Bazar günü günü, 15 noyabr 2026
     

Qu­ru­yan "şə­hid bu­laq­la­rı"...

Image


Ro­za Əli­qı­zı: "Bu mə­sə­lə mə­ni də çox cid­di na­ra­hat edir"
Fi­ruz Mus­ta­fa: "Mü­na­si­bə­tim mən­fi­dir"
Fa­riz Ço­ba­noğ­lu: "Tə­əs­süf ki, bə­zi qu­rum­lar şə­hid­lə­ri­mi­zin adı­na ti­ki­lən bu­laq­la­ra eti­na­sız­lıq gös­tə­rir"
Yu­sif Mə­həm­mə­doğ­lu-Os­man­lı: "Be­lə qu­ru­yan bu­laq­la­rı və bu bu­laq­la­ra bi­ga­nə­li­yi çox gör­mü­şəm"
Adi­lə Nə­zər: "Bu mə­nə çox pis tə­sir edir, san­ki..."
Aləm­zər Sa­dıq­qı­zı: "O gün eşit­dim ki, bir şə­hi­din bu­la­ğı­nı öz qar­da­şı..."
Na­miq Də­li­dağ­lı: "Mü­qəd­dəs ruh da­şı­yı­cı­sı olan şə­hid­lə­ri­mi­zin adı ilə bağ­lı nə var­sa, bi­zə əziz­dir"

 

Tor­pa­ğa axan şə­hid qa­nı heç za­man qu­ru­mur. Bəs şə­hid bu­laq­la­rı ni­yə qu­ru­ma­lı­dır ki? Heç şə­hid ana­la­rı­nın da göz yaş­la­rı tü­kən­mə­yib, nə vaxt bax­san qa­ra yay­lıq­lı ana­la­rın ya­na­ğı­nı nəm­li gö­rər­sən. 

Azər­bay­ca­nın pay­tax­tı Ba­kı da da­xil ol­maq­la bü­tün şə­hər­lər­də, o cüm­lə­dən də ra­yon və qə­sə­bə­lər­də şə­hid bu­laq­la­rı­na rast gə­lə­rik. An­caq tə­əs­süf ki, şə­hid bu­laq­la­rı­nın bö­yük ək­sə­riy­yə­ti­nin su­yu qu­ru­yub, mü­əy­yən bir his­sə­si sı­nıx-sal­xaq və­ziy­yət­də­dir. Bu mən­zə­rə­ni gö­rən­də ada­mı, sö­zün əsl mə­na­sın­da, dəh­şət bü­rü­yür. Şə­hid bu­laq­la­rı ni­yə bu və­ziy­yət­də­dir? İn­saf na­mi­nə de­yək ki, bə­zi şə­hid­lə­rin adı­na ti­ki­lən bu­laq­la­rın su­yu var, yol­dan ke­çən adam­lar o bu­laq­lar­dan su içib şə­hid­lə­rin ru­hu­na dua oxu­yur. Əs­lin­də, bu­laq, su eh­san­dır. Şə­hi­də­lə­rin adı­na eh­san na­mi­nə çə­ki­lən bu­laq­lar in­san­la­rın iç­mə­si üçün­dür. Şə­hid bu­laq­la­rı­nın ya­nın­dan ötən­də adam bir qab su iç­mək is­tə­yir, an­caq su kra­nı­na əl vu­ran­da gö­rür ki, bu­ra­da su nə gə­zir.   

Şə­hid­lə­rin adı hər bi­ri­miz üçün əziz ol­du­ğu üçün, on­la­rın xa­ti­rə­si­nin əbə­di­ləş­dirl­di­yi bu­laq da əziz ol­ma­lı­dır. 

