqtsadi Forumun 2014-2015-ci illər üzrə hesabatına əsasən, Azərbaycan, dünyanın 144 ölkəsi arasında «Polis orqanlarının etibarlılığı» indikatoru üzrə 15-ci, «Mütəşəkkil cinayətkarlıq» indikatoru üzrə 40-cı yeri tutub. Bu göstəricilərlə respublikamız Avropa və MDB ölkələrini xeyli qabaqlayır.

Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daim təkmilləşən və inkişaf edən Daxili Qoşunların da qanunvericiliklə müəyyən edilmiş vəzifələri layiqincə yerinə yetirdiyi nəzərə çatdırılıb.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrasının ciddi nəzarətdə saxlanıldığı və planlı surətdə davam etdirildiyi, 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 1853 vətəndaşın qəbul edildiyi, qaldırılan məsələlərin əksəriyyətinin yerində həll olunduğu, əlavə yoxlama tələb edən ərizələrin nəzarətə götürülərək araşdırıldığı, nəticələri barədə təşəbbüskarların yazılı məlumatlandırıldığı, hüquqlarının izah edildiyi vurğulanıb.

Polis general-leytenantı Vilayət Eyvazov dövlət başçısının diqqət və qayğısı sayəsində şəxsi heyətin yüksək tələblərə cavab verən şəraitdə xidmətinin təşkili, peşə hazırlığının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə də ətraflı məlumat verib.

Məruzə ətrafı çıxışlarda Nazirliyin ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi shəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Cinayətkarlığa qarşı mübarizə və ictimai qaydanın qorunmasında şəxsi heyətin fəaliyyətini ümumilikdə qənaətbəxş hesab edən nazir, bununla yanaşı, Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan bir neçə məsələyə yönəldib.

Ailə münaqişəsi zəminində və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması üçün profilaktika işlərinin həyata keçirilməsinin, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi ilə bağlı əhali arasında təbliğat işinin lazımi səviyyədə təşkilinin, vətəndaşların müraciətlərinə və qəbuluna ciddi yanaşılmasının, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görülməsinin, səsvermə hüququna malik bütün vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmasının, bu işin gündəlik nəzarətdə saxlanılmasının, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində davamlı tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Daxili işlər orqanlarının, o cümlədən Daxili Qoşunların dövlətimizin başçısının əvəzsiz dəstəyi sayəsində inkişaf dövrü yaşadığını, daim təkmilləşdiyini, xidmət şəraitinin yaxşılaşdırılması, sosial müdafiə məsələlərinin həlli istiqamətində böyük işlər görüldüyünü, şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldiyini, onların fədakar əməyinin cənab İlham Əliyev tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini bir daha Kollegiya iştirakçılarının diqqətinə çatdıran nazir Ramil Usubov şəxsi heyətdən möhtərəm Prezidentin xüsusi diqqət və qayğısına cavab olaraq qanunla müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsinə daha böyük məsuliyyətlə yanaşılmasını tələb edib.

O bildirib ki, artıq uzun illərdir Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı son 12 ildə orta hesabla 233 fakt təşkil edir. Bu göstərici, eləcə də cinayətlərin konkret növlərinin, o cümlədən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların və s. sayı Avropa və MDB ölkələri ilə müqayisədə dəfələrlə azdır.

Xalqımızın Milli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlətin əsas sütunlarından biri kimi formalaşmış Daxili İşlər Nazirliyi bütövlükdə qanunla müəyyən edilmiş vəzifələri, ölkə Prezidentinin tələb və tapşırıqlarını hər zaman olduğu kimi bu gün də uğurla yerinə yetirir.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələri, hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəkdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