Azərbaycan məktəbliləri Tailandda keçirilən kimya üzrə 49-cu Beynəlxalq olimpiadanın qalibi olub.
Baki-xeber.com-un xəbərinə görə, 78 ölkədən məktəblilərin qatıldığı yarışmanın qızıl medalını akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ramil Babazadə alıb. Yarışmanın gümüş medalını Nəriman Mirişov, bürünc medalını isə Turan Məmmədli qazanıb.
Beləliklə, Beynəlxalq olimpiadada hər üç medalı Azərbaycan məktəbliləri qazanıb.