Bi­li­rik ki, ke­çən əs­rin 90-cı il­lə­rin­dən baş­la­ya­raq şə­hid bu­laq­la­rı­nın ti­kin­ti­si hə­ya­ta ke­çi­ri­lib. Bu bu­laq­lar ya yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı tə­rə­fin­dən, ya da şə­hid ai­lə­lə­ri­nin və­sai­ti he­sa­bı­na in­şa olu­nub. La­kin bu bu­laq­la­ra mü­əy­yən vax­ta qə­dər su ve­ril­sə də, son bir ne­çə il­də şə­hid bu­laq­la­rı­nın bö­yük ək­sə­riy­yə­ti­nin su­yu kə­si­lib. Tə­bii ki, bu xo­şa­gəl­məz hal bə­zi ai­diy­yə­ti or­qan­la­rın səh­lən­kar­lı­ğı və la­qeyd­li­yi nə­ti­cə­sin­də ya­ra­nıb. Söz­süz ki, hər bir ic­ti­ma­iy­yət nü­ma­yən­də­si­nin bor­cu bu mə­sə­lə­yə sərt ya­naş­ma sər­gi­lə­mək­dir.

Mə­lum­dur ki, Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev şə­hid­lə­rin xa­ti­rə­si­nin əbə­di­ləş­di­ril­mə­si üçün mü­va­fiq sə­rən­cam­lar im­za­la­yıb, döv­lət sə­viy­yə­sin­də şə­hid­lə­rin ru­hu­na bö­yük say­ğı və hör­mət bəs­lə­nir. Bu da giz­lin de­yil ki, şə­hid ai­lə­lə­ri­nə döv­lə­tin son­suz qay­ğı­sı var.

An­caq bu gün bə­zi qu­rum­la­rın şə­hid bu­laq­la­rı­na mü­na­si­bə­ti şə­hid ai­lə­lə­ri­ni və ic­ti­ma­iy­yət nü­ma­yən­də­lə­ri­ni in­ci­dir. Şə­hid bu­laq­la­rı hər za­man axar ol­ma­lı­dır. Biz de­mi­rik ki, su ge­cə-gün­düz ax­ma­lı­dır. Hər bir bu­la­ğın kra­nı var, su iç­mək is­tə­yən in­san su­yu içən­dən son­ra tə­bii ki, kra­nı bağ­la­yıb yo­lu­na da­vam edir. 

Şə­hid bu­laq­la­rı­nın qu­ru­ma­sı­na sərt mü­na­si­bət bil­di­rən qə­ləm adam­la­rı, ic­ti­ma­iy­yət nü­ma­yən­də­lə­ri he­sab edir ki, bu bu­laq­la­ra mü­na­si­bət də­yiş­mə­li­dir.

Hər­bi jur­na­list, şai­rə Ro­za Əli­qı­zı bi­zim­lə söh­bə­tin­də bu fak­tın ürək­dağ­la­yan ol­du­ğu­nu de­di. R.Əli­qı­zı­nın söz­lə­ri­nə gö­rə, şə­hid bu­laq­la­rı­nın qu­ru­ma­sı ha­lı­na ol­duq­ca mən­fi ya­na­şır. O, həm­çi­nin, qeyd et­di ki, bə­zən şə­hid­lə­rin gənc­lər və ye­ni­yet­mə­lə­rə ta­nı­dıl­ma­sı işin­də mü­əy­yən ləng­lik var: "Bu mə­sə­lə mə­ni də çox cid­di na­ra­hat edir. Hət­ta elə hal­lar olur ki, gənc­lər su iç­di­yi bu­la­ğın han­sı şə­hi­də aid ol­du­ğu­nu bil­mir. Be­lə ol­maz. Şə­hid­lə­rin adı­na, xa­ti­rə­si­nə həsr edi­lən hər bir abi­də­yə hör­mət­lə ya­na­şıl­ma­lı­dır. Şə­hid bu­laq­la­rı qu­ru­ma­ma­lı­dır, on­lar hər za­man çağ­la­ma­lı­dır. Şə­hid­lə­rin ru­hu­na hör­mət, və­zi­fə­sin­dən ası­lı ol­ma­ya­raq, hər bir in­sa­nın bor­cu­dur. Bor­cu­mu­zu yax­şı dərk et­mə­li və bu sa­hə­də olan prob­lem­lə­ri həll et­mə­li­yik. Şə­hid bu­laq­la­rı­nı qu­ru­muş və­ziy­yət­də gö­rən­də elə pis olu­ram ki... Mə­nə be­lə gə­lir ki, bu bu­laq­la­ra su ve­ril­mə­li, tə­mi­rə eh­ti­ya­cı olan­lar isə tə­mir edi­lə­rək iç­mə­li su ilə tə­min edil­mə­li­dir. Bu­nun­la biz şə­hid­lə­rin ru­hu­na bö­yük eh­ti­ram gös­tər­miş ola­rıq".

