Cümə axşamı günü, 12 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dilimiz dövlətimizin təşəkkülünə necə təsir edib?
Tarix: 18.07.2014 / 11:33
Bölmə: Dünya
Dövlət mövcuddursa, birmənalı olaraq onun əsas atributu sayılan dili də işlək olmalıdır. Dövlətin inkişafında, təşəkkülündə dil vacib vasitədir. Ana dili hər bir xalqın mənəvi sərvəti olmaqla yanaşı, həm də onun varlığını təsdiq edən bir məfhumdur. Ana dili xalqların mənəviyyatını, mədəniyyətini yaşadan bir amildir. Ana sözü ən çox sevdiyimiz sözlərdəndir.
Bəlkə də bu sözü fasiləsiz olaraq gündə min dəfə dilə gətiririk. Xalqların əziz, ülvi, müqəddəs saydığı bir sıra məfhumlar var ki, biz onlara ana deyirik. Bu adı anamızdan başqa torpağa, vətənə, yurda da veririk. Ana torpaq, ana vətən, ana yurd deyirik. Ana sözünün ünvanları artdıqca, o nə cılızlaşır, nə parçalanır, nə də məhv olur. Əksinə, daha da zənginləşir, daha da müqəddəsləşir. Ana dili sözünü də çox işlədirik. Bir çox hallarda, Azərbaycan dilinə sadəcə olaraq ana dili deyirik. Əlbəttə, ana dili sözü elə-belə, təsadüfdən yaranmayıb. Bu sözün ana axarında doğmalıq, ilkinlik dayanır. Ana olmasa, yaranış, törəniş də sual altına düşər. Ana dilimiz əsrlərin sınağından adlayıb günümüzə qədər gəlib çıxıbsa, buna görə ilk borclu olduğumuz şəxs analarımızdır. Ana dilimizin gözəlliyini, əzizliyini, doğmalığını onlar bizə təlqin edib. Azərbaycan dilinin varlığını qoruyub saxlamasında analarımız klassiklərdən az iş görməyib. Azərbaycan dili milli mədəniyyətimizin, tariximizin, maarifçiliyimizin rüşeymləridir. Ana dilimizin qədimliyini göstərən yüzlərlə fakt, tarixi sənəd, yazılı mənbə var. Dilimiz ən çox folklor örnəklərində, bayatı, tapmaca və nağıllarda, digər şifahi xalq ədəbiyyatı nümunələrində yaşayıb. Bu nümunələr Azərbaycan dilinin qədimliyini göstərən amillərdir. Yazılı abidələr də ana dilimizin neçə-neçə yüzilliklər öncə meydana gəldiyini özündə göstərir. Dil insanların mənəviyyatını qoruyan bir vasitə kimi əsrlərdir öz gücünü saxlayır. Ümumiyyətlə, o dillər əbədiyaşardır ki, o dildə danışan böyük bir toplum var, həmin dildə kütləvi nəşrlər həyata keçirilir, o dil hər gün işlənir, zənginləşir, cilalanıb inkişaf edir. Dilçi alimlərin bildirdiyinə görə, ana dili nə qədər çox işlənsə, bir o qədər öz hakimiyyətini əlində möhkəm saxlayar. Ekspertlər onu da deyir ki, dil balta kimidir, nə qədər çox işlənsə, bir o qədər iti olar, kəsərini itirməz. Ana dilinin şüurlarda oyatdığı ən böyük məsələlərdən biri milli mənsubiyyət, milli ideologiya anlayışlarıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Səyalı Sadıqova bizimlə söhbətində bildirdi ki, milli təfəkkürün formalaşmasında, mədəniyyətin inkişafında, dövlətin əzəmətini saxlamasında ana dilinin xidməti böyükdür: "Azərbaycan dili o dillərdəndir ki, tarixin min-bir sınağından keçib. Hər dilə nəsib