Sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və biliklərinin aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində Nəsimi rayonunda xüsusi layihələr həyata keçirilir.
Nəsimi Rayon İcra Hakimiyyətindən baki-xeber.com-a verilən xəbərə görə, bu layihə çərçivəsində növbəti tədbir 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün keçirilib. Belə ki, fiziki imkanları məhdud olan məktəblilər üçün PİTA Şaurmada əyləncəli istirahət axşamı təşkil edilib. Sonda isə onlara hədiyyələr təqdim edilib.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlarla söhbət zamanı dövlət tərəfindən onların təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqətdə saxlayır və bütün fəaliyyəti ilə hər zaman Azərbaycanın xoşbəxt gələcəyinin yanında olduğunu təsdiqləyir. Görüşdə ulu Öndərin adını daşıyan Fondun vitse prezidenti Leyla Əliyevanın da hər zaman xüsusi qayğıya ehtiyacı olan uşaqların yanında olduğu vurğulanıb.
Uşaqlar bu istirahət məkanında yay mövsümünün ovqatını duyub, müxtəlif mahnılar, rəqslər ifa edərək əyləniblər.