ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel telefonda Moskvanın Ukraynadakı hərəkətlərinə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunma imkanını müzakirə ediblər. Obama və Merkel, həmçinin yenidən Rusiyanı Ukrayna sərhədlərindən qoşunlarını geri çəkməyə çağırıb.
Obamanın sözlərinə görə, açıq-aydın Moskvanın dəstəyi ilə rusiyameylli separatçılar "idarə olunan təhrik və təxribat kampaniyasının" yardımı ilə Ukraynadakı vəziyyəti gərginləşdirirlər
"Prezident ABŞ, Avropa Birliyi və digər müttəfiq dövlətlər üçün Rusiya tərəfdən gələcək gərginliyin artması fonunda əlavə sanksiyalar tətbiq etməyə hazır olmalarının lazımlılığını vurğulayıb".
Eyni zamanda, cümə axşamı Rusiya Baş Qərargahının yüksək vəzifəli nümayəndəsi RİA Novosti agentliyinə deyib ki, NATO Ukrayna sərhədlərində toplanan Rusiya qoşunlarının olmasını göstərən peyk şəkillərinə malikdir.
Onun sözlərinə görə, bu şəkillər 2013-cü ilin avqustunda cənub rayonunda hərbi təlimlər gedən zaman çəkilib.