Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanır.Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi məqsədilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir sıra tədbirlər təşkil olunur.
Nəsimi rayon İcra Hakimiyyətinin Humanitar şöbəsindən baki-xeber.com-a verilən xəbərə görə, sözügedən layihə çərçivəsində 300 nəfər məktəblinin Muzey Mərkəzində yerləşən muzeylərə ekskursiyaları başlanıb.
İlk ekskursiya C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə təşkil olunub.
Məktəblilərə məlumat verən muzeyin əməkdaşı bildirib ki, 1934-cü ildə yaradılmış Teatr muzeyi 1935-ci ildən məşhur Azərbaycan dramaturqu Cəfər Cabbarlının adını daşıyır. Muzeyin fondlarında 117.000-dən çox eksponat saxlanır. Bu eksponatlarda teatrımızın bir əsrdən çox tarixi əks olunub. Buradakı nadir materialların köməyilə teatrın yaranması və inkişaf tarixi, ziyalıların teatrın çiçəklənməsində rolu, Azərbaycan mədəniyyətində teatr xadimlərinin danılmaz xidmətləri haqqında məlumat almaq mümkündür.
Daha sonra Nəsimi rayon məktəbliləri Azərbaycan İstiqlal Muzeyində olublar. Məktəblilərə bildirilib ki, muzeyin əsası 1991-ci il yanvarın 9-da qoyulub. Hazırda eksponatların sayı 20.000-dən çoxdur. Muzeyin əsas məqsədi Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsini qədim dövrlərdən bu günə kimi işıqlandırmaqdır. İstiqlal muzeyində heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar, numizimatika əşyaları və başqa eksponatlar nümayiş etdirilir.
Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində məktəblilər muzeyin əsas məqsədi və vəzifələri, Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırılması, təbliği barədə məlumat əldə ediblər. Muzeydə nümayiş olunan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri məktəblilərin marağına səbəb olub.
Muzeylərə ekskursiya məktəblilərin yaddaşında xoş izlər buraxaraq, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olub.
Baki-xeber.com