olmur ki, bu qədər ömür yaşasın. Nə qədər dillər tarixin dəmir qapılarını keçə bilməyib, məhv olub gedib. Elə dillər olub ki, onun ömrü çox qısa olub. Amma ana dilimiz uzunömürlülüyü ilə seçilir. Dillər var ki, onlar mövcud olsa da, millətin şüuruna, tarixinə, mədəniyyətinə xidmət etmir. Yəni buna gücü çatmır. Azərbaycan dili əsrlərdir həm dövlət dili kimi yaşayıb, həm də kütlənin danışdığı dil kimi işlədilib. Dilimiz hər gün işləyir, hər gün təbliğ olunur. Ana dilimiz dövlətimizin, onun ideologiyasının, tarixinin inkişafına təkan verir, kömək edir. Tariximiz ana dilində yazılır, ana dili vasitəsilə təbliğ edilir, paylaşılır. Azərbaycanda ana dilinin inkişafı məsələsi ziyalılarla yanaşı, cəmiyyəti də maraqlandırıb həmişə. Ana dilimizdə tarixən yazıb-yaradan şəxsiyyətlər olub, onlar dilimizin ululuğunu, zənginliyini, çoxçalarlı olmasını öz əsərlərilə təsdiq edib. Bir zamanlar, daha dəqiq desək, orta əsrlərdə fars və ərəb dillərində yazıb-yaratmaq dəb idi. Bir neçə əsr şairlər, filosoflar başqa dillərdə öz fikirlərini ifadə etməyi şərəf sayırdılar. Amma zaman göstərdi ki, bu şəxsiyyətlər o dillərdə yazsalar da, təfəkkürcə millidirlər. Çünki daxillərində ana dilini yaşadıblar, folkloru biliblər. Nədənsə o dillərdə yazıblar. Amma 13-cü əsrdən üzü bu yana Azərbaycan dili inkişaf etməyə başlayıb. İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Arif Ərdəbili, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif və başqa şairlər ana dilimizdə yazıb-yaratmağa başladılar. Bu şəxsiyyətlərin yaradıcılığı ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına böyük təsir göstərirdi. Onlar ana dilimizin artıq dillər içindən boyunun görsənməsini istəyirdilər. Arzu edirdilər ki, türk-Azərbaycan dili dövrün dilləri sırasında öz yerini tutsun. Əlbəttə, dil xalqın varlığını təsdiq etdiyi kimi, xalq da dili yaşatmağa, onun saflığını qorumağa, çirkablardan mühafizə etməyə borcludur. Ana dilini dövlətlə yanaşı, xalq da yaşatmalıdır. Əks təqdirdə dil çökə bilər. Necə ki, bu halı başqa dillər yaşayıb".
S.Sadıqova bildirdi ki, neçə illərdir Dövlət Dil Komissiyası fəaliyyət göstərir, cənab Prezidentin qloballaşma şəraitində Azərbaycan dilinin mühafizə və inkişafı ilə bağlı verdiyi sərəncam ana dilimizin yollarını daha hamar edir: "Azərbaycan dili dinamik inkişafa doğru gedir. Amma, təbii ki, dilimizin işlədilməsi məsələsində müəyyən pozuntular var. Hesab edirik ki, bir sıra məsələlərə Dövlət Dil Komissiyası son qoyacaq. Bəzi tədbirlər də dil xətalarını aradan qaldıracaq. Bizi tariximiz, dövlətimiz ətrafında birləşdirən məqamlardan biri, şübhəsiz ki, ana dilimizdir. Dövlətin təşəkkülünün ana axarında dayanan amillərdən biri isə ana dilidir. Görürsüz, onlar bir-birinə necə
bağlıdır. Tariximizi yazanlar, mədəniyyətimizin, ədəbiyyatımızın yaradıcıları onu ana dili vasitəsilə yayıb".
