ABŞ-ın enerji naziri Rik Perri prezident Donald Trampın 2018-ci ilin dövlət büdcəsi layihəsi çərçivəsində ölkənin strateji neft ehtiyatlarındakı nefti satmaq planına qarşı çıxıb.
Ölkənin strateji neft ehtiyatlarının fövqəladə hallar, qlobal bazarda gözlənilməz hadisələr və təbii fəlakətlər üçün saxlandığını vurğulayan Perri, keçən ay ABŞ-ın neft mərkəzi kimi tanınan Texas ştatında baş verən “Harvi” və keçən həftə Florida da müşahidə edilən “İrma” kasırgalarını xatırladıb.
Bu qasırğalara görə ABŞ-ın strateji neft ehtiyatlarının əhəmiyyətinin daha da artdığına diqqət çəkən Perri daha sonra bildirib: "Bu iki qasırğa hər kəsin fikrini dəyişdirdi. Strateji ehtiyatlara toxunmadan saxlaq fikrini dəstəkləyirəm, ancaq büdcə layihəsini mən hazırlamadım. Prezident Tramp da, onunla hər mövzuda həmfikir olmam üçün məni bu vəzifəyə gətirmədi".
ABŞ Enerji Nazirliyi “Harvi” qasırğasına görə Texas əyalətində dayanmaq təhlükəsilə üzləşən xam neft istehsalı üçün avqustun 31-də strateji neft anbarlarından 5 milyon barrel xam neftin satılmasını təsdiqləmişdi.
Trampın dəstəklədiyi yeni büdcə layihəsi isə hazırda 677 milyon barrel olan ABŞ-ın strateji xam neft ehtiyatlarının təxminən yarısının mərhələli şəkildə satılaraq 2027-ci ilə qədər 16,6 milyard dollarlıq gəlir əldə etməyi hədəfləyir.