Ya­zı­çı-dra­ma­turq Fi­ruz Mus­ta­fa da "Ba­kı-Xə­bər"ə bu fakt­dan na­ra­hat ol­du­ğu­nu bil­dir­di: "Əgər öz-özü­nə qu­ru­yub­sa, bu, tə­bi­ət­lə bağ­lı iş­dir. Bu­na mü­na­si­bə­tim də tə­bii­dir. Əgər o bu­la­ğı kim­sə qəs­dən qu­ru­dub­sa, bu­na mü­na­si­bə­tim mən­fi­dir".

Şa­ir-pub­li­sist Fa­riz Ço­ba­noğ­lu­nun fik­rin­cə də şə­hid bu­laq­la­rı qu­ru­ma­ma­lı­dır: "Şə­hid bu­laq­la­rı­nın qu­ru­ma­sı­nı mən də də­fə­lər­lə gör­mü­şəm. Bu mə­sə­lə­yə mü­na­si­bə­tim ol­duq­ca mən­fi­dir. Döv­lət baş­çı­sı şə­hid­lə­ri­mi­zin ru­hu­na bö­yük eh­ti­ram gös­tə­rir, on­la­ra abi­də qo­yur, ad­la­rı­nı kü­çə­lə­rə, mək­təb­lə­rə ve­rir. Bu bö­yük iş­dir. An­caq tə­əs­süf ki, bə­zi qu­rum­lar şə­hid­lə­ri­mi­zin adı­na ti­ki­lən bu­laq­la­ra eti­na­sız­lıq gös­tə­rir.

Çox ar­zu edər­dim ki, şə­hid bu­laq­la­rı ye­ni­dən bər­pa olun­sun. Bu, şə­hid­lə­rin uşaq və gənc­lər ara­sın­da təb­li­ğa­tı­na da müs­bət tə­sir gös­tə­rər. Şə­hid Və­tən yo­lun­da ca­nın­dan ke­çib, am­ma onun adı­na ti­ki­lən bu­la­ğı bə­zi­lə­ri kor qo­yur. Dü­şü­nü­rəm ki, bu eti­raz­lar­dan son­ra Mil­li Qəh­rə­man və şə­hid­lə­ri­mi­zin adı­na ti­ki­lən bu­laq­la­ra mü­na­si­bət müs­bət mə­na­da də­yi­şə­cək".  