Dilçi Lətafət Məmmədovanın sözlərinə görə də, Azərbaycan dilinin inkişafına göstərilən qayğı ana dilimizin uzunömürlülüyünə, onun dövlət dili kimi özünü təsdiq etməsini bacarmasına təkan verib: "Dövlətimizin, onun mədəniyyətinin, təhsilinin, tarixinin inkişafında və müasir vəziyyətində ana dilimizin əvəzsiz rolu var. Azərbaycanın klassik yazıçı və şairlərinin hamısı ana dilindən bəhrələnib. Onun imkanlarından istifadə edərək gözəl əsərlər yaradıb. Dövlətimizin bir sıra mənəvi məsələlərə sahib olmasında ana dilimizin əməyi böyükdür. Dil olmasa, milli anlayış da olmaz. Dil hər bir xalqın dünyada hörmətini artıran bir məfhumdur. Ana dili olmayan xalq xalq kimi dünya səhnəsində özünü təqdim etməkdə çətinlik çəkir. Bilirsiz ki, başqa xalqın dəyərlərinə sahib olmağa çalışan xalqa oğru deyirlər. Bizim dilə hələ kənardan əl uzadanlar olmayıb, amma mədəni dəyərlərimizi oğurlayanlar az deyil. Dilimizi ona görə oğurlaya bilmirlər ki, onun zənginliyinə, özünəməxsusluğuna bələd deyillər. Çünki dili oğurlayanda onu işlətmək lazımdır... Ana dilimiz bizim mənəviyyatımızdır. Bu dəyərə dövlət səviyyəsində böyük qayğı var. İnsanlar da dilimizə qayğı ilə yanaşmalıdır. Bilməlidirlər ki, Azərbaycan dili bizim dövlətimizin atributlarından biridir. Dövlətçiliyimizin əsaslarını ilk olaraq ana dilimiz təşkil edib həmişə. Ana dilimiz xalqımızı küll halında mədəniyyətimizin ətrafında birləşdirir. Dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlılar ana dilimiz vasitəsilə ünsiyyət qurur, əlaqələr yaradır. Dilimizin vasitəçiliyi, iştirakı olmadan bu əlaqələr yarana bilməz. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinə qayğısı dilimizin inkişafına daha böyük təkan verdi. Heydər Əliyev Azərbaycan dili və azərbaycançılığı bir-birindən ayırmırdı. O, ana dilimizlə bağlı çıxışlarında dilimizin müqəddəsliyi, saflığı, onun qorunması ilə əlaqədar elə fikirlər səsləndirib ki, hər zaman öz aktuallığını saxlayır. Heydər Əliyevə qədərki böyük şəxsiyyətlərimiz də dövlətimiz və ana dilinin vəhdəti haqda fikirlər səsləndirib. Azərbaycanın çox böyük ziyalılarından olan, qüdrətli vətəndaş Cəlil Məmmədquluzadənin ana dililə bağlı çox maraqlı yazısı var:
- Mənim anam kimdir?
- Rəhmətlik Zöhrəbanu bacı?
- Bəs ana dilim?
- Azərbaycan dili.
Bu yazının yazılmasının üstündən illər keçib, amma ana dilimiz haqda yazılan ən aktual yazılardan biridir ki, bu gün də istinad edilir. Dilimizin dövlətçiliyimizin təşəkkülünə təsiri bax budur. Dil hər şeyi yaşadır. Mədəniyyəti də, mənəviyyatı da, ədəbiyyatı da. Ana dilini mükəmməl bilməyən şəxslərin də dilimizi öyrənməsi vacibdir".
