"Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ən uğurlu startaplarından biri -"Technote Media" son ayların geniş müzakirə mövzusu olan "Blockchain" ilə bağlı görüş təşkil edib.
Qeyd edək ki, "Blockchain" texnologiyası ilə təşəbbüskarlar startaplarını ICO-ya çıxarır və kriptovalyutalar vasitəsilə irihəcmli maliyyə resursları cəlb edir. Bu mövzu "Orxan Əhməd"in moderatorluğu ilə müzakirə olunub. Görüşdə, həmçinin, "Blockchain" texnologiyasından startaplar necə faydalanır?", "Qlobal startaplar milyonlarla dollar vəsaiti ICO vasitəsilə necə cəlb edir?", "Birjalarda kriptovalyutaların qiymətinin sürətli şəkildə enməsinin ICO edən startaplara təsiri", "Blockchain" və kriptovalyuta alqı-satqısının fərqləri" və "Blockchain" texnologiyası", "Etherium" və "Bitcoin" kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə "Blockchain" sahəsi ilə maraqlanan və məşğul olan şəxslər və startaplar iştirak edib.
Sahibkarlığa dəstək vermək məqsədilə yaradılan və əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri, yaranmaqda olan şirkətləri - startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi müasir günümüzdə "Blockchain" sahəsinin aktuallığını nəzərə alaraq yeni tədbirlər təşkil etməyi planlaşdırır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.