Şa­ir Yu­sif Mə­həm­mə­doğ­lu-Os­man­lı da bi­zim­lə söh­bə­tin­də mə­sə­lə­dən na­ra­hat ol­du­ğu­nu bil­dir­di: "Çox ye­rin­də və za­ma­nın­da araş­dı­rıl­ma­ya la­yiq möv­zu­dur. Mən işim­lə əla­qə­li ra­yon­lar­da eza­miy­yət­lər­də çox olu­ram. Be­lə qu­ru­yan bu­laq­la­rı və bu bu­laq­la­ra bi­ga­nə­li­yi çox gör­mü­şəm. Bə­zən hə­min bu­laq­la­rın ço­xu­nun uçub da­ğıl­dı­ğı­nın da şa­hi­di ol­mu­şuq. Bu gün de­yə bil­mə­rik ki, şə­hid adı­nın əbə­di­ləş­di­ril­mə­si­nə diq­qət yox­dur. Döv­lə­tin, hö­ku­mə­tin ən üst qu­rum­la­rı­na qə­dər diq­qə­tin hər za­man şa­hi­di olu­ruq. Am­ma xır­da mə­mur­la­rın diq­qət­siz­li­yi üzün­dən be­lə hal­la­ra rast gə­li­rik. De­yək ki, han­sı­sa bir ra­yon­da şə­hid bu­la­ğı­nın su­yu kə­si­lir və ya gəl­mir. Ola bi­lər ki, ra­yon­da apa­rı­lan abad­lıq və şə­hər­sal­ma ilə bağ­lı hə­min bu­la­ğın ye­ri də də­yi­şi­lə bi­lər. Am­ma bir on ton­luq çə­nə su yığ­maq­la şə­hid bu­la­ğı­nı ay bo­yun­ca su ilə tə­min et­mək olar. Çox ar­zu edər­dim ki, şə­hid­lə­ri­mi­zin adı­na ye­ni bu­laq­lar ti­kil­sin. Mü­ba­riz İb­ra­hi­mov adı­na bu­la­ğın da ti­kin­ti­si ar­zue­di­lən­dir. Baş­qa Mil­li Qəh­rə­man­la­rı­mı­zın da adı­na bu­laq­lar ti­kil­sə yax­şı olar".

Fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru, şai­rə Adi­lə Nə­zər möv­zu ilə bağ­lı "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da bu ha­lı bö­yük ağ­rı ilə qar­şı­la­dı­ğı­nı de­di: "Bu mə­sə­lə ilə ic­ra ha­ki­miy­yət­lə­ri ma­raq­lan­ma­lı və tə­mi­rə eh­ti­ya­cı olan bu­laq­la­rı tə­mir et­mə­li­dir. Bu bu­laq­la­rın bir də əla­və üs­tün­lü­yü var, çün­ki on­lar şə­hid­lə­ri­mi­zin xa­ti­rə­si­nə çə­ki­lib. Mə­nə­vi yü­kü da­ha çox­dur. Bu bi­zim və­tən­daş­lıq bor­cu­muz­dur. Mən də bə­zən be­lə bu­laq­la­ra rast gə­li­rəm və bu mə­nə çox pis tə­sir edir, san­ki su­suz hə­lak olan bir şə­hi­din o anı­nı gö­rür­müş ki­mi göz­lə­rim do­lur".

Şai­rə-ya­zı­çı Aləm­zər Sa­dıq­qı­zı­nın söz­lə­ri­nə gö­rə də şə­hid bu­laq­la­rı­na mü­na­si­bət onu in­ci­dir: "Ba­xım­sız­lıq... Ağ­rı­dı­cı odur ki, il­lər ke­çir, o ca­nın­dan ke­çən­lə­rin ru­hu qar­şı­sın­da hə­rə­miz bir cür gü­nah­ka­rıq... O gün eşit­dim ki, bir şə­hi­din bu­la­ğı­nı öz qar­da­şı sö­küb ye­rin­də ka­fe­mi, res­to­ran­mı ti­kib... Da­ha ki­mə nə de­yə­sən?

Bu da bir ömür­dür axı­rı yox­dur,

Pa­pa­ğı ge­də­nin abı­rı yox­dur,

A ba­la, fə­lə­yin təq­si­ri yox­dur,

Biz elə be­ləy­dik fə­lək­dən qa­baq!".