Tariximizin, dövlət maraqlarımızın dünyada yayılması, sözsüz ki, hər bir azərbaycanlının üzərinə düşən vəzifədir. Ana dilimizin də təbliğinin bir missiya kimi soydaşlarımızın üzərinə düşdüyünü deyən L.Məmmədova hesab edir ki, vaxtaşırı olaraq Dilçilik İnstitutu və digər qurumlar tərəfindən dövlətimizin inkişafında, təbliğində, yaşamasında ana dilinin rolu barədə "dəyirmi masa"lar, tədbirlər, geniş müzakirələr keçirilməlidir: "Azərbaycan dili mövzusu daim gündəmdə olmalıdır. Dilçilik İnstitutu və Akademiyanın müvafiq institutları birləşərək Azərbaycan dili və dövlətimizin təşəkkülü haqda ciddi müzakirələr aparmalıdır. Bu vəhdətin incəlikləri, əsasları gənc nəslə təlqin edilməlidir. Azərbaycan dövləti babalarımızın əmanətidir. Onu göz bəbəyimiz kimi qorumalıyıq. Azərbaycan dövləti və ana dilimiz mövzusu bizi hər zaman düşündürməlidir. Dünyanın hansı yerində Azərbaycan dili səslənirsə, orada bizim tariximizin, mədəniyyətimizin bir parçası yaşayır. Böyük şairimiz Səməd Vurğun deyirdi ki, dünyanın bütün dilləri gözəldir, amma mənim üçün Azərbaycan dili bütün dillərdən əzizdir. Böyük Şəhriyar da Azərbaycan dilinin qüdrətini göylərə qaldırırdı. Bütün mütəfəkkirlər dili təbliğ etməklə mədəniyyətimizi təbliğ edirdilər. Bilirdilər ki, xalqın, dövlətin inkişafı, dünyada tanınması həm də dilin və milli çoxəsrlik mədəniyyətin vəhdətindən keçir".
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...
Tarix: 12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...
Tarix: 12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd
- yüksək rütbəli hərbçinin avtomobili partladıldı...
Tarix: 12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı
- VİDEO
Tarix: 12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi
Tarix: 12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...
Tarix: 12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib
Tarix: 12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı
Tarix: 11.11.2026 / 23:10
NATO-da casus həyəcanı
- yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...
Tarix: 11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...
Tarix: 11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək”
- Peskov
Tarix: 11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...
12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...
12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb -
"Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...
12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...
12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi
- “saxta müttəfiq”...
12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək”
- Matviyenko
12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...
12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?
12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...
12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin!
- Deputatdan təklif...
12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı
12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...
12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər
- elektrik xərclərinin yarısını dövlət ödəyəcək
12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...
12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi
- İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...
12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq
12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq
- 3 nəfər saxlandı
12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır”
- Rusiya senatoru
12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd
- yüksək rütbəli hərbçinin avtomobili partladıldı...
12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı
- ölənlər var...
12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...
12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı
- VİDEO
12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi
12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...
12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib
12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib
12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı -
təhdid məktubları “Mixail Andropovdan” gəlir
12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı
12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı
- qərar onlardan asılıdır...
11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı
11.11.2026 / 23:10
NATO-da casus həyəcanı
- yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...
11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir"
- Vüqar Rəhimzadə
11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...
11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...
11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...
11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır -
təzə məsələ var...
11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir
11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır...
Hədəfdə sülh sazişidir...
11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər
11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı
- Dövlət Komitəsi sərt bəyanat yaydı...
11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia
- Trampın məqsədi(?) nədir?...
11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...
11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
- FOTO
11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir
- İrandan Trampa təhqiramiz cavab...
11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!
11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...
11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA
11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir
11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...
11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi
- Zəfərin kökü bundadır...
11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı
11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi
– İrəvan səsvermə hüququndan məhrum edildi...
11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi -
hərbi əməliyyatlar dənizə köçürülür?
11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib
11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib
- VİDEO
11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
- FOTO
11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...
11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...
11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək”
- Peskov
11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır:
abonentlər zərərə düşəcəklərindən qorxur....
11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək...
Yeni tələblər gəlir..
11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq
- FOTO
11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir
- XƏBƏRDARLIQ
11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq -
əhali narahatdır...
11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi
11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər
- FOTO/YENİLƏNDİ
11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi
11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə
11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...
11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı
11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı -
ziddiyyət...
11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...
11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz
- Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı
11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...
11.11.2026 / 13:19
Dublində Baydenə hücum
- keçmiş prezidentə süd paketləri atdılar...
11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...
11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...
11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı
11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
Tarix: 02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?
XƏBƏR ARXİVİ