Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da Mülki Müdafiə Qoşunları tərəfindən 30 çadırın quraşdırılmasına start verib.
Baki-xeber.com bu barədə FHN-nin saytına istinadən xəbər verir. Xəbərə görə, çadırların quraşdırılması işlərinə FHN Mülki Müdafiə Qoşunlarının 35 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.