Şa­ir Na­miq Də­li­dağ­lı da şə­hid bu­laq­la­rı­na mü­na­si­bət­dən na­ra­hat ol­du­ğu­nu bil­dir­di: "Ümu­miy­yət­lə, mü­qəd­dəs ruh da­şı­yı­cı­sı olan şə­hid­lə­ri­mi­zin adı ilə bağ­lı nə var­sa, bi­zə əziz­dir. On­la­rın adı­na ya­ra­dı­lan xa­ti­rə bu­laq­la­rı, abi­də komp­leks­lə­ri hə­mi­şə diq­qət­də sax­lan­ma­lı, qo­run­ma­lı­dır. Mü­əy­yən vaxt­lar­da ay­rı-ay­rı mə­mur­lar tə­rə­fin­dən şə­hid ai­lə­lə­ri­nə han­sı­sa eti­na­sız­lıq hiss olun­sa da, bü­töv­lük­də, xal­qı­mız mü­qəd­dəs əməl sa­hi­bi olan şə­hid­lə­ri­mi­zin adı­na, on­la­rın ai­lə üzv­lə­ri­nə hör­mət və eh­ti­ram­la ya­na­şır. Bu diq­qət və qay­ğı özü­nü döv­lət sə­viy­yə­sin­də də gös­tər­mək­də­dir.

De­di­yi­niz ki­mi, şə­hid­lə­ri­mi­zin adı­nı da­şı­yan çox say­da xa­ti­rə bu­la­ğı ti­ki­lib. Bun­lar əsa­sən şə­hid­lə­ri­mi­zin oxu­du­ğu təh­sil ocaq­la­rı­nın ət­ra­fın­da, vax­ti­lə ya­şa­dıq­la­rı bi­na­la­rın ya­xın­lı­ğın­da ya­ra­dı­lıb, tə­bii ki, çox za­man va­li­deyn­lə­rin, on­la­rın ai­lə üzv­lə­ri­nin is­tə­yi­lə. Bu əsa­sən bir tə­səl­li va­si­tə­si ki­mi nə­zə­rə alın­dı. Tə­əs­süf ki il­lər keç­dik­cə, hə­min abi­də­lər ba­xım­sız ha­la düş­dü. Bu, hə­min əra­zi­yə ca­vab­deh olan in­san­la­rın mə­su­liy­yət­siz­li­yi, di­gər tə­rəf­dən isə za­man keç­dik­cə hə­min şə­hid­lə­rin va­li­deyn­lə­ri­nin dün­ya­sı­nı də­yiş­mə­si və bu­na ox­şar baş­qa sə­bəb­lər­dən baş ver­di. Elə­cə də il­dən-ilə şə­hər­lər bö­yü­yür, kü­çə­lər ge­niş­lən­di­ri­lir, bü­töv­lük­də, ti­kin­ti-qu­ru­cu­luq iş­lə­ri apa­rı­lır. Tə­bii ola­raq o iş­lə­rin düz­gün və tə­ləb­lə­rə uy­ğun apa­rıl­ma­sı üçün sö­zü­ge­dən abi­də­lə­rin sö­kül­mə­si­nə zə­ru­rət ya­ra­nır. Bu da çox vaxt şə­hid ai­lə­lə­ri­nin na­ra­zı­lı­ğı­na sə­bəb olur. O üz­dən, bun­dan son­ra be­lə bu­laq-komp­leks­lə­ri­nin ya­ra­dıl­ma­sı­nın əley­hi­nə­yəm. Həm də bu, şə­hid­lə­ri­mi­zə olan hör­mət və diq­qə­ti gö­zü­müz­də adi­ləş­di­rir. Təh­sil, mə­də­niy­yət, sə­hiy­yə ocaq­la­rı­na, kü­çə­lə­rə şə­hid­lə­ri­mi­zin adı­nın ve­ril­mə­si, on­la­rın xa­ti­rə­si­nin əbə­di­ləş­di­ril­mə­si da­ha məq­sə­də­uy­ğun­dur.

An­caq in­di­yə qə­dər olan abi­də­lə­ri qo­ru­yub sax­la­maq, on­la­ra diq­qət gös­tər­mək də hər kə­sin mü­qəd­dəs bor­cu­dur".

İra­də SA­RI­YE­